Məhkəmə qərarları › İş №2(018)-93/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-93/2023

13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-93/2023 13.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «Ölüm faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu, 23 sentyabr 1986-cı il təvəllüdlü X3 22 fevral 1987-ci il tarixdə ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, ailəsi ilə birlikdə Astara rayonu, Maşxan kəndində yaşayır. Onun Astara rayon Maşxan kənd sakini X4 ilə birgə nikahlarından 23 sentyabr 1986-cı il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Oğlu 23 sentyabr 1986-cı il təvəllüdlü X5 22 fevral 1987-ci il tarixdə Maşxan kəndində ölmüş və orada yerləşən qəbristanlığında dəfn olunmuşdur. Hal-hazırda mülkiyyətlərində olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışın verilməsinə görə oğlu X3 ölümünə dair ölüm haqqında şəhadətnamə tələb etmiş lakin, o, mərhum qızının ölümü barədə “ölüm haqqında şəhadətnaməsini” almamışdır. X1 ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 23 aprel 2021ci il tarixli, 311-05/15 saylı məktubuna əsasən Astara Rayon Məhkəməsinə müraciət edilməsi qeyd edilmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində iştirak edən X7 ifadə verərək bildirdi ki, o, ərizəçini yaxından tanıyır. Onun oğlu mərhum 23 sentyabr 1986-cı il təvəllüdlü X5 22 fevral 1987-ci il tarixdə Astara rayonu, Maşxan kəndində ölmüşdür. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən və Astara rayon İHB-nın Təngərüd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərizəçi xx xxxxxxx 1951-ci il tarixdə Astara rayonu, Maşxan kəndində anadan olmaqla, Ərçivan qəsəbə İƏD-si üzrə nümayəndəliyində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Maraqlı şəxs 23 aprel 2021-ci il tarixli 948 saylı arayışından görünür ki, X5 23 sentyabr 1986-cı il tarixdə anadan olmuşdur. Atası Ərizəçi kimi, anası isə X2 qeyd edilmişdir. Mülki işə əlavə olunmuş Astara rayon İHB-nın Təngərüd kənd bələdiyyəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, X5 22 fevral 1987-ci il tarixdə ölmüş və Maşxan kənd qəbristanlığında dəfn olunmuşdur. Mülki işə əlavə olunmuş Maraqlı şəxs məktubundan görünür ki, X5 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. Mülki işə əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, ərizəçi Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 22 fevral 1987-ci il tarixdə Astara rayonu, Maşxan kəndində ölmüş və orada yerləşən qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə hesab edir ki, mərhum X3 22 fevral 1987-ci il tarixdə Astara rayonu, Maşxan kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 22 fevral 1987-ci il tarixdə Astara rayonu, Maşxan kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X3 ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar