Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-263/2023 28.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, anası xx.xx.1962-ci il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə Astara rayonu, Suparibağ kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası xx.xx.1962-ci il təvəllüdlü X6 xx.xx.2014-cü il tarixdə evdə Astara rayonu, Suparibağ kəndində ölmüş və Astara rayonu, Məsçitməhəllə kənd qəbirstanlığında dəfn olunmuşdur. Vaxtında tibb müəssisəsindən ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır. Hazırda tibbi şəhadətnaməni əldə etmək mümkün olmamışdır. O, Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə almaq üçün müraciət edərkən ona bildirilmişdir ki, Astara rayon arxivində ölüm haqqında akt qeydi aşkar olunmamış və ona məhkəməyə müraciət edərək məhkəmə qaydasında ölüm faktının müəyyən olunması tövsiyyə olunmuşdur. Odur ki, anası xx.xx.1962-ci il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə Astara rayonu, Suparibağ kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X11 bildirdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi anası X6 xx.xx.2014-cü il tarixdə Astara rayonu, Suparibağ kəndində ölmüş və o Şeyda Fərziyevanın dəfnində iştirak etdiyini bildirmişdir. Mərhum Astara rayonu, Məsçitməhəllə kənd qəbirstanlığında dəfn olunub. Məhkəmə Ərizəçi və şahid X7 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 86-05/70 saylı arayışdan məlum olur ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Astara rayonu, Suparibağ kəndində anadan olmuşdur. X3 və anası X2 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 03-05/15 saylı arayışdan məlum olur ki, X4 ölüm haqqında Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3741 nömrəli arayışdan məlum olur ki, X8 ilə X5 arasında Astara rayon Suparibağ KİN-də xx.xx.1981-ci il tarixdə nikah bağlanmış və 08 nömrə ilə qeyd edilmişdir. X5 “Fərziyeva” soyadını qəbul etmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Suparibağ kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 47 nömrəli arayışdan görünür ki, Ərizəçi Astara rayon, Suparibağ kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X1 rayonunda anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydləri kitabında ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1962-ci il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə Astara rayonu, Suparibağ kəndində ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1962-ci il təvəllüdlü X4 xx.xx.2014-cü il tarixdə Astara rayonu, Suparibağ kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-263/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-263/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver