Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № 2(018)-961/2024 24.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum atası 04 mart 1971-ci il təvəllüdlü X3 15 mart 2014-cü il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1995-ci il tarixdə Astara rayonun Səncərədi kəndində anadan olmuşdur. Atası 04 mart 1971-ci il təvəllüdlü X7 15 mart 2014-cü il tarixdə Belarus Respublikasının Qorki şəhərində vəfat etmiş və o, Astara rayonun Səncərədi kəndində dəfn olunmuşdur. Lakin ona ölüm haqqında şəhadətnamə yazılmamışdır. Mərhum atası X3 ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmələrinə baxmayaraq nəticəsi olmamışdır. Mərhumun ölümünü təsdiq edən sənədi olmadığından və həmin sənədi digər vasitələrlə almaq mümkün deyildir. Mərhum atası 04 mart 1971-ci il təvəllüdlü X3 15 mart 2014-cü il tarixdə ölümünün qeyd edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Maraqlı şəxs rəisi məhkəməyə məktubla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid X4 bildirdi ki, Ərizəçi onun qardaşı- mərhum X3 qızıdır və Astara rayon, Səncərədi kəndində yaşayır. X1 xx.xx.1971-ci il tarixdə Astara rayon, Səncərədi kəndində anadan olmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş və Astara rayonu Səncərədi kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə Ərizəçi və şahid X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 1575/2024 saylı arayışdan məlum olur ki, X7 xx.xx.1971-ci il tarixdə Astara rayon, Səncərədi kəndində anadan olmuş, xx.xx.1971-ci il tarixdə Astara rayon, Səncərədi kənd icra nümayədəliyində 23 nömrəli akt qeydi aparılmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 316-5/8- 36/2024 saylı sənəddən məlum olur ki, X7 barəsində ölüm haqqında akt qeydi Maraqlı şəxs arxiv sənədlərində aşkar edilməmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Səncərədi kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 889 saylı arayışdan görünür ki, X7 xx.xx.1971-ci il tarixdə Astara rayon, Səncərədi kəndində anadan olmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş və Səncərədi kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, Ərizəçi xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Astara rayon İHB-nın Səncərədi kəndi İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 890 saylı arayışdan görünür ki, Ərizəçi Astara rayon, Səncərədi kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün Ərizəçi tərəfinfən 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin olunsun. xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(018)-961/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №2(018)-961/2024
24.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver