Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-332/2023 25.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü X2 05 may 1990-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X4 ilə birgə nikahdan 27 sentyabr 1989-cu il təvəllüdlü X5 anadan olmuş, X5 05 may 1990-cı il tarixdə xəstəlikdən vəfat etmiş və “Seyid Əli” türbəsi adlanan kənd qəbirstanlığında dəfn etmişlər. Mərhum ovladının cəmi 8 ay yaşamışdır. Ölümün hüququ əhəmiyyətin başa düşmədiyi üçün ölümün rəsmiləşdirilməsi barədə məlumat verməmişlər. Hazırda ölüm barədə tibbi şəhadətnamə ala bilmədikləri üçün Maraqlı şəxs ölümü qeydə almaqdan imtina etdiyini bildirmişdir. Odur ki, xx.xx.1989-cu il təvəllüdlü X2 05 may 1990-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X10 bildirdi ki, Ərizəçi onun qaynıdır. 27 sentyabr 1989-cu il təvəllüdlü X5 05 may 1990-cı il tarixdə xəstəlikdən vəfat etmiş və “Seyid Əli” türbəsi adlanan kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid X6 bildirdi ki, Ərizəçi onun qardaşıdır. 27 sentyabr 1989-cu il təvəllüdlü X5 05 may 1990-cı il tarixdə xəstəlikdən vəfat etmiş və “Seyid Əli” türbəsi adlanan kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə Ərizəçi, şahid X7 və şahid X3 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 716-05/15 saylı məktubdan məlum olur ki, xx.xx.1989-cu il təvəllüdlü X2 05 may 1990-cı il tarixdə ölməsi barədə Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktından məlum olur ki, qohumlarının və qonşularının dediyinə görə 27 sentyabr 1989-cu il təvəllüdlü X5 05 may 1990-cı il tarixdə xəstəlikdən vəfat etmiş və “Seyid Əli” türbəsi adlanan kənd qəbirstanlığında dəfn etmişlər. İş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsindəm görünür ki, Ərizəçi Astara rayon, Şiyəkəran kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X1 rayonunda anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydləri kitabında ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1989-cu il təvəllüdlü X2 xx.xx.1990-cı il tarixdə ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1989-cu il təvəllüdlü X2 xx.xx.1990-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-332/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-332/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver