Məhkəmə qərarları › İş №2(019)-160/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-160/2024

22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-160/2024 22.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə*, Maraqlı şəxs nümayəndəsi-müdiri Nümayəndə2 iştirakı ilə, Ərizəçi qızı- X3 ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, qızı X3 *3 avqust 2000-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, *935-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuşdur. *9.0*.*97*-ci ildə anadan olmuş X9 onun qızıdır. X9 *3.08.2000-ci il tarixdə vəfat etmişdir. Öz səhlənkarlıqlarından onun ölüm haqqında tibbi şəhadətnaməsini almamışlar. Onun ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. X* Balakən rayonu Tülü kəndində yerləşən torpaq sahəsi miras qalmışdır. Hazırda qızı X3 ölməsi barədə rəsmi sənədlər olmadığından notariat orqanlarında miras əmlaka vərəsəlik işi açılması və miras əmlakı rəsmiləşdirmək mümkün deyildir. O, qızı X5 ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə *3 avqust 2000-ci ildə ölmüş X3 ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda *3 avqust 2000-ci ildə ölmüş X3 ölümünün qeyd edilib-edilməməsi və ya qeydə alınmasının mümkün olub-olmaması ilə bağlı Balakən rayon X*0 Hüquqi Şəxsinə rəsmi sorğu ilə müraciət etsə də, Balakən rayon X** Hüquqi Şəxsi vəkil sorğusunu cavablandırmamışdır. Buna görə X3 ölməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Ərizəsinin təmin edilməsi üçün məhkəməyə şahidlər dəvət edəcəkdir. Qeyd edilən şahidlərin siyahısını məhkəmə hazırlıq iclasında təqdim edəcəkdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə* ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş, əlavə olaraq X3 ailə qurmadığını, subay olduğunu, *3 avqust 2000-ci ildə Balakən rayonu Tülü kəndində evdə öz əcəli ilə öldüyünü bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi-müdiri Nümayəndə2 ərizəni qəbul edərək, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X2 ifadələrində X3 Ərizəçi qızı olduğunu, Ziyafətin ailə qurmadığını, X3 *3 avqust 2000-ci ildə Balakən rayonu Tülü kəndində evdə öldüyünü və Tülü kənd qəbirstanlığında dəfn olunduğunu bildirmişlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 04 avqust 2023-cü il tarixdə verilmiş 05/69-432 nömrəli vətəndaşlıq vəziyyəti aktı əsasında verilmiş arayışdan görünür ki, X9 *9 mart *97*-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuşdur. Bu barədə 29 mart *97*-ci il tarixdə Balakən rayonu Tülü kənd icra nümayəndəliyində 32 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası:Həsən Məhəmməd oğlu. Anası: X7. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 2* iyul 2023-cü il tarixdə verilmiş 403 nömrəli vətəndaşlıq vəziyyəti aktı əsasında verilmiş arayışdan görünür ki, X9 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs *3.08.2000-2*.07.2023-cü illərə dair ölüm akt qeydləri üzrə yoxlanılmışdır. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd İnzibati Ərazi dairəsi Üzrə Nümayəndəliyinin 0* avqust 2023-cü il tarixli 484 saylı arayışından görünür ki, Ərizəçi həqiqətən Tülü kənd sakinidir. Mərhum qızı X8 *3.08.2000-ci il tarixdə vəfat edib. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı (soyadı, adı və atasının adı) Ərizəçidır və onun yaşayış yeri Balakən rayonu Tülü kəndidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3*6-5/8-P-*5-768/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2023cü il tarixdə daxil olmuş ərizəsinə əsasən dediyinə görə *3.08.2000-ci il tarixdə vəfat etmiş qızı X3 şöbələrində ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən *3.08.2000-ci il tarixdə vəfat etmiş qızı X3 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə* tərəfindən Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X*8 ünvanlanmış 23 oktyabr 2023-cü il tarixli **8 nömrəli məktubdan görünür ki, Balakən rayonu Tülü kənd sakini olmuş X3 ölümünün Balakən rayon X*0 Hüquqi Şəxsində qeydə alınıb-alınmaması, hazırki vəziyyətdə qeydə alınmasının mümkün olub-olmaması barədə rəsmi məlumatın ona göndərilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X*9 tərəfindən Balakən rayonu Tülü kənd sakini olmuş X3 ölümünün Balakən rayon X*0 Hüquqi Şəxsində qeydə alınıb-alınmaması, hazırki vəziyyətdə qeydə alınmasının mümkün olub-olmaması barədə rəsmi məlumat verilməmişdir. İş materiallarında olan 20.**.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi qızı X9 *9.03.*97*-ci il tarixdə Balakən rayonu Tülü kəndində doğulmuş, *3 avqust 2000-ci il tarixdə Balakən rayonu Tülü kəndində vəfat etmişdir. Ərizəçi qızı X4 ölümü Maraqlı şəxsndə qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Ərizəçi ölmüş qızı X3 ölümünün qeydə alınması və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin o, Qeydiyyat Şöbəsinə qızının ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən ona qızı X3 ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə* tərəfindən Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X*8 Balakən rayonu Tülü kənd sakini olmuş X3 ölümünün Balakən rayon X*0 Hüquqi Şəxsində qeydə alınıb-alınmaması, hazırki vəziyyətdə qeydə alınmasının mümkün olub-olmaması barədə rəsmi məlumatın ona göndərilməsinin təmin edilməsi ilə bağlı 23 oktyabr 2023-cü il tarixli **8 nömrəli məktub ünvanlanmış, lakin Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X*9 tərəfindən Balakən rayonu Tülü kənd sakini olmuş X3 ölümünün Balakən rayon X*0 Hüquqi Şəxsində qeydə alınıb-alınmaması, hazırki vəziyyətdə qeydə alınmasının mümkün olub-olmaması barədə rəsmi məlumat verilməmişdir. Ərizəçi qızı X3 ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə ölmüş qızı X* qalmış mirasla bağlı vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və *00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Repsublikası MPM) 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, X3 ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Nümayəndəsi-vəkili vasitəsilə ərizəçi tərəfindən qızı X5 aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X*8 müraciət edilmiş, lakin Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X*9 tərəfindən həmin müraciətə cavab verilməmişdir. Faktiki olaraq həmin orqan tərəfindən ərizəçiyə qızının ölümü ilə bağlı tibbi şəhadətnamə verilməmiş, bununla da Ərizəçi tərəfindən ölmüş qızı X5 aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin ölmüş qızının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi qızı-X3 *3 avqust 2000-ci ildə Balakən rayonu Tülü kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi qızı-X3 *3 avqust 2000-ci ildə Balakən rayonu Tülü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar