Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-425/2024 20.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum bacısı xx.xx.1960-cı il təvəllüdlü X1 03 yanvar 2024-cü il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı 16 sentyabr 1960-cı il təvəllüdlü X2 03 yanvar 2024-cü il tarixdə parkinson xəstəliyindən Astara rayonunda vəfat etmiş və o, Astara rayonun Tüləgüvan kəndində dəfn olunmuşdur. Lakin ona ölüm haqqında şəhadətnamə yazılmamışdır. Mərhum bacısı X1 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmələrinə baxmayaraq nəticəsi olmamışdır. Mərhumun ölümünü təsdiq edən sənədi olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün deyildir. Mərhum bacısı xx.xx.1960-cı il təvəllüdlü X1 03 yanvar 2024-cü il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X7 bildirdi ki, Ərizəçi ilə bir yerdə böyümüşdür, onun qonşusudur. Ərizəçinin bacısı 16 sentyabr 1960-cı il təvəllüdlü X2 03 yanvar 2024-cü il tarixdə parkinson xəstəliyindən Astara rayonunda vəfat etmişdir. O, yas mərasimlərində iştirak etdiyini bildirmişdir. Mərhum Astara rayonu Tüləgüvən kəndində qəbirstanlığında dəfn olunub. Belə ki, iş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi 03.04 .1974-ci il tarixdə Astara rayon, Tüləgüvən kəndində anadan olmuşdur.. İş materiallarında olan Astara rayon İHB-nın Tüləgüvən kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əliyev X4 rayon, Tüləgüvən kəndində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nın Tüləgüvən kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X3 həqiqətən xx.xx.2024-cü il tarixdə Astara rayon, Tüləgüvən kəndində qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/ 7-ə 12/2024 saylı arayışdan məlum olur ki, X3 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Astara rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1960-cı il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Astara rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-425/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-425/2024
20.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver