Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-492/2024 27.03.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, X1 ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, o və Maraqlı şəxs arasında Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023 tarixli, MŞB/8/2023-01010 nömrəli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişin təsdiq edilməsi və 100 (yüz) manat mediasiya xərcinin Maraqlı şəxs tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, `cavabdehlə 18 oktyabr 2021-ci il tarixdə faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Faktiki nikahlarından 06 iyul 2022-ci il tarixində X6 adlı uşaqları olmuşdur. Uşağın atalığı qanunla müəyyən edilmişdir. Bir müddət sonra X4 ayrılımışlar. Hal-hazırkı vaxta qədər ayrı yaşayırlar.Uşağı himayəsində olmaqla Astara rayonun, Ərçivan qəsəbəsində validyenlərinə məxsus fərdi yaşayış evində yaşayır. Oğlunun yaşayış şəraitini rəsmi qaydada müəyyən etmək üçün Mediasiya Təşkilatına müraciət etmişdir. Keçirilən mediasiya prosesi nəticəsində mediasiya reyestrində MŞL-00277 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə o və cavabdeh arasında 03 fevral 2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Qeyd edilən barışıq sazişinə əsasən, maraqlı şəxs X7 övladı X6 üçün hər ayın 27-sinə qədər 70 (yetmiş) manat aliment ödəməsinə razılıq vermişdir. Alimentin miqdarı, ödənilmə qaydası və şərtləri müəyyən edən barışıq sazişin bağlanılmasına baxmayaraq, cavabdeh heç bir maddi köməklik göstərmir və müvafiq ödənişləri həyata keçirmir. Belə ki, maraqlı şəxs barışıq sazişini imzalayaraq, üzərinə götürülən öhdəlikləri yerinə yetirmir və sazişin könüllü icrasından boyun qaçırır. İş üzrə Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 03 fevral 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023 tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməli, Maraqlı şəxs 12.000 (on iki min) AZN məbləğində pul borcu tutularaq Ərizəçi ödənilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.2023 tarixli, MŞB/8/2023- 01010 saylı barışıq sazişi imzalanması üçün 100 (yüz) manat məbləğində mediasiya xərci ödəmiş, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən mediyasiya xərci maraqlı şəxsə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023 tarixli, MŞB/8/2023-01010 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Maraqlı şəxs 12.000 (on iki min) AZN məbləğində pul borcu tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şivan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-492/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-492/2024
27.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver