Məhkəmə qərarları › İş №2(018)-348/2023

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-348/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-348/2023 15.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Ərizəçi cavabdeh Astara rayon İHB-nın Səncərədi kənd İƏD üzrə nümayəndəliyinə qarşı ölüm faktının müəyyən edilməsi barədə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Ərizəçi cavabdeh Astara rayon İHB-nın Səncərədi kənd İƏD üzrə nümayəndəliyinə qarşı ölüm faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi tərəfindən həmin faktın təstiqi ilə əlaqədar aidiyatı orqana Astara rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və ona imtina edilmişdir. Məhkəməyə təqdim edilmiş ərizə iddia ərizəsi kimi, Ərizəçi kimi deyil iddiaçı kimi və maraqlı tərəf kimi Astara rayon Qeydiyyat Şöbəsi deyil cavabdeh Astara rayon İHB-nın Səncərədi kənd İƏD üzrə nümayəndəliyi kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsində göstərilir ki, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və Ərizəçi ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149,152.1.1, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Ərizəçi cavabdeh Astara rayon İHB-nın Səncərədi kənd İƏD üzrə nümayəndəliyinə qarşı ölüm faktının müəyyən edilməsi barədə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarlımasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar