Məhkəmə qərarları › İş №2(018)-854/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-854/2024

05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-854/2024 05.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 və Ərizəçi iştirakı ilə, Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının təsdiq edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X3 17 iyul 1979-cu il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək göstərdi ki, X2 1933-cü il tarixdə Astara rayonu Giləkəran kəndində anadan olmuşdur. Qardaşı 17 iyul 1979-cu ildə Astara rayonu Giləkəran kəndində vəfat etmişdir. Mərhum X1 rayonu Giləkəran kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, X3 ölümünə dair şəhadətnamə alınmamışdır. Mərhum qardaşı X3 ölməsi faktını ərizəçinin yaşadığı kənd sakinləri də təsdiq edə bilərlər. Mərhum qardaşı X4 ailəli olmamışdır. Hal-hazırda müəyyən sənədləşmə işlərini həyata keçirə bilmir. Buna səbəb kimi mərhum qardaşı X3 ölüm haqqında şəhadətnaməsinin olmamasıdır. Ona görə də, X2nun 17 iyul 1979-cu il tarixdə Astara rayonu Giləkəran kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, yaxın qonşusudur. X2 17 iyul 1979-cu il tarixdə Astara rayonu Giləkəran kəndində vəfat etmiş və Astara rayonu Giləkəran kənd qəbirstanlığında dəfn edilməsinin şahidi olmuşdur. Məhkəmə ərizəçinin izahatını, habelə şahid ifadəsini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

1. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və arayışın məzmunundan görünür ki, Ərizəçi Astara rayonu Giləkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Foto şəkildən görünür ki, X4 17 iyul 1979-cu il tarixdə vəfat etmiş və Astara rayonun, Giləkəran kənd qəbirstanlığında olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi qardaşı X4 17 iyul 1979-cu il tarixdə Astara rayonun, Giləkəran kəndində vəfat etmişdir. Məhkəmə hesab edir ki, 1933-cü il tarixdə Astara rayonu Giləkəran kəndində anadan olmuş X3 17 iyul 1979-cu il tarixdə həmin kənddə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 1933-cü il tarixdə Astara rayonu Giləkəran kəndində anadan olmuş X3 17 iyul 1979cu il tarixdə Astara rayonu Giləkəran kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X3 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar