Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-404/2025 04.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum bacısı 07 oktyabr 2006-cı il təvəllüdlü X2 04 noyabr 2024-cü il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1999-cu il tarixdə Astara rayonun Pensər kəndində anadan olmuşdur. Bacısı 07 oktyabr 2006-cı il təvəllüdlü X3 04 noyabr 2024-cü il tarixdə özünü asmış və o, Astara rayonun Pensər kəndində dəfn olunmuşdur. Lakin ona ölüm haqqında şəhadətnamə yazılmamışdır. Mərhum bacısı X2 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmələrinə baxmayaraq nəticəsi olmamışdır. Mərhumun ölümünü təsdiq edən sənəd olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün deyildir. Mərhum bacısı 07 oktyabr 2006-cı il təvəllüdlü X2 04 noyabr 2024-cü il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X8 bildirdi ki, Ərizəçi onun nəvəsidir. Ərizəçi bir bacısı və qardaşı olmuşdur. X3 özünü 04 noyabr 2024-cü il tarixdə asmışdır. X1 rayonu Pensər kənd qəbiristanlığda dəfn edilmişdir. Məhkəmə Ərizəçi və şahid X5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 07 oktyabr 2006-cı il təvəllüdlü X3 özünü 04 noyabr 2024cü il tarixdə yaşadığı evin həyətyanı sahəsində yerləşən qeyri-yaşayış tikilidə (tövlədə) asmışdır. İş materialında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 barəsində ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamış, ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materialında olan AZ-İ 821709 seriya və nömrəli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, X3 07 oktyabr 2006-cı il tarixdə Pensər kəndində anadan olmuş, atası X7, anası- X6 qeyd edilmişdir. İş materialında olan AA5845262 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilərək xx.xx.2006-ci il təvəllüdlü X2 xx.xx.2024cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.2006-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-404/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-404/2025
04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver