Məhkəmə qərarları › İş №2(018)-393/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-393/2024

20.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-393/2024 20.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Astara rayonu Pəlikəş kənd sakini X1 17. 12. 2023cü ildə Astara rayonu Pəlikəş kəndində ölməsi faktının müəyyən edilməsi və həmin ölüm faktının qeydə alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Astara rayonu Pəlikəş kənd sakini X4 ilə 01 sentyabr 2010 -cü ildə rəsmi nikaha daxil olub evlənmişlər. X4 17 dekabr 2023-cü il tarixdə Bakı şəhərində daş karxanasında işlədiyi zaman qəza nəticəsində xəsarət almış və Astara rayonu Pəlikəş kəndində ölmüş və həmin kəndədə dəfn edilmişdir. Lakin onun ölümü barədə mənə tibbi arayış verilməmiş və onun ölüm faktı qeydə alınmamış və ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Mən bu barədə Maraqlı şəxsnə müraciət etdim, Maraqlı şəxs 08 fevral 2024 - cü il tarixli 3 - 16\07 saylı cavab məktubu ilə ona bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01. 03. 2001 - ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən" əsas müddəaların 16 - cı bəndində göstərilir ki, doğum, nikah, ölüm və s. haqqında itirilmiş deydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsi əsasında bərpa etmək olar. Bundan başqa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003 - cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’nın 8.5 - ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə ) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnamsi olmadıqda. ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Astara rayonu Pəlikəş kənd sakini X1

17. 12. 2023- cü ildə Astara rayonu Pəlikəş kəndində ölməsi faktının müəyyən edilməsi və həmin ölüm faktının qeydə alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X2 bildirdi ki, Ərizəçi onun bacısıdır. Ərizəçinin həyat yoldaşı X1 17. 12. 202$cü ildə Astara rayonu Pəlikəş kəndində ölmüşdür. O, yas mərasimlərində iştirak etmişdir. Mərhum Astara rayonu Pəlikəş kəndində qəbirstanlığında dəfn olunub. Belə ki, iş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Astara rayon, Pəlikəş kəndində anadan olmuşdur.. İş materiallarında olan Astara rayon İHB-nın Pəlikəş kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Astara rayon, Pəlikəş kəndində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nın Pəlikəş kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X4 həqiqətən xx.xx.2024-cü il tarixdə Astara rayon, Pəlikəş kəndində qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 08.02. 2024-cü il tarixli, 3-16-07 saylı arayışdan məlum olur ki, X4 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1971-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Astara rayonu Pəlikəş kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə

Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1971-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Astara rayonu Pəlikəş kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar