Məhkəmə qərarları › İş №2(018)-872/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-872/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-872/2025 19.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası 09 mart 1964-cü il təvəllüdlü X2 27 fevral 2025-ci il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1986-cı il tarixdə Astara rayonunun Pensər kəndində anadan olmuşdur. Atası 09 mart 1964-cü il təvəllüdlü X7 27 fevral 2025-ci il tarixdə Astara rayonunda vəfat etmiş və o, Astara rayonunun Pensar kənd qəbrstanlığında dəfn olunmuşdur. Lakin ona ölüm haqqında şəhadətnamə yazılmamışdır. Mərhum atası X2 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etməyinə baxmayaraq nəticəsi olmamışdır. Mərhumun ölümünü təsdiq edən sənədi yoxdur və həmin sənədi digər vasitələrlə almaq mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin aktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd etdirdiklərini və Azərbaycan Respublikası MPM-in 7.2.3 və 308-ci maddələrini rəhbər tutaraq məhkəmədən mərhum atası 09 mart 1964-cü il təvəllüdlü X2 27 fevral 2025-ci il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib ərizəsində göstərdikləri xüsusatları təsdiq edərək, mərhum atası 09 mart 1964-cü il təvəllüdlü X2 27 fevral 2025-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə məktub göndərərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə məhkəmə iclasına gəlməmiş maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, ərizəçinin dayası arvadıdır. Mərhum, onun baldızının əri olmuş, 27 fevral 2025-ci il tarixdə Astara rayonunun Pensər kəndində yaşadığı evdə olarkən vəfat etmişdir. X7 27 fevral 2025-ci il tarixdə Astara rayonunun Pensər kəndində yerləşən Seyyid Cəmaləddin qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin, şahidin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan yaşayış yeri barədə Astara rayon İHB-nın Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 197 saylı arayışdan görünür ki, Ərizəçi Astara rayonu Pensər kəndində yaşayır. İş materiallarında olan Astara rayon İHB-nın Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli 196 saylı arayışından görünür ki, X7 həqiqətən də 27 fevral 2025-ci il tarixdə vəfat etmiş və Astara rayonunun Pensər kəndində yerləşən Seyyid Cəmaləddin qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan foto şəkildən görünür ki, X2 adı yazılmış qəbir daşında vəfat etmə tarixi 27 fevral 2025-ci il qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, X8 ilə X3 20 avqust 1986-cı ildə 36 saylı nikah qeydi ilə ailə qurmuş, nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında arayışdan görünür ki, xx xxxxxxxx 1986-cı ildə Astara rayonu Pensər kəndində anadan olmuş Ərizəçi atası X5, anası X1r. İş materiallarında olan A3 seriyalı 624061 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 09 mart 1964-cü il il tarixdə Astara rayonunda anadan olmuş, atası X4r. İş materiallarında olan Ərizəçi ünvanlanmış Maraqlı şəxs 05 mart 2025-ci il tarixli 3-16-8/23-2025 saylı məktubundan görünür ki, X2 ölüm haqqında şəhadətnaməsini almaq barədə Ərizəçinın müraciətinə əsasən müvafiq illər ərzində yoxlama aparılmış və X2 ölüm haqqında akt qeydi aşkar edilməmiş, ölüm haqqında şəhadətnamə ölüm haqqında akt qeydi əsasında verildiyindən ərizəni təmin etmək mümükün olmamışdır. Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu tarixli Qərarının 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Beləliklə, məhkəmə iclasında ərizəçinin, şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ərizəçi atası mərhum 09 mart 1964-cü il təvəllüdlü X2 27 fevral 2025-ci il tarixdə Astara rayonunun Pensər kəndində vəfat etmiş, Astara rayonunun Pensər kəndində yerləşən Seyyid Cəmaləddin qəbirstanlığında dəfn edilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, ərizəçi ərizəsini ölümün qeyd edilməsi faktının təsdiq edilməli olması kimi əsaslandırsa da, hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından ərizəçinin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil və ərizənin hüquqi əsasını hakim müəyyən edir. Məhkəmə işin araşdırılan halları ilə hesab edir ki, hazırki ərizənin predmetini MPM-in 307.2.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsindən irəli gələn münasibətlər, qanuni əsasını isə ölüm faktının müəyyən edilməsi üzrə tətbiq edilməli olan normalar təşkil edir. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, 09 mart 1964-cü il təvəllüdlü X2 27 fevral 2025-ci il tarixdə Astara rayonunun Pensər kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 mart 1964-cü il təvəllüdlü Astara rayonu Pensər kəndində X2 27 fevral 2025-ci il tarixdə Astara rayonu Pensər kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar