Məhkəmə qərarları › İş №2(018)-990/2024

Astara Rayon Məhkəməsi Qərardad — İş №2(018)-990/2024

25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 2(018)-990/2024 25.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X4, Ərizəçi X1 maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işin sənədlərini nəzərdən keçirib, müəyyənetdim: Ərizəçi X3 maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizədən və əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi X1 rəsmi qeydiyyat yeri Xızı rayonu, Yeni Yaşma kəndi ümvanı olması səbəbindən, ərizəçi X1 maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə Xızı Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada, rəsmi qeydiyyatda olduğu yeri üzrə Xızı Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 309, 152.1.3, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi X1 maraqlı şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyi Astara rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi X2 izah edilsin ki, ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada rəsmi qeydiyyatda olduğu yer üzrə Xızı Rayon Məhkəməsinə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Astara Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar