Məhkəmə qərarları › İş №2(019)-161/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-161/2024

22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-161/2024 22.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə*, Maraqlı şəxs nümayəndəsi-müdiri Nümayəndə2 iştirakı ilə, Ərizəçi anası-X7 ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X5nın 20 mart 2023cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx *973-cü ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur. X4, anas isə X*6 olmuşdur. X5 20 mart 2023-cü ildə Beyləqan rayonunda vəfat etmiş və orada dəfn edilmişdir. Öz səhlənkarlıqlarından onun ölüm haqqında tibbi şəhadətnaməsini almamışlar. Onun ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. X* bir sıra əmlaklar miras qalmışdır. Hazırda X5nın ölməsi barədə rəsmi sənədlər olmadığından notariat orqanlarında miras əmlaka vərəsəlik işi açılması və miras əmlakı rəsmiləşdirmək mümkün deyildir. O, X5nın ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs ölüm faktını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə 20 mart 2023-cü ildə ölmüş X7 ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Eyni zamanda 20 mart 2023-cü ildə ölmüş X7 ölümünün qeyd edilib-edilməməsi və ya qeydə alınmasının mümkün olub-olmaması ilə bağlı Balakən rayon X*4 Hüquqi Şəxsinə rəsmi sorğu ilə müraciət etsə də, Balakən rayon X*5 Hüquqi Şəxsi vəkil sorğusunu cavablandırmamışdır. Buna görə X7 ölməsi faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Ərizəsinin təmin edilməsi üçün məhkəməyə şahidlər dəvət edəcəkdir. Qeyd edilən şahidlərin siyahısını məhkəmə hazırlıq iclasında təqdim edəcəkdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə* ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi-müdiri Nümayəndə2 ərizəni qəbul edərək, ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*8 və X9 ifadələrində X7 2023-cü ildə mart ayında Beyləqan rayonuna qızının yanına getdiyini və orada 20 mart 2023-cü il tarixdə xəstəlikdən vəfat etdiyini və Beyləqanda dəfn olunduğunu göstərmişlər. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 30 may 2023-cü il tarixli 993 saylı arayışından görünür ki, mərhum X3 şəhəri M.Müşfiq küçəsi bina 5 mənzil 40 saylı ünvanda qeydiyyatda olmuş və oğlu Ərizəçi deməsinə görə anası mərhum X2 rayonunda 20 mart 2023-cü il tarixdə vəfat etmiş və Beyləqan rayonunda dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 30 may 2023-cü il tarixdə verilmiş 05/69-293 nömrəli vətəndaşlıq vəziyyəti aktı əsasında verilmiş arayışdan görünür ki, Ərizəçi xx xxxx *973-cü ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur. Bu barədə 2* noyabr *973-cüi il tarixdə Balakən rayon Mahamalar kənd icra nümayəndəliyində 8* №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası:X**, anası: X*2. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 30 may 2023-cü il tarixdə verilmiş 05/69-294 nömrəli arayışdan görünür ki, 06 yanvar *953-cü ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin adı (soyadı, adı və atasının adı) Ərizəçidur və onun yaşayış yeri Balakən şəhəri M.Müşfiq küçəsi ev 5-dir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3*6-5/8-Ə-*5-365/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2023cü il tarixdə daxil olmuş ərizəsinə əsasən dediyinə görə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5nın şöbələrində ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5nın ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. İş materiallarında olan ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə* tərəfindən Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X28 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X23 ünvanlanmış 23 oktyabr 2023-cü il tarixli **7 nömrəli məktubdan görünür ki, Balakən şəhər sakini olmuş X7 ölümünün Balakən rayon X*4 Hüquqi Şəxsində qeydə alınıb-alınmaması, hazırki vəziyyətdə qeydə alınmasının mümkün olub-olmaması barədə rəsmi məlumatın ona göndərilməsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X28 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X27 tərəfindən Balakən şəhər sakini olmuş X7 ölümünün Balakən rayon X*4 Hüquqi Şəxsində qeydə alınıb-alınmaması, hazırki vəziyyətdə qeydə alınmasının mümkün olub-olmaması barədə rəsmi məlumat verilməmiş, sorğu cavablandırılmamışdır. İş materiallarında olan 20.**.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi X5 06 yanvar *953-cü il tarixdə Balakən rayonu Mahamalar kəndində doğulmuş, 20 mart 2023-cü il tarixdə Beyləqan rayonunda vəfat etmişdir. Ərizəçi X5nın ölümü Maraqlı şəxsndə qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Ərizəçi ölmüş X5nın ölümünün qeydə alınması və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin o, Qeydiyyat Şöbəsinə anasının ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən ona X5nın ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ərizəçinin nümayəndəsi-vəkili Nümayəndə* tərəfindən Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X28 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X23 Balakən şəhər sakini olmuş X7 ölümünün Balakən rayon X*4 Hüquqi Şəxsində qeydə alınıb-alınmaması, hazırki vəziyyətdə qeydə alınmasının mümkün olub-olmaması barədə rəsmi məlumatın ona göndərilməsinin təmin edilməsi ilə bağlı 23 oktyabr 2023-cü il tarixli **7 nömrəli məktub ünvanlanmış, lakin Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X28 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X27 tərəfindən Balakən şəhər sakini olmuş X8 ölümünün Balakən rayon X*4 Hüquqi Şəxsində qeydə alınıb-alınmaması, hazırki vəziyyətdə qeydə alınmasının mümkün olub-olmaması barədə rəsmi məlumat verilməmişdir. Ərizəçi X5nın ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə ölmüş X* qalmış mirasla bağlı vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və *00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Repsublikası MPM) 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.*-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 4*-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 3* yanvar 20*8-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 3*0-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin *52.*.*-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.*2-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, X7 ölüm haqqında tibbi şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Nümayəndəsi-vəkili vasitəsilə ərizəçi tərəfindən X5na aid ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X28 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X23 müraciət edilmiş, lakin Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X28 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X27 tərəfindən həmin müraciətə cavab verilməmişdir. Faktiki olaraq həmin orqan tərəfindən ərizəçiyə anasının ölümü ilə bağlı tibbi şəhadətnamə verilməmiş, bununla da Ərizəçi tərəfindən ölmüş X5na aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin anasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi X5nın 20 mart 2023-cü ildə Beyləqan rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi X5nın 20 mart 2023-cü ildə Beyləqan rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar