Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-349/2024 28.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası, 01 mart 1984-cü il təvəllüdlü X4 13 noyabr 2008-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, mərhum 01 mart 1984-cü il təvəllüdlü X6 onun qardaşıdır. X2 daimi olaraq Astara şəhərində yaşamışdır. X2 13 noyabr 2008-ci il tarixdə Astara şəhərində xəstəlik ilə əlaqədar ölümüş və Astara rayonu Maşxan kəndində olan qəbrstanlıqda dəfn edilmişdir. Hal-hazırda vərəsəlik məsələsini həll etməl üçün atası X5 ölümünə dair ölüm haqqında şəhadətnamə tələb etmişlər. Llakin, atasının ölümü barədə “ölüm haqqında şəhadətnaməsini” almamışdır. Sonradan onların ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 26 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı məktubuna əsasən 01 mart 1984-cü il təvəllüdlü X6 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir, Astara Rayon Məhkəməsinə müraciət edilməsi qeyd edilmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X7 ifadə verərək bildirdi ki, o, ərizəçi onun qonşusudur. Onun mərhum qardaşı 01 mart 1984-cü il təvəllüdlü X6 13 noyabr 2008-ci il tarixdə Astara şəhərində xəstəlik ilə əlaqədar ölümüş və Astara rayonu Maşxan kəndində olan qəbrstanlıqda dəfn edilmişdir. O, qonşu kimi onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X1 da X7 ilə eyni məzmunlu ifadə verdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin sürətindən, Astara şəhər icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərizəçi xx xxxx 1982-ci il tarixdə, ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Mülki işə əlavə olunmuş “Doğum haqqında şəhadətnamənin surətindən” məlum olur ki, 08 avqust 2023-cü il tarixli arayışından məlum olur ki, X6 01 mart 1984-cü ildə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Astara şəhər icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan və fotoşəkildən məlum olur ki, 01 mart 1984-cü il təvəllüdlü X6 13 noyabr 2008ci il tarixdə Astara şəhərində xəstəlik ilə əlaqədar ölümüş və Astara rayonu Maşxan kəndində olan qəbrstanlıqda dəfn edilmişdir. Mülki işə əlavə olunmuş Maraqlı şəxs 26 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xxxx/2024 saylı məktubundan görünür ki, 01 mart 1984-cü il təvəllüdlü X6 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, 01 mart 1984-cü il təvəllüdlü X6 13 noyabr 2008-ci il tarixdə Astara şəhərində xəstəlik ilə əlaqədar ölümüş və Astara rayonu Maşxan kəndində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə hesab edir ki, mərhum 01 mart 1984-cü il təvəllüdlü X6 13 noyabr 2008-ci il tarixdə Astara şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 mart 1984-cü il təvəllüdlü X6 13 noyabr 2008-ci il tarixdə Astara şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. 01 mart 1984-cü il təvəllüdlü X4 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(018)-349/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-349/2024
28.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver