Məhkəmə qərarları › İş №2(018)-931/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-931/2025

24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-931/2025 24.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum qızı 22 may 1996-cı il təvəllüdlü X1 28 avqust 1998-ci il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1975-ci il tarixində Ərizəçi oğlu, X5 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan onların doqquz övladı dünyaya gəlmişdir. Onların oğullarından biri – Ağayev Tərlan, ünvanlı sosial yardım almaq məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinə müraciət etmişdir. Müraciət zamanı ondan torpağa mülkiyyət hüququna dair dövlət aktı tələb olunmuşdur. Həmin aktın qeydiyyat nömrəsi JN-0006, 80102078-dir. Qeyd olunan dövlət aktında Ərizəçi qızı – 1996-cı il təvəllüdlü X1 da adı qeyd olunmuşdur. Lakin qeyd edilməlidir ki, X3 2 yaşında – 28 avqust 1998-ci il tarixində vəfat etmiş və Astara rayonunun Xıçəsə kəndində dəfn olunmuşdur. Aynur Ağayevanın doğumuna dair heç bir rəsmi sənəd təqdim edilmədiyi üçün onun doğum haqqında şəhadətnaməsi alınmamışdır. Bu səbəbdən atası Ərizəçi məsələ ilə bağlı Astara Rayon Məhkəməsinə müraciət etmiş və 22 may 1996-cı il tarixində Xıçəso kəndində doğulmuş Aynur Baloğlan qızının doğum faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmişdir. Qeyd olunmalıdır ki, X10 kənd qəbiristanlığında dəfn olunmuş olsa da, onun ölüm faktı rəsmi sənədlərdə təsdiq olunmamışdır. Atası Ərizəçi ölüm faktının qeydiyyata alınması üçün dəfələrlə Maraqlı şəxsnə müraciət etsə də, nəticə əldə olunmamışdır. Hal-hazırda mərhum Aynur Ağayevanın ölümünü təsdiq edən rəsmi sənəd mövcud deyil və bu sənədin digər hüquqi vasitələrlə əldə olunması mümkün olmamışdır. Odur ki, mərhum qızı 22 may 1996-cı il təvəllüdlü X1 28 avqust 1998-ci il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X2 bildirdi ki, Ərizəçi onun qaradaşıdır. Qardaşının səkkiz övladı olmuş, ikisi dünyasını dəyişmişdir. Qardaşı qızı X3 28 avqust 1998-ci il tarixdə dünyasını dəyimiş və o, Astara rayonunun Xıçəso kəndində dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialında olan İş materialında olan Maraqlı şəxs xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, X3 barəsində ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamış, ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materialında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 qızı xx.xx.1996-cı il tarixdə Xıçəso kəndində anadan olmuş, atası Ərizəçi, anası-X5 qeyd edilmişdir. İş materialında olan Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2025ci il tarixli, 800№-li arayışından görünür ki, Ağayev X4 rayonu, Xıçəso kəndində yaşayır. İş materialında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Astara rayonu, Xıçəso kəndində anadan olmuşdur. Ölüm günü 28 avqust 1998-ci ildə olmuşdur. Astara rayonu, Kijəbə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 30№-li arayışından görünür ki, Ərizəçi xx.xx.1995-ci ildə Astara rayonu, Xıçəso kəndində anadan olmuşdur. Təbii fəlakət zamanı ev yanaraq X3 dünyasını dəyişmiş, Xıçəso qəbirstanlığında torpağa tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilərək xx.xx.1996-cı il təvəllüdlü X1 xx.xx.1998ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1996-cı il təvəllüdlü X1 xx.xx.1998-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar