Məhkəmə qərarları › İş №2(018)-550/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-550/2025

17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-550/2025 17.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi mərhum həyat yoldaşı 01 iyun 1948-ci il təvəllüdlü X2 xx.xx.2007-ci il tarixdə ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə X3 xx.xx.1948-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. X1 ərizəçinin həyat yoldaşıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8- 2025 saylı məktubu ilə ərizəçinin ərinin ölümünün qeydə alınmasından imtina edilmişdir. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, mərhum həyat yoldaşı X3 01 iyun 1948-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. X3 ilə xx.xx.1970-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və Astara rayonu, Çayoba kəndində yaşamışlar. Mərhum həyat yoldaşı X3 xx.xx.2007-ci il tarixdə Astara rayonu, Çayoba kəndində vəfat etmişdir və Astara rayonu, Çayoba kəndində dəfn edilmişdir. Hal-hazırda müəyyən sənədləşmələrlə bağlı çətinlikləri yaranmışdır. Buna səbəb kimi mərhum həyat yoldaşı X2 ölüm haqqında şəhadətnaməsinin olmamasıdır. Ona görə də, mərhum əri X2 xx.xx.2007-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, X1 onun qaytanasdırı. Qaynatası ilə bir evdə yaşamışlar. X1 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra Astara rayonu, Çayoba kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Astara rayon İHB-nin Pensər kənd İƏD üzrə nümayəndəliyinin 30 yanvar 2025-ci il tarixli 88 saylı arayışdan müəyyən olunur ki, X3 xx.xx.2007-ci il tarixdə Astara rayonu, Çayoba kəndində vəfat etmiş və Astara rayonu, Çayoba kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan foto şəkildən görünür ki, X3 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ərizəçiyə göndərdiyi xx.xx.2025-ci il tarixli, 3-16-5/8-2025 saylı məktubunda isə ölümün qeydə alınmasının mümkün olmaması bildirilmiş və imtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibb şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, ərizəçinin və şahidin izahatı və iş materiallarında olan sübutlar əsasında X2 16 iyul 2007-ci il tarixdə Astara rayonu, Çayoba kəndində ölməsi faktı tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X2 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə mərhum həyat yoldaşının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 16 iyul 2007-ci il tarixdə Astara rayonu, Çayoba kəndində ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş X2 xx.xx.2007-ci il tarixdə Astara rayonun, Çayoba kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar