Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-273/2024 12.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 14 sentyabr 1969-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Astara rayonu Səncərədi kəndində ölməsi faktının təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu- 14 sentyabr 1969-cu il təvəllüdlü X4 09 noyabr 2023-cü il tarixdə Astara rayonu Səncərədi vəfat etmiş və Astara rayon Səncərədi kənd qəbirstanlığında dəfn olunmuşdur.Ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydiyyatı aparılmamışdır. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə almaq üçün müraciət edərkən ona bildirilmişdir ki, tibbi şəhadətnamə təqdim olunmadığı üçün ölümün qeydiyyat aparılması mümkün olmamışdır. Hazırda ölüm haqqında şəhadətnamə olmadığından hüquqlarından tam istifadə edə bilmir.14 sentyabr 1969-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Astara rayonu Səncərədi kəndində ölməsi faktının təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X6 bildirdi ki, Ərizəçi ilə qayınatasıdır. Ərizəçinin dörd oğlu və iki qızı vardır. Böyük oğlu X4 xx.xx.2023-cü il tarixdə Astara rayonu Səncərədi kəndində ölmüşdür. O, yas mərasimlərində iştirak etdiyini bildirmişdir. Mərhum Astara rayonu Səncərədi kəndində qəbirstanlığında dəfn olunub. Belə ki, iş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə Astara rayon, Səncərədi kəndində anadan olmuşdur.. İş materiallarında olan Astara rayon İHB-nın Səncərədi kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Astara rayon, Səncərədi kəndində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nın Səncərədi kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X4 həqiqətən xx.xx.2023-cü il tarixdə Astara rayon, Səncərədi kəndində qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2-5/7-1 M-d 2014 saylı arayışdan məlum olur ki, X4 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X1 rayonunda anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydləri kitabında ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Astara rayonu Səncərədi kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Astara rayonu Səncərədi kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-273/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-273/2024
12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver