Məhkəmə qərarları › İş №2(018)-895/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-895/2023

04.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-895/2023 04.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi və ərizəçi İddiaçı Traif qızının iştirakı ilə, Ərizəçi İddiaçı Traif qızının maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Traif qızının maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, o və maraqlı şəxs Cavabdeh arasında Mediasiya Təşkilatının mediasiya reyestrində MŞL-00277 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə bağlanan 03 fevral 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişin təsdiq edilməsi və 100 (yüz) manat mediasiya xərcinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 18 oktyabr 2021-ci il tarixdə faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Faktiki nikahlarından 06 iyul 2022-ci il tarixində X5 adlı uşaqları olmuşdur. Uşağın atalığı qanunla müəyyən edilmişdir. Bir müddət sonra Cavabdeh ayrılımışlar. Hal-hazırkı vaxta qədər ayrı yaşayırlar.Uşağı himayəsində olmaqla Astara rayonun, Ərçivan qəsəbəsində validyenlərinə məxsus fərdi yaşayış evində yaşayır. Oğlunun yaşayış şəraitini rəsmi qaydada müəyyən etmək üçün Mediasiya Təşkilatına müraciət etmişdir. Keçirilən mediasiya prosesi nəticəsində mediasiya reyestrində MŞL-00277 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə o və cavabdeh arasında 03 fevral 2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Qeyd edilən barışıq sazişinə əsasən, maraqlı şəxs Cavabdeh övladı X5 üçün hər ayın 27-sinə qədər 70 (yetmiş) manat aliment ödəməsinə razılıq vermişdir. Alimentin miqdarı, ödənilmə qaydası və şərtləri müəyyən edən barışıq sazişin bağlanılmasına baxmayaraq, cavabdeh heç bir maddi köməklik göstərmir və müvafiq ödənişləri həyata keçirmir. Belə ki, maraqlı şəxs barışıq sazişini imzalayaraq, üzərinə götürülən öhdəlikləri yerinə yetirmir və sazişin könüllü icrasından boyun qaçırır. Məhkəmə iclasında ərizəçi İddiaçı Traif qızı ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəməyə ərizə ilə müraciət iddianı qəbul etmədiyini, işləmədiyi üçün alimenti ödəyə bilməyəcəyini bildirmiş və ərizənin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçi İddiaçı Traif qızının izahatlını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 (on) gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 06 iyul 2022-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Uşağın atalığı qanunla müəyyən edilməklə, atalığın müəyyən olunması barədə şəhadətnamə verilmişdir. Artıq bir müddətdir ki, ayrı yaşayırlar. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində 03 fevral 2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında maraqlı şəxs X5 övladı xx.xx.2023-cü il təvəllüdlü X3 anası İddiaçı hər ayın 27-si 70 (yetmiş) manat aliment ödəməsi barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 03 fevral 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 03 fevral 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməli, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq hər ayın 27-si ərizəçi İddiaçı ödəməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi İddiaçı 03 fevral 2023-cü il tarixdə MŞL-00277 saylı barışıq sazişi imzalanması üçün 100 (yüz) manat məbləğində mediasiya xərci ödəmiş, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən mediyasiya xərci maraqlı şəxsə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağanmış 03 fevral 2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: «Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq hər ayın 27-si ərizəçi İddiaçı ödənilsin». Qətnamə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 (yüz) manat dövlət rüsumu maraqlı şəxs Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şivan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar