Məhkəmə qərarları › İş №2(018)-435/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-435/2024

06.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-435/2024 06.05.2024 ASTARA RAYON MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ ASTARA RAYON MƏHKƏMƏSİ 06 may 2024-cü il iş № 2(018)-435/2024 Astara şəhəri Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, o və Maraqlı şəxs arasında Mediasiya Təşkilatının mediasiya reyestrində MŞL/MT/014/2023- 2871.xx.xx.2023 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə bağlanan 01 dekabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişin təsdiq edilməsi və 100 (yüz) manat mediasiya xərcinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 20 avqust 2020-ci il tarixdə rəsmi nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Onların rəsmi nikahlarından 01 iyul 2009-cü il təvəllüdlü X6 və 11 fevral 2017-ci il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Bir müddət sonra Maraqlı şəxs ayrılımışlar. Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(018)-1240/2023 nömrəli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və birgə nikahdan olan uşaqları 01 iyul 2009-cü il təvəllüdlü X6 və 11 fevral 2017-ci il təvəllüdlü X5 onun yanında saxlanılmışdır. Hal-hazırkı vaxta qədər ayrı yaşayırlar. Uşaqlarının yaşayış şəraitini rəsmi qaydada müəyyən etmək üçün Mediasiya Təşkilatına müraciət etmişdir. Keçirilən mediasiya prosesi nəticəsində mediasiya reyestrində MŞL/MT/014/2023-2871.xx.xx.2023 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə o və cavabdeh arasında 01 dekabr 2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Qeyd edilən barışıq sazişinə əsasən, Maraqlı şəxs uşağı 01 iyul 2009-cü il təvəllüdlü X6 və 11 fevral 2017-ci il təvəllüdlü X5 üçün hər ayın 25-nə qədər hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment ödəməsinə razılıq vermişdir. Alimentin miqdarı, ödənilmə qaydası və şərtləri müəyyən edən barışıq sazişin bağlanılmasına baxmayaraq, cavabdeh heç bir maddi köməklik göstərmir və müvafiq ödənişləri həyata keçirmir. Belə ki, maraqlı şəxs barışıq sazişini imzalayaraq, üzərinə götürülən öhdəlikləri yerinə yetirmir və sazişin könüllü icrasından boyun qaçırır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında göstərdi ki, ərizəni qəbul edir və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Ərizəçi Maraqlı şəxs izahatlını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 01 iyul 2009-cü il təvəllüdlü X6 və 11 fevral 2017-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Astara Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(018)-1240/2023 nömrəli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və birgə nikahdan olan uşaqları 01 iyul 2009-cü il təvəllüdlü X6 və 11 fevral 2017-ci il təvəllüdlü X5 onun yanında saxlanılmışdır. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 01 dekabr 2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs övladı 01 iyul 2009-cü il təvəllüdlü X4 və 11 fevral 2017-ci il təvəllüdlü X3 anası Ərizəçi hər ayın 25-i hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment ödəməsi barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 03 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 01 dekabr 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 01 dekabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməli, 01 iyul 2009-cü il təvəllüdlü X4 və 11 fevral 2017-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq hər ayın 25-i Ərizəçi ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 01 dekabr 2023-cü il tarixdə MŞL/MT/014/2023- 2871.xx.xx.2023 nömrəli barışıq sazişi imzalanması üçün 100 (yüz) manat məbləğində mediasiya xərci ödəmiş, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən mediyasiya xərci maraqlı şəxsə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 01 dekabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: «Maraqlı şəxs 01 dekabr 2023-cü il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq hər ayın 25-i Ərizəçi ödənilsin». Qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şivan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar