Məhkəmə qərarları › İş №2(018)-593/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-593/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-593/2023 10.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 27 yanvar 2023-cü il tarixdə Astara rayon Siyətük kəndinə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki,xx.xx.2018-ci il təvəllüdlü X2 27 yanvar 2023-cü il tarixdə Astara rayon Siyətük kəndinə vəfat etmiş və kənd qəbirstanlığında dəfn olunmuşdur.Ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydiyyatı aparılmamışdır. Maraqlı şəxsnə şəhadətnamə almaq üçün müraciət etdikdə ona imtina etmişlər. xx.xx.2018-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Astara rayonu Siyatük kəndində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X5 bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin qızı xx.xx.2018-ci il təvəllüdlü X7 27 yanvar 2023-cü il tarixdə Astara rayon Siyətük kəndində vəfat etmiş və Astara rayon Vəznəş kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə Ərizəçi, şahid X3 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 3-165/7- B-19/2023 saylı məktubdan məlum olur ki, 27 yanvar 2023-cü il tarixdə Astara rayon Siyətük kəndinə ölməsi Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli arayışdan məlum olur ki, xx.xx.2018-ci il təvəllüdlü X7 27 yanvar 2023-cü il tarixdə Astara rayon Vəznəş kənd qəbirstanlığında dəfn etmişlər. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindəm görünür ki, Ərizəçi Astara rayon, Vəznəş kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X1 rayonunda anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydləri kitabında ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.2018-ci il təvəllüdlü X2 27 yanvar 2023-cü il tarixdə ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunaraq xx.xx.2018-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Astara rayonu Siyatük kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.2018-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Astara rayonu Siyatük kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar