Məhkəmə qərarları › İş №2(018)-933/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-933/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-933/2025 08.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Astara rayonu, Artupa kəndində 22 mart 1957-ci il tarixdə anadan olmuş X1 04 oktyabr 2008-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası-məhrum X4 22 mart 1957-ci il tarixdə Astara rayonu, Artupa kəndində anadan olmuş, 04 oktyabr 2008-ci il tarixdə Astara rayonu, Artupa kəndində vəfat etmiş və Astara rayonu Qəzəndaş adlanan qəbiristanlıqda dəfn edilmişdir. Hüquqi əhəmiyyətini başa düşmədiklərindən, mərhumun yaxınları onun ölümü barədə aidiyyəti orqanlara məlumat verməmişlər. Bu səbəbdən X1 ölümü rəsmi qaydada qeydə alınmamışdır. Hazırda mərhum X1 ölümünün rəsmi şəkildə qeydə alınmasına zərurət yaranmışdır. Bu məqsədlə onun ailə üzvləri tərəfindən Astara rayonu Qeydiyyat şöbəsinə müraciət olunmuşdur. Lakin Qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli 3-16-5/8-15/2025 saylı məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları"nın 8.5-ci bəndinə əsaslanaraq ölümün qeydə alınmasından imtina etmişdir. Həmin Qaydaların 8.5-ci bəndində göstərilir ki, ölüm faktı tibb müəssisəsinin verdiyi ölüm haqqında arayış (və ya feldşer arayışı) ilə təsdiqlənməlidir. Əgər ölüm haqqında həkim şəhadətnaməsi təqdim olunmazsa, ölüm faktı yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Odur ki, Astara rayonu, Artupa kəndində 22 mart 1957-ci il tarixdə anadan olmuş X1 04 oktyabr 2008-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X3 bildirdi ki, Ərizəçi onun dayısı oğludur. Mərhum dayısı X5 xx.xx.2008ci il tarixdə Astara rayonu, Artupa kəndində vəfat etmiş və Astara rayonu, Qəzəndaş qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materialında olan İş materialında olan Maraqlı şəxs xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, X5 barəsində ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamış, ölümün qeyd edilmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materialında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materialında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.1957-ci il tarixdə Astara rayon Artupa kəndində anadan olmuşdur. İş materialında olan Astara RİHB-nın Səncərədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 464 №-li arayışından görünür ki, mərhum X5 xx.xx.2008-ci il tarixdə vəfat etmiş və Qəzəndaş qəbiristanlığında dəfn edilmişdir. İş materialında olan AZE 05840142 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1957-ci il tarixdə Astara rayonu, Artupa kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilərək xx.xx.1957-ci il təvəllüdlü X2 04 oktyabr 2008-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1957-ci il təvəllüdlü X1 04 oktyabr 2008-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar