Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-450/2023 31.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Mirzəzadə Ofeliya Cavad qızının katibliyi, iddiaçı X3 və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “Əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddiası üzrə mülki işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: İddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “Əmlakın boşaldılaraq təhvil verilməsi boşaltmağı tələbinə dair” iddia ərizəsi ilə Məhkəməyə ilə müraciət edərək, onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh "xxxx" MMC-nin icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından bütün əşyaları ilə birlikdə çıxarılması, boşaldılaraq ona təhvil verilməsi, həmçinin məhkəməyə müraciət olunduğu vaxtdan cavabdeh "xxxx" MMC-nin çıxmadığı hər ay üçün icarə haqqından əlavə 300 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X6 məhkəmə iclasında iddianı müdafiə edib izahat verərək bildirdi ki, onun mülkiyyətində ünvan 1 ünvanında 373,5 kvadrat metr qeyri-yaşayış sahəsi vardır. Bu barədə onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrin MA seriyalı ******* nömrəli çıxarışda tərtib edilmişdir. Həmin 373,5 kvadrat metr qeyri-yaşayış sahəsinin, 180 kvadrat metr hissəsini onunla "xxxx" MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-ə aylıq 200 manat icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Həmin icarə müqaviləsinə edilmiş 11 dekabr 2018-ci il tarixli dəyişikliyə əsasən icarə haqqı 350 manat həddində müəyyən edilmişdir. 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinin 5-ci bəndinə əsasən Azərbyacan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqı məbləğinə yenidən baxıla bilər. Azərbyacan Respublikasında 11 dekabr 2018-ci il tarixdən hal-hazıra kimi müəyyən miqdarda rəsmi infilyasiya dərəcəsi müəyyən edilmişdir. O, 16 may 2022-ci il tarixdə cavabdeh "xxxx" MMC-ə rəsmi təklif göndərərək icarə haqqının artırılması məsələsinə baxmağı təklif etsə də cavabdeh "xxxx" MMC-ə onun təklifinə cavab verməmişdir. Odur ki, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədənm xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və verdiyi izahatında göstərdi ki, izahat verərək bildirdi ki, iddiaçı X6 "xxxx" MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 180 kvadrat metr qeyri-yaşayış sahəsi "xxxx" MMC-ə aylıq 200 manat icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Həmin icarə müqaviləsinə edilmiş 11 dekabr 2018-ci il tarixli dəyişikliyə əsasən icarə haqqı 350 manat həddində müəyyən edilmişdir. Cavabdeh "xxxx" MMC həmişə icarə müqaviləsinə əməl etmiş, icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Odur ki, o, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını Məhkəmədənm xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrin MA seriyalı ******* nömrəli, qeydiyyat tarixi 15 dekabr 2009-cu il tarixli çıxarışdan məlum olur ki, iddiaçı X3 mülkiyyətində ünvan 1 ünvanında 373,5 kvadrat metr qeyri-yaşayış sahəsi vardır. Mülki işə əlavə edilmiş iddiaçı X6 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsindən məlum olur ki, iddiaçı X1 şəhəri Azərbaycan küçəsi 22 ünvanında yerləşən 180 kvadrat metr qeyri-yaşayış sahəsi "xxxx" MMC-ə aylıq 200 manat icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Həmin müqaviləsinin 5-ci bəndinə əsasən Azərbyacan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqı məbləğinə yenidən baxıla bilər. Mülki işə əlavə edilmiş iddiaçı X6 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 11 dekabr 2018-ci il tarixli icarə müqaviləsindən məlum olur ki, tərəflərin razılığına əsasən 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə edilmiş dəyişikliklə icarə haqqı 350 manat həddində müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Azərbyacan Respublikası Mərkəzi Bankının baş drektorunun 05 iyul 2023-cü il tarixli məktubundan məlum olur ki, infilyasiyanın hesablanması Azərbyacan Respublikası Mərkəzi Bankının səlahiyyətlərinə aid deyildir. Mülki işə əlavə edilmiş Azərbyacan Respublikası Dövlət Statistika Komitəsinin istehlak mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indekslərindən (əvvəlki ilə nisbətən, faizlə) cəmi məhsul və xidmətlər 2019-cu il üzrə 102,6 faiz, 2020-ci il üzrə 102,8 faiz, 2021-ci il üzrə 106,7 faiz və 2022-ci il üzrə 113,9 faiz olmuşdur. Mülki işə əlavə edilmiş iddiaçı X3 cavabdeh "xxxx" MMC-yə göndərdiyi 16 may 2022ci il tarixli rəsmi təklifdən məlum olur ki, cavabdeh "xxxx" MMC-yə icarə haqqının artırılması məsələsinə baxmaq təklif edilmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının izahatlarına və iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı X6 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən iddiaçı X9 şəhəri Azərbaycan küçəsi 22 ünvanında yerləşən 180 kvadrat metr qeyri-yaşayış sahəsi "xxxx" MMC-ə aylıq 200 manat icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Həmin müqaviləsinin 5-ci bəndinə əsasən Azərbyacan Respublikası Mərkəzi Bankının rəsmi infilyasiya dərəcəsi nəzərə alınmaqla icarə haqqı məbləğinə yenidən baxıla bilər. 11 dekabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarə haqqı 350 manat həddində müəyyən edilmişdir. Bundan sonra 4 il müddət keçməsinə və müddət ərzində ölkədə kifayət qədər infilyasiya olmasına baxmayaraq, cavabdeh icarə müqaviləsinin artırılması məsələsinə baxmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehin qeyri-yaşayış binasından bütün əşyaları ilə birlikdə çıxarılması, boşaldılaraq ona təhvil verilməsi hissəsi əsasslı olmasına görə təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəməyə müraciət olunduğu vaxtdan cavabdeh "xxxx" MMC-nin çıxmadığı hər ay üçün icarə haqqından əlavə 300 manat məbləğində pulun ödənilməsi hissəsində iddia qismən təmin edilməli və həmin məbləğin 70 manat miqdarında müəyyən edilməsi daha ədalətlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
1. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
2. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
4. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və iş materiallarına hərtərəfli, tam və obyektiv qiymət verib məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Dövlət Rüsumu haqqında Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq Məhkəmə
QƏT ETDİ:
İddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “Əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddiası qismən təmin olunsun.
1. İddiaçı X6 ilə cavabdeh "xxxx" MMCarasında bağlanmış 24 noyabr 2016-cı il tarixli icarə müqaviləsinə xitam verilsin.
2. Cavabdeh "xxxx" MMC icarəyə götürdüyü iddiaçı X3 mülkiyyətində olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrin MA seriyalı ******* nömrəli, qeydiyyat tarixi 15 dekabr 2009-cu il tarixli çıxarışda qeyd edilən, ünvan 1 ünvanında yerləşən 373,5 kvadrat metr qeyri-yaşayış sahəsinin, 180 kvadrat metr hissəsindən bütün əşyaları ilə birlikdə çıxarılsın, həmin 180 kvadrat metr qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı X5 təhvil verilsin.
3. Məhkəməyə müraciət olunduğu 19 avqust 2022-ci il tarixdən hər ay üzrə hesablanmaqla cavabdeh "xxxx" MMC-nin çıxmadığı hər ay üçün icarə haqqından əlavə 70 (yetmiş) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən alınıb, iddiaçı X5 verilsin.
4. İddia tələbi məhkəməyə müraciət olunduğu 19 avqust 2022-ci il tarixdən hər ay üzrə hesablanmaqla cavabdeh "xxxx" MMC-nin çıxmadığı hər ay üçün icarə haqqından əlavə 230 (iki yüz otuz) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən alınıb, iddiaçı X5 verilməsi hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Mübariz Məmmədov.