Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-435/2023 28.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X5 oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 24 avqust 2013-cü il tarixdə Astara rayonu Artupa kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, mərhum atası X3 22 iyul 1955-ci il tarixdə Astara rayonun Artupa kəndində anadan olmuşdur. Atası 24 avqust 2013-cü il tarixdə Astara rayonu Artupa kəndində vəfat etmiş və Astara rayonu Artupa kənd qəbirstanlığında dəfn edilmişdir. Atasına vaxtında ölüm şəhadətnaməsi alınmamışdır. Mərhum atası X1 ölməsi faktını qonşuları və digər qohumları da təsdiq edə bilərlər. Halhazırda müəyyən sənədləşmələrlə bağlı çətinlikləri yaranmışdır. Buna səbəb kimi mərhum atası X1 ölüm haqqında şəhadətnaməsinin olmamasıdır. Ona görə də, mərhum atası X1 24 avqust 2013-cü il tarixdə Astara rayonu Artupa kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. 1.Şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri barədə arayışın məzmunundan görünür ki, Əhədov X2 rayonu Artupa kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. ünvan 2rəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, X3 həqiqətən 24 avqust 2013-cü il tarixdə Astara rayonu Artupa kəndində vəfat etmiş və Astara rayonu Artupa kənd qəbirstanlığında dəfn edilmişdir.
3. Foto şəkildən görünür ki, X3 24 avqust 2013-cü il tarixdə vəfat etmiş və Astara rayonu Artupa kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin atası X3 24 abqust 2013-cü il tarixdə Astara rayonu Artupa kəndində vəfat etmişdir. Ona görə də məhkəmə hesab edir ki, 22 iyul 1955-ci il tarixdə Astara rayonun, Artupa kəndində anadan olmuş X3 24 avqust 2013-cü il tarixdə Astara rayonu Artupa kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. 22 iyul 1955-ci il tarixdə Astara rayonu Artupa kəndində anadan olmuş X3 24 avqust 2013-cü il tarixdə Astara rayonu Artupa kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Zamin İbrahimov