Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-875/2025 20.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cehiz əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X9 müştərək qaydada bu əşyaları qanunsuz olaraq öz sahibliyində saxlayır. Buna görə də iddiaçı onların xeyrinə 21.801 manat məbləğində pul vəsaitinin, həmçinin ödədiyi 95 manat 40 qəpik dövlət rüsumunun və 60 manat mediasiya xərclərinin cavabdehlərdən tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 30 avqust 2001-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. O, 24 dekabr 2021-ci il tarixdə X7 ilə nikaha daxil olaraq ailə qurmuş və həmin tarixdə cavabdehlərin yaşadıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan 11 iyun 2020-ci il tarixdə Leyla və 22 may 2021-ci il tarixdə Rüqəyyə adlı iki övlad anadan olmuşdur. Uşaqlar sağ-salamat olmaqla hazırda iddiaçının himayəsindədir. İddiaçı ailəsi ilə mehriban yaşamış, həyat yoldaşı yaxşı qazanc gətirən və ailəsinə daim yüksək dəyər verən biri olmuşdur. Lakin 04 mart 2024-cü il tarixdə həyat yoldaşı X7 vəfat etmişdir. Onun vəfatından sonra cavabdehlər – mərhumun valideynləri iddiaçını və azyaşlı uşaqlarını evdən qovmuş, küçəyə atmışlar. Nəticədə iddiaçı məcburiyyət qarşısında qalaraq hazırda Bakı şəhərində kirayə mənzildə yaşayır. İddiaçı gəlin köçərkən özü tərəfindən alınmış və valideynləri tərəfindən hədiyyə edilmiş cehiz əşyalarını cavabdehlərin evinə yerləşdirmiş, lakin oradan çıxarkən həmin əşyaları götürmək imkanından məhrum olmuşdur. İddiaçı hesab edir ki, cehiz əşyalarının cavabdehlərin evində qalması qanunsuzdur və həyat yoldaşının vəfatından sonra cavabdehlərlə heç bir münasibəti qalmamışdır. Bu səbəbdən də o, cavabdehlərin yaşadığı evdə saxlanılan, ona məxsus əmlakların və ya həmin əmlakların ümumi dəyəri olan 21.801 (iyirmi bir min səkkiz yüz bir) manat pulun cavabdehlərdən tutulub xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət edir. İddiaçının iddia etdiyi əmlaklar aşağıdakılardan ibarətdir: 1) 10.000 manat dəyərində yataq dəsti, masa, stullar, divan, kreslo, komot, televizor altlığı, ayaq üstü saat; 2) 1.500 manat dəyərində soyuducu; 3) ümumilikdə 1.550 manat dəyərində iki ədəd plazma televizor; 4) 200 manat dəyərində pərdələr; 5) 850 manat dəyərində 3 ədəd lüstr; 6) 280 manat dəyərində tozsoran; 7) 280 manat dəyərində mikrovalnovka; 8) 600 manat dəyərində 4 ədəd xalça; 9) 150 manat dəyərində döşək, yorğan və yastıqlar; 10) 360 manat dəyərində 4 ədəd iran odeyalı; 11) 150 manat dəyərində qızılı rəngli taxt üstü dəst; 12) 85 manat dəyərində ütü; 13) 40 manat dəyərində ütü vuran; 14) 250 manat dəyərində ətçəkən; 15) 160 manat dəyərində elektrik kofe bişirən; 16) 300 manat dəyərində 3 dəst kastorka naboru; 17) 140 manat dəyərində skater dəstləri; 18) 250 manat dəyərində çexol-mələfə naborları; 19) 200 manat dəyərində dəsmallar; 20) 150 manat dəyərində konfet qabı, güldan, meyvə qabı dəsti; 21) 60 manat dəyərində xrustal stəkan dəsti; 22) 60 manat dəyərində nəlbəki dəsti; 23) 180 manat dəyərində çamadan dəsti və qaşıq naboru; 24) 20 manat dəyərində paltar asan; 25) 45 manat dəyərində kasalar; 26) 170 manat dəyərində elektrik çaydanı; 27) 70 manat dəyərində çərəzqabı; 28) 40 manat dəyərində şamdanlar; 29) 20 manat dəyərində salat doğrayıcı; 30) 1.200 manat dəyərində kondisioner; 31) 20 manat dəyərində şişlər; 32) 25 manat dəyərində qayçı naboru; 33) 26 manat dəyərində qızılı salvarka qabları; 34) 50 manat dəyərində padnos dəstləri; 35) 400 manat dəyərində servis dəsti; 36) 20 manat dəyərində armudu stəkan dəsti; 37) 110 manat dəyərində qızılı rumka dəsti; 38) 120 manat dəyərində 24 ədəd tarelka; 39) 80 manat dəyərində bulud qabları; 40) 30 manat dəyərində çaşka naboru; 41) 50 manat dəyərində xırda qablar; 42) ümumilikdə 810 manat dəyərində uşaqlara aid əşyalar və oyuncaqlar; 43) 150 manat dəyərində uşaq yorğan-döşək dəsti; 44) 350 manat dəyərində Pekines cinsli ev iti. Odur ki, cavabdehlər Cavabdeh1 və X9 müştərək qaydada bu əşyaları qanunsuz olaraq öz sahibliyində saxlayır. Buna görə də iddiaçı onların xeyrinə 21.801 manat məbləğində pul vəsaitinin, həmçinin ödədiyi 95 manat 40 qəpik dövlət rüsumunun və 60 manat mediasiya xərclərinin cavabdehlərdən tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, həm İddiaçı, həm də oğlu X3 ikinci evlilikləridir.Onlar toy etməmişlər. X4 oğlu X7 tanış olub bir müddət kənarda yaşamışlar. Sonradan onların evlərinə köçmüşlər. İddiaçı gələndə özü ilə heç bir cehiz gətirməyib. İddiaçı oğlu barəsində narkomandır deyir. X7 narkoman ola-ola mebel ala bilməzdir. Evdə olan bütün əmlakları onların özləri almışlar və X1 məxsus deyil.Onlar qeyd ediblər evdə İddiaçı nə məxsusdur. Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qismən qəbul edərək, bildirdi ki, İddiaçı, həm də oğlu X3 ikinci evlilikləridir.Onlar toy etməmişlər. X4 oğlu X7 tanış olub bir müddət kənarda yaşamışlar. Sonradan onların evlərinə köçmüşlər. İddiaçı gələndə özü ilə heç bir cehiz gətirməyib. İddiaçı oğlu barəsində narkomandır deyir. X7 narkoman ola-ola mebel və digər əmlak ala bilməzdir.Oğlunun gəliri olmayıb. Evdə olan bütün əmlakları onların özləri almışlar və X1 məxsus deyilEvdə İddiaçı məxsus olan əşyaları ərizədə qeyd ediblər. Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh1 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan AZ-İİ 422416 seriya və nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X2 arasında xx.xx.2021-ci il tarixdə Astara rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və 306 №-ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 422416 seriya və nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə ölmüş və Bakı şəhəri, Qaradağ rayon Qeydiyyat şöbəsində xx.xx.2024-cü iltarixdə ölüm haqqında akt 210 №-ilə qeydə alınmışdır. İş materiallarında olan X5 iştirak edilməməsi haqqında xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01100 saylı arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh1 iştirak etməmişdir. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı dövlət rüsumu üçün 95 manat 40 qəpik və mediasiya üçün ödənilmiş 60 manat məbləğində pul rüsum ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı faktiki olaraq xx.xx.2021ci il tarixdə evlənərək ailə qurmuş, İddiaçı ona məxsus əmlakları cavabdehlərdən tutulub xeyrinə ödənilməsi tələbi ilə məhkəməyə müraciət edir. İddiaçının iddia etdiyi əmlaklar aşağıdakılardan ibarətdir: 1) 10.000 manat dəyərində yataq dəsti, masa, stullar, divan, kreslo, komot, televizor altlığı, ayaq üstü saat; 2) 1.500 manat dəyərində soyuducu; 3) ümumilikdə 1.550 manat dəyərində iki ədəd plazma televizor; 4) 200 manat dəyərində pərdələr; 5) 850 manat dəyərində 3 ədəd lüstr; 6) 280 manat dəyərində tozsoran; 7) 280 manat dəyərində mikrovalnovka; 8) 600 manat dəyərində 4 ədəd xalça; 9) 150 manat dəyərində döşək, yorğan və yastıqlar; 10) 360 manat dəyərində 4 ədəd iran odeyalı; 11) 150 manat dəyərində qızılı rəngli taxt üstü dəst; 12) 85 manat dəyərində ütü; 13) 40 manat dəyərində ütü vuran; 14) 250 manat dəyərində ətçəkən; 15) 160 manat dəyərində elektrik kofe bişirən; 16) 300 manat dəyərində 3 dəst kastorka naboru; 17) 140 manat dəyərində skater dəstləri; 18) 250 manat dəyərində çexol-mələfə naborları; 19) 200 manat dəyərində dəsmallar; 20) 150 manat dəyərində konfet qabı, güldan, meyvə qabı dəsti; 21) 60 manat dəyərində xrustal stəkan dəsti; 22) 60 manat dəyərində nəlbəki dəsti; 23) 180 manat dəyərində çamadan dəsti və qaşıq naboru; 24) 20 manat dəyərində paltar asan; 25) 45 manat dəyərində kasalar; 26) 170 manat dəyərində elektrik çaydanı; 27) 70 manat dəyərində çərəzqabı; 28) 40 manat dəyərində şamdanlar; 29) 20 manat dəyərində salat doğrayıcı; 30) 1.200 manat dəyərində kondisioner; 31) 20 manat dəyərində şişlər; 32) 25 manat dəyərində qayçı naboru; 33) 26 manat dəyərində qızılı salvarka qabları; 34) 50 manat dəyərində padnos dəstləri; 35) 400 manat dəyərində servis dəsti; 36) 20 manat dəyərində armudu stəkan dəsti; 37) 110 manat dəyərində qızılı rumka dəsti; 38) 120 manat dəyərində 24 ədəd tarelka; 39) 80 manat dəyərində bulud qabları; 40) 30 manat dəyərində çaşka naboru; 41) 50 manat dəyərində xırda qablar; 42) ümumilikdə 810 manat dəyərində uşaqlara aid əşyalar və oyuncaqlar; 43) 150 manat dəyərində uşaq yorğan-döşək dəsti; 44) 350 manat dəyərində Pekines cinsli ev itin dəyərini, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə müvafiq olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsində qeyd olunmuşdur ki, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 95 manat 40 qəpik dövlət rüsumunun və mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində hissəsi cavabdehlərə aid edilməlidir. Məhkəmədə iddiaçı iddiasının 10.000 manat dəyərində yataq dəsti, masa, stullar, divan, kreslo, komot, televizor altlığı, ayaq üstü saat; 1.500 manat dəyərində soyuducu; plazma televizor və digər əşyalar hissəsində öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Qeyd edilənənləri və cavabdehlərin iddianı qismən qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı məxsus cehiz əmlakları-bir ədəd kiçik plazma televizor 550 manat, 280 manat dəyərində tozsoran, döşək və iki ədəd yastıqlar 100 manat; 10) 90 manat dəyərində 1 ədəd iran odeyalı; 40 manat dəyərində ütü vuran; 160 manat dəyərində elektrik kofe bişirən, 140 manat dəyərində skater dəstləri, bir ədəd güldan, 180 manat dəyərində çamadan dəsti və qaşıq naboru, 20 manat dəyərində paltar asan, 170 manat dəyərində elektrik çaydanı; 70 manat dəyərində çərəzqabı, 40 manat dəyərində şamdanlar, 20 manat dəyərində salat doğrayıcı, 5 ədəd şişlər, 26 manat dəyərində qızılı salvarka qabları, 50 manat dəyərində padnos dəstləri, 20 manat dəyərində armudu stəkan dəsti, 110 manat dəyərində 11 ədəd qızılı rumka dəsti, 80 manat dəyərində bulud qabları, 50 manat dəyərində xırda qablar, ümumilikdə 810 manat dəyərində uşaqlara aid əşyalar və oyuncaqlar, 150 manat dəyərində uşaq yorğan-döşək dəsti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı məxsus cehiz əmlakları- bir ədəd kiçik plazma televizor 550 manat, 280 manat dəyərində tozsoran, döşək və iki ədəd yastıqlar 100 manat; 10) 90 manat dəyərində 1 ədəd iran odeyalı; 40 manat dəyərində ütü vuran; 160 manat dəyərində elektrik kofe bişirən, 140 manat dəyərində skater dəstləri, bir ədəd güldan, 180 manat dəyərində çamadan dəsti və qaşıq naboru, 20 manat dəyərində paltar asan, 170 manat dəyərində elektrik çaydanı; 70 manat dəyərində çərəzqabı, 40 manat dəyərində şamdanlar, 20 manat dəyərində salat doğrayıcı, 5 ədəd şişlər, 26 manat dəyərində qızılı salvarka qabları, 50 manat dəyərində padnos dəstləri, 20 manat dəyərində armudu stəkan dəsti, 110 manat dəyərində 11 ədəd qızılı rumka dəsti, 80 manat dəyərində bulud qabları, 50 manat dəyərində xırda qablar, ümumilikdə 810 manat dəyərində uşaqlara aid əşyalar və oyuncaqlar, 150 manat dəyərində uşaq yorğan-döşək dəsti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 95 manat 40 qəpik və mediasiya üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-875/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-875/2025
20.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver