Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-154/2025 03.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi nümayəndəsi-vəkili X6, Maraqlı şəxs rəisi vəzifəsini icra edən Nümayəndə2 iştirakları ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək əri-X7 26 iyul 2004cü ildə Balakən rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx *959-cu ildə Balakən rayonunda anadan olmuşdur. X** ilə nikahlarını 03 aprel *979-cu ildə rəsmiləşdirməklə evlənmişdir. X5 26 iyul 2004-cü ildə ölmüşdür. Onun ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Ərinin sağlığında xx.xx.2004-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən *32.2 kvm ibarət fərdi yaşayış evini almışdır. 06.08.20*9-cu ildə həmin torpaq sahəsi və fərdi yaşayış evinə öz adına reyestr nömrəsi 40*0*3048928-*030* olan, 36*9005228 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. xx.xx.2004-cü ildə Balakən rayon Dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında 0.06 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən *32.2 kvm ibarət fərdi yaşayış evini satmaq istəyir. Lakin sözügedən daşınmaz əmlak birgə nikah dövründə əldə edildiyindən və X5nun ölümünü təsdiq edən rəsmi sənədlər olmadığından notariat orqanlarında daşınmaz əmlakı özgəninkiləşdirmək mümkün deyildir. O, X5 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə 26 iyul 2004-cü ildə ölmüş X5nun ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda 26 iyul 2004-cü ildə ölmüş X7 ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Nümayəndə-vəkilinin vəkil sorğusu vasitəsi ilə 04.*0.2024-cü il tarixdə X9 aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X*8 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X*3 müraciət edilmiş, lakin Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X*8 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X*4 tərəfindən həmin müraciətə cavab verilməmişdir. Faktiki olaraq həmin orqan tərəfindən ərizəçiyə ərinin ölümü ilə bağlı tibbi şəhadətnamə verilməmiş, bununla da Ərizəçi tərəfindən ölmüş X5na aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. Buna görə X7 ölməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə* ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Məhkəmə iclasında Maraqlı şəxs rəisi vəzifəsini icra edən Nümayəndə2 izahatında göstərdi ki, Ərizəçi 0*.*0.2024-cü il tarixdə Qeydiyyat Şöbəsinə müraciət edərək xx.xx.2004-cü ildə Balakən şəhərində vəfat etmiş əri- X7 ölümünün şöbədə qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini şöbəyə təqdim etmədiyinə görə ona ərinin ölümü barədə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır.Ərizəçi və onun mərhum əri X*2 onun dostu Samir Məcidovun valideynləridir. Ərizəçinin əri Teymur Məcidov 26 iyul 2004-cü ildə ölmüşdür və Balakən rayon Mahamalar qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi X5 olmuş və 26 iyul 2004-cü ildə ildə xəstəlikdən ölmüşdür.X2 rayonu Mahamalar kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidməti tərəfindən 06.08.20*9-cu il tarixdə verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarışdan görünür ki, Balakən şəhəri Vidadi küçəsi 32 ündanında yerləşən ümumi sahəsi *32.2 kv.metr olan fərdi yaşayış evi Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti *8 saylı Zaqatala Ərazi dairəsi tərəfindən 30 iyul 20*9-cu il tarixdə verilmiş inventar nömrəsi 2609 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Balakən şəhəri ,Vidadi küçəsi 32 ündanında yerləşən ümumi sahəsi *32.2 kv.metr olan fərdi yaşayış evi Ərizəçi adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən 0*.*0.2024-cü il tarixdə Ərizəçi ünvanlanmış 3-*6-5/8M- *5-923/2024 nömrəli məktubda göstərilmişdir ki, “Maraqlı şəxsnə 0*.*0.2024-cü il tarixdə daxil olmuş müraciətinizə əsasən xx.xx.2004-cü il tarixdə vəfat etmiş əriniz X7 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93,*94-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.2004-cü il tarixdə vəfat etmiş əriniz X7 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 0* oktyabr 2024-cü il tarixli 05/69-326 nömrəli arayışda göstərilmişdir ki, *4.07.*954-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 0*.*0.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd icra nümayəndəliyi tərəfindən 03 aprel *979-cu il tarixdə verilmiş İİ-JQ seriyalı 27*0*2 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X** ilə X3 arasında 03 aprel *979-cu ildə 27 nömrəli nikah bağlanmış,nikah bağlanandan sonra arvada Məcidova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 sentyabr 2024-cü il tarixli *099 nömrəli arayışında göstərilmişdir ki, mərhum X** həqiqətən ünvan 3 ünvanda yaşamış və 26 iyul 2004-cü il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 23278 nömrəli qəbzdən görünür ki, Ərizəçi *00 manat dövlət rüsumu xərcini ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi əri- *954-cü ildə Balakən rayonunun Mahamalar kəndində doğulmuş X** 26 iyul 2004-cü il tarixdə ölmüşdür. X7 ölümü Qeydiyyat orqanında qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Ərizəçi ərinin ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah edilmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçi X* əri-*4.07.*954-cü ildə Balakən rayonunun Mahamalar kəndində doğulmuş X7 26 iyul 2004-cü il tarixdə Balakən rayonunda ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi əri-*4.07.*954-cü il tarixdə Balakən rayonunun Mahamalar kəndində doğulmuş X7 26 iyul 2004-cü il tarixdə Balakən rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet də yerləşdirməklə vasitəsi ilə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-154/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-154/2025
03.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver