Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-689/2023 31.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 01 yanvar 1961-ci il təvəllüdlü X2 28 mart 2022-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X3 ilə 04 fevral 1985-ci il tarixdə 03 nömrə ilə nikahlarını Astara Rayon Təngərüd kənd icra nümayəndəliyində qeyd etdirməklə ailə həyatı qurmuşdur. Onunla ər-arvad olaraq 28 mart 2022-ci il tarixə kimi bir təsərrüfatda yaşamışdır. Birgə nikahdan 19 yanvar 1986-cı il tarixdə X7, 19 dekabr 1986-cı il tarixdə X5, 06 avqust 1989-cu il tarixdə X4 və 15 yanvar 1992 X8 adlı uşaqları doğulmuşdur. Sağlığında mərhum əri qayğıkeş ailə başçısı olmuş və uşaqlarına daim diqqət göstərmişdir. Mərhum əri X2 28 mart 2022-ci il tarixdə ölmüş və o, Astara rayonu, Şiyəkəran kənd qəbirstanlığında dəfn edilmişdir. Ölümün qeydiyyatı ilə əlaqədar qanunları bilmədiyi üçün nə Astara rayon mərkəzi xəstəxanasına və nədə Maraqlı şəxsnə müəyyən olunmuş müddətdə müraciət etməmişlər. Ölümün qeydə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, ona izah olunmuşdur ki, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, qeydiyyat şöbəsində ölümün qeydə almaq mümkün deyildir. Odur ki, 01 yanvar 1961-ci il təvəllüdlü X2 28 mart 2022-ci il tarixdə Astara rayonunun, Şiyəkəran kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X12 bildirdi ki, Ərizəçi onun bacısıdır. Aygülün həyat yoldaşı X3 28 mart 2022ci il tarixdə rəhmətə getmiş və Astara rayon, Şiyəkəran kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi və şahid X9 dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, X5 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, X4 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE 17551734 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, X8 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Şiyəkəran kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 413 nömrəli arayışdan görünür ki, Ərizəçi Astara rayonu, Şiyəkəran kəndində yaşayır. İş materiallarında olan Astara rayon İHB-nın Şiyəkəran kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 414 nömrəli arayışdan görünür ki, X3 28 mart 2022-ci il tarixdə ölmüş və Astara rayonu, Şiyəkəran kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 316-5/7-11-23/23 saylı məktubdan məlum olur ki, X2 ölüm haqqında Maraqlı şəxs arxivində akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmədə iş üzrə toplanmış sübutlara əsasən müəyyən edildi ki, X1 rayonunda anadan olmuş, lakin onun vəfat etməsi ilə bağlı ölüm haqqında akt qeydləri kitabında ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Astara rayonu, Şiyakəran kəndində ölməsi faktı tam təsdiq olunur, ona görə də ərizə əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1961-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Astara rayonu, Şiyakəran kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-689/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-689/2023
31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver