Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-165/2022 10.02.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X4nun 09 oktyabr 1998-ci ildə Balakən rayon Şərif kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Balakən rayonunun Şərif kəndində anadan olmuş və həmin ünvanda yaşayır. X4 01.08.1936-cı ildə Balakən rayon Şərif kəndində anadan olub, 09.10.1998-ci ildə isə ürək çatışmamazlığından həftənin 5-ci günü gündüz vaxtı saat 16:00-17:00 radələrində ölmüşdür.Atasının ölümü tibb müəssisəsində qeydə alınmadığından hazıradək ölüm haqqında şəhadətnamə alınmamışdır.O, atadan qalma miras əmlakı qəbul etmək üçün X19 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, atasının ölümü haqqında təsdiq edici sənədi olmadığından həmin mirası qəbul edə bilməmişdir.Bundan sonra atasının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, tibb müəssisəsinin sənədi olmadığından atasına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməyini bildirmişlər.Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Sevilin X4 09 oktyabr 1998-ci ildə Balakən rayonu Şərif kəndində ürək çatışmamazlığı xəstəliyindən ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun eltisidir. Sevilin X4 09 oktyabr 1998-ci ildə Balakən rayonu Şərif kəndində ürək çatışmamazlığı xəstəliyindən ölmüş və kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən 28 oktyabr 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 182258 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuş,X4, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 12 noyabr 2021-ci il tarixli 05/76-1493/15 nömrəli məktubda göstərilmişdir ki, “Balakən rayon qeydiyyat şöbəsinə 12.11.2021-ci il tarixdə daxil olmuş ərizənizə əsasən 09.10.1998-ci il tarixdə Balakən rayonu Şərif kəndində vəfat etmiş atanız X8 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir.Belə ki,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyiniz təqdirdə atanız X8 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamə sizə təqdim edilərək müraciətiniz təmin olunacaqdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 noyabr 2021-ci il tarixdə verilmiş 1102 nömrəli arayışdan görünür ki, X15 barəsində Balakən rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır.Arxiv məlumatları Balakən rayon qeydiyyat şöbəsinin 09.10.1998-12.11.2021ci illərə dair ölüm akt qeydləri üzrə yoxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 23.11.2021-ci il tarixdə verilmiş 620 nömrəli arayışdan görünür ki, mərhum X1 rayonu Şərif kənd sakini olmuşdur.O,kəskin ürək çatışmamazlığından 09 oktyabr 1998-ci ildə vəfat etmişdir. Şərif kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-319,KOD 40100048 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X10, X6,X7, Ərizəçi, X11, X3 və X2 Balakən rayonu Şərif kəndi ərazisindən 2.35 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdlir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Balakən rayonunun Şərif kəndində anadan olmuş və həmin ünvanda yaşayır. Ərizəçinin 01.08.1936-cı ildə anadan olmuş X4 09.10.1998-ci-il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra onun ölümü müvafiq dövlət orqanında qeydə alınmamışdır.Ərizəçi atasından miras qalmış əmlakı qəbul etmək üçün X19 Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, atasının ölümü haqqında təsdiqedici sənəd olmadığından mirası qəbul edə bilməmişdir.Bundan sonra ərizəçi atasının ölümünün qeydə alınması ilə bağlı Balakən rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi atası-01.08.1936-cı ildə anadan olmuş X8 09.10.1998-ci il tarixdə Balakən rayonunun Şərif kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi atası-01.08.1936-cı ildə anadan olmuş X8 09.10.1998-ci il tarixdə Balakən rayonunun Şərif kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-165/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-165/2022
10.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver