Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-262/2024 06.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X13 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 16 avqust 1956-ci il təvəllüd Kərimova (Rəcəbova) Səkinə Məmmədağa qızının 01 avqust 2008-ci il tarixdə Ərçivan qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Kərimov (Rəcəbova) Səkinə Məmmədağa qızı ilə 11 noyabr 1979-cü il tarixdə nikahımızı qeyd etdirilməklə evlənmişik. Onunla ər-arvad olaraq 01 avqust 2008-ci il tarixə kimi bir təsərrüfatda Ərçivan qəsəbəsində yaşamışlar. Birgə nikahdan 3 nəfər uşaqlarımız anadan olmuşdur. Uşaqlar yetkinlik yaşma çatmış və hazırda başqa təsərrüfatda yaşayırlar. Arvadım Kərimova (Rəcəbova) Səkinə Məmmədağa qızı xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. (Baş daşının foto şəkili ərizəyə əlavə edir). Hüquqi əhəmiyyətini başa düşmədiyimiz üçün müəyyən edilmiş müddətdə aidiyyəti orqanlara məlumat verməmişlər və ölümü təsdiq edən sənəd ala bilməmişlər. Məhrum Kərimova (Rəcəbova) Səkinə Məmmədağa qızının ölümü barədə şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etmişdir. Arvadının ölümü barədə tibbi şəhdaətnamə təqdim edə bilmədiyi üçün ölüm barədə şəhadətnamə verilməsindən imtina edilmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-R-61/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, 16 avqust 1956-ci il təvəllüdlü Kərimova (Rəcəbova) Səkinə Məmmədağa qızının ölüm haqqında aktı qeydi arxiv sənədlərində aşkar edilməmişdir. Həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf-nin 8.5-ci bəndinə əsasən ölüm faktı tibbi müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Tövsiyə olunmuşdur ki, ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etsin. Məhrumə Kərimova (Rəcəbova) Səkinə Məmmədağa qızının ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilmir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, məhrumə X3 ilə nikah bağlandığından sonra Rəcəbova soyadını qəbul etmişdir.16 avqust 1956-ci il təvəllüd Kərimova (Rəcəbova) Səkinə Məmmədağa qızının 01 avqust 2008-ci il tarixdə Ərçivan qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 bildirdi ki, Ərizəçi ilə qonşudur. Ərizəçinin həyat yoldaşı Səkinə Rəcəbova xx.xx.2008-cı il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində ölmüşdür. O, yas mərasimlərində iştirak etdiyini bildirmişdir. Mərhum Astara rayonu Ərçivan qəsəbəsində qəbirstanlığında dəfn olunub. Belə ki, iş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Astara rayon, Ərçivan qəsəbəsində anadan olmuşdur.. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Astara rayon, Ərçivan qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X4 həqiqətən xx.xx.2008-ci il tarixdə Astara rayon, Ərçivan qəsəbəsində qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında arayışdan məlum olur ki, Ərizəçi ilə Kərimov (Rəcəbova) Səkinə Məmmədağa qızı arasında 11 noyabr 1979-cü il tarixdə 36 nömrə ilə nikah akt qeydi bağlanmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-R-61/2023 saylı arayışdan məlum olur ki, X4 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X1 rayonunda anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydləri kitabında ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1956-cı il təvəllüdlü X2 xx.xx.2008-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-262/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-262/2024
06.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver