Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-684/2024 23.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1967-ci il tarixdə Astara rayon, Şahağac kəndində anadan olmuş X2 xx.xx.2002-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi və həmin ölüm faktının qeydə alınması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X5 xx.xx.1967-ci ildə Astara rayonundan anadan olmuşdur. X5 xx.xx.2002-ci ildə vəfat etmiş, ona ölüm haqqında şəhədətnamə yazılmamışdır. X1 ölməsi faktını yaşadıqları kənd caamati təsdiq edə bilərlər. Beləki ona kənddə ölümü ilə əlaqədar üzür mərasimi qurulmuş və hal hazırda qəbri kənd qəbirstanlığında yerləşir. O müəyyən işlərini sənədləşdirmək istəyir, lakin qardaşının ölüm şəhadətnaməsi olmadığından həmin işlərin sənədləşməsindən imtina olunur. Odur ki, məhrumun ölümünü təsdiq edən sənədi olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən mərhum X1 xx.xx.2002-ci ildə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X3 bildirdi ki, mərhum X2 bacısıdır və Astara rayon, Şahağac kəndində yaşayır. Xəstəlik nəticəsində X5 xx.xx.2002-ci ildə Astara rayon, Şahağac kəndində vəfat etmiş və Şahağac kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AA6058982 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Şahağac kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Astara rayon, Şahağac kəndində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nın Şahağac kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 həqiqətən xx.xx.2002-ci il tarixdə Astara rayon, Şahağac kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 911-05/70 saylı arayışdan məlum olur ki, X5 xx.xx.1967-ci il tarixdə Astara rayon, Şahağac kəndində anadan olmuş, xx.xx.1967-ci il tarixdə Astara rayon, Şahağac kənd icra nümayədəliyində 90 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 21/24 saylı arayışdan məlum olur ki, X5 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2002-ci il tarixdə Astara rayonu Şahağac kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1967-ci il təvəllüdlü X2 xx.xx.2002-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-684/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-684/2024
23.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver