Məhkəmə qərarları › İş №2(018)-326/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-326/2024

06.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-326/2024 06.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7 və Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın və pulun qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan yuxarıda qeyd etdiyi daşınar - ayyarı 585, çəkisi 20 qram dəyəri 2000 (iki min) manat olan Rsiya istehsalı boyunbağı, eyni ayyarlı çəkisi 10 qram olan üzük-sırğa, dəyəri 1000 manat (bir min) olan, cəmi 3000 (üç min) manat dəyərində qızıl-zinyət əşyalarının və 5000 (beş min) manat pulun Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnaməıamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi X7 iddia ərizəsinin müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 mart 2023-cü il tarixdə qeyri rəsmi nikaha girərək ailə həyatı qurmuş. Bir müddətdən sonra onlar cavabdehin işlədiyi Qazaxstan Respublikasına getdik. Orada yaşadıqları ilk günlərdən Cavabdeh ona qarşı aqressiv davranmaqla bərabər ağır işgəncələrə məruz qoyurdu. Günlərlə onu ac-susuz saxlayıb fiziki zor tətbiq edirdi. Yaxınları ilə telefon əlaqəsi saxlamağını qadağan etmişdi. Ata evindən apardığı dəyəri 3000 ( üç min) manat olan qızıl - zinyət əşyalarımı və 5000 (beş min) manat pulunu da əlindən aldıqdan sonra 16 aprel 2023-cü il tarixdə onu təyyarə ilə Azərbaycana yola saldı. O, hazırda Astara rayonu Hamoşam kəndində atasına məxsus evdə, onun himayəsində yaşayır.Cavabdeh qeyd etdiyi qızılzinyət əşyalarından ibarət daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu ona geri qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Mülkiyyətində olan yuxarıda qeyd etdiyi daşınar ayyarı 585, çəkisi 20 qram dəyəri 2000 (iki min) manat olan Rsiya istehsalı boyunbağı, eyni ayyarlı çəkisi 10 qram olan üzük-sırğa, dəyəri 1000 manat (bir min) olan, cəmi 3000 (üç min) manat dəyərində qızıl-zinyət əşyalarının və 5000 (beş min) manat pulun Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnaməıamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə 12 mart 2023-cü il tarixdə qeyri rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Bir müddətdən sonra onun işlədiyi Qazaxstan Respublikasına getmişlər. Sonra iddiaçının istəyi ilə 16 aprel 2023-cü il tarixdə onu təyyarə ilə Azərbaycana yola salmış və Bakıda aeroportda onu qardaşı X2 qarşılayaraq evlərinə aparmışdır. İddiaçı Bakıya qayıdanda aeropertda şəkil çəkdirmiş və həmin şəkildə onun qızıl-zinət əşyalarının onda olduğu görünür. Bindan başqa iddiaçı Qazaxıstana özü ilə pul gətirməyib. Bildirdikləri yalandır. Göstərilənləri nəzərə alaraq, ona qarşı verilmiş iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədiklərini bildirib, onlara qarşı verilmiş iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X2 bildirdi ki, o, Cavabdeh qardaşıdır.iddiaçı Əmisi qızıdır. 16 aprel 2023-cü il tarixdə İddiaçı qardaşının xahişi ilə Qazaxıstandan təyyarə ilə gələndə o qarşılayıb. Alfiyanın istəyi ilə Bakıda aeroportda şəkil çəkdiriblər və şəkildə Alfiyanın qızılının üzərində olduğu görünür. Sonra Alfiyanı rayona aparıb. Yolda olanda və sonra Alfiya ona və qohumlarına onun qızıllarının və yaxud pulunun qardaşı Renat tərəfindən alındığını bildirməmişdir. X3 Azərbaycana qayıtdığı ilk vaxtlar heç bir şıkayət etmirdi. Uzun müddət keçəndən sonra bu söhbətlər yaranıb. Məhkəmə İddiaçı nümayəndəsi X5, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil və şahid X1 dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Astara rayon İH-nin Hamoşam kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı Astara rayonu, Hamoşam kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli şəkillərdən görünür ki, İddiaçı qızıl-zinət əşyası onun üzərindədir. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qnunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi və o, barədə sübutları məhkəməyə təqdim etmədi. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı əmlakın və pulun qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əmlakın və pulun qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar