Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-925/2024 03.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ İş № 2(018)-975/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ xx.xx.2024-cü il Astara şəhəri ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum atası 07 iyul 1952-ci il təvəllüdlü X2 16 sentyabr 2003-cü il tarixdə Astara rayonunda ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1989-cu il tarixdə Astara rayonun Rüdəkənar kəndində anadan olmuşdur. Atası 07 iyul 1952-ci il təvəllüdlü X6 16 sentyabr 2003-cü il tarixdə Astara rayonunda vəfat etmiş və Astara şəhər qəbrstanlığında dəfn olunmuşdur. Lakin atasına ölüm haqqında şəhadətnamə yazılmamışdır. Mərhum atası X2 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmələrinə baxmayaraq nəticəsi olmamışdır. Mərhumun ölümünü təsdiq edən sənədi olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün deyildir. Mərhum atası 07 iyul 1952-ci il təvəllüdlü X2 16 sentyabr 2003-cü il tarixdə Astara rayonunda ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X3 bildirdi ki, Ərizəçi ilə qohumdurlar. Ərizəçinin atası X6 xx.xx.2003-cü ildə Astara rayonunda vəfat etmiş, Astara şəhər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi və şahid X1 dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Suparibağ kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 618 nömrəli arayışdan görünür ki, Ağayev X5 rayon, Rüdəkənar kəndində yaşayır. İş materiallarında olan AZİİ 454826 nömrəli doğum haqqında şəhadətnamə sənədinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə anadan olmuş, atası- X6, anası- X7 qeyd edilmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Suparibağ kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 628 saylı arayışdan görünür ki, X4 həqiqətən 2003-cü il tarixdə vəfat etmiş, Astara şəhər qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-34/2024 saylı arayışdan məlum olur ki, Maraqlı şəxsndə X6 barəsində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 1451/2024 saylı arayışdan məlum olur ki, X6 xx.xx.1952-ci ildə Astara şəhərində anadan olmuşdur. İş materialına əlavə edilmiş ********** saylı mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət edilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2003-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2003-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-925/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-925/2024
03.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver