Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-174/2021 16.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İlk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi-vəkili X4, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair ilk və Cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat pulun alınaraq, İddiaçı1 xeyrinə verilməsi, bundan başqa - Cavabdeh SPA 145 markalı zavod nömrəsi ********* olan 2018-ci il buraxılışlı 1 ədəd Kotan, BLY 155 markalı zavod nömrəsi ******* olan 2019cu İl buraxılışlı 1 ədəd ot presləyən və malanın alınaraq İddiaçı1 qaytarılması, bundan başqa - Cavabdeh 2019-cu il buraxılışlı, Özdöken markalı, Model VPHE-G6, s/n ******* olan 6 sıralı, gübrəli 1 ədəd Toxumsəpənin alınaraq İddiaçı2 qaytarılması, bundan başqa - Cavabdeh 2020-ci il buraxılışlı, Özdöken markalı, Model ACM-G7, s/n 20150285 olan 7 sıralı, gübrəli 1 ədəd Çapanın alınaraq İddiaçı3 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməs iclasında ilk iddia üzrə iddiaçılar iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia ərizəsində qeyd etdikləri SPA 145 markalı zavod nömrəsi ********* olan 2018-ci il buraxılışlı 1 ədəd Kotan, BLY 155 markalı zavod nömrəsi ******* olan 2019-cu İl buraxılışlı 1 ədəd ot presləyən və malanın ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən İddiaçı1, 2019-cu il buraxılışlı, Özdöken markalı, Model VPHE-G6, s/n ******* olan 6 sıralı, gübrəli 1 ədəd Toxumsəpənin İddiaçı2 2020-ci il buraxılışlı, Özdöken markalı, Model ACM-G7, s/n 20150285 olan 7 sıralı, gübrəli 1 ədəd Çapanın İddiaçı3 qaytarılması səbəbindən, iddianın həcminin həmin hissələrdə azaldırlaraq, tələbin yalnız 3000 (üç min) manat pulun Cavabdeh alınaraq İddiaçı1 verilməsi hissəsində qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh ilk iddia üzrə İddiaçı1 oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə aralarında olan razılaşmaya əsasən ümumi işdən əldə edilmiş qazanc olan 15815 manat pulun 30 faizi olan 4744 manat pulun İddiaçı1 oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənın olmasını və onlara birlikdə baxılmasının mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməsinə səbəb olacağı qənaətinə gəldiyi üçün Azərbaycan Respublikası MPM-nin 155 və 156-cı maddələrinə əsasən, qarşılıqlı iddianı qəbul etmiş və ilk iddia ilə birlikdə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasına ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi-vəkili Vəkil1 ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, ilk iddianı onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 ər-arvaddırlar və ünvan 1i ünvanında ailə üzvləri ilə birlikdə yaşayırlar. İddiaçı3 isə Balakən rayonu Qaysa kəndində yaşayır və digər iddiaçılarla ailəvi dost münasibətləri vardır. İddiaçılar birlikdə kənd təsərrüfatı ilə məşğul olurlar. Cavabdeh uzun müddətdir ki, tanıyırlar. O, traktorçudur və kənd təsərrüfatı ilə bağlı torpaq sahəsinin şumlanması, əkilməsi, məhsul yığımı, biçilməsi ilə məşğul olur. Onun traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. İddiaçı1 03 iyul 2019-cu ildə MK X5 Cəmiyyətindən SPA 145 markalı zavod nömrəsi ********* olan 2018-ci il buraxılışlı 1 ədəd Kotan, BLY 155 markalı zavod nömrəsi ******* olan 2019-cu il buraxılışlı 1 ədəd Ot Presləyən almışdır. 2019-cu ilin avqust ayında isə Cavabdeh həmin əmlakları qazanc əldə etmək məqsədi ilə istifadəyə vermişdir. Eyni zamanda 06 aprel 2020-ci ildə İddiaçı1 İddiaçı2 ilə birlikdə X10 Məsuliyyətli Cəmiyyətindən 2019-cu il buraxılışlı, Özdöken markalı; Model VPHE-G6, s/n ******* olan 6 sıralı, gübrəli 1 ədəd Toxumsəpən avadanlığı almışlar. Həmin avadanlığı da Cavabdeh istifadəsinə vermişlər. Bundan əlavə həmin işlərin davamı olaraq İddiaçı3 13 may 2020-ci üdə X10 Məsuliyyətli Cəmiyyətindən 2020-ci il buraxılışlı, Özdöken markalı, Model ACM-G7, s/n 20150285 olan 7 sıralı, gübrəli 1 ədəd Çapa avadanlığı almışdır. Həmin avadanlığı da Cavabdeh istifadəsinə vermişdir. Görülən işlərin yekunu olaraq qazancın 70%-i iddiaçı tərəfin, 30 %-i isə cavabdehin olmalı idi. Avadanlıqlar alındığı gündən hal-hazıradək cavabdehin istifadəsində olmuşdur. Görülən işlərin yekununda isə Cavabdeh 3000 (üç min) İddiaçı1 borcu yaranmışdır. İddiaçı1 Cavabdeh 3000 manat özünə çatacaq gəlirin ödənilməsini tələb etdikdə, cavabdeh pulu öz ehtiyacı üçün xərclədiyini, imkanı olanda pulu ödəyəcəyini bildirmişdir. Buna görə də iddiaçılar qərara gəlmişlər ki, cavabdehdə olan avadanlıqlarını və pullarını ondan tələb etsinlər. Cavabdeh əmlakları geri qaytarmışdır. Lakin Cavabdeh pulu qaytarmaq istəmir. Qeyd edilənləri nəzərə alaraq, ilk iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək, qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonunun Meşəşambul kəndində yaşayır. İddiaçı1 Şambul kənd sakini kimi tanıyır. 2019-cu ilin avqust ayında İddiaçı1la aralarında bağlanmış şifahi qarşılıqlı razılaşmaya əsasən, iddiaçı özünə məxsus olduğunu bildirdiyi “ Belarus-892” markalı traktoru və bundan bir müddət sonra üç adda SPA 145 markalı 1 ədəd kotan, BLY 155 markalı 1 ədəd ot presləyən, Özdeken markalı Model VPHE-G6 s/n ******* olan 6 sıralı gübrəli 1 ədəd toxumsəpən avadanlığını istifadə etmək üçün ona vermişdir. İddiaçı1 ilə aralarında olan razılaşmaya əsasən hər bir görülən işdən olan qazancı 70 faizi İddiaçı1, 30 faizi isə onun olmalı idi. 2019-cu ilin avqust ayından 2020-ci ilin oktyabr ayına kimi traktordan və bu avadanlıqlardan istifadə etmişdir. İstifadədən əldə edilmiş bütün gəlirlərin qeydiyyatını aparmışdır. Əldə edilmiş pul müntəzəm olaraq həm özü tərəfindən, həm də işləri görülmüş vətəndaşlar tərəfindən İddiaçı1 və ona çatdırılması üçün onun qardaşı Kənan Saramanova verilmişdir. Bu faktı təsdiq edə bilən şahidləri vardır. Görülmüş işlər və ondan əldə edilmiş gəlirlər barədə qeydiyyat dəftərini məhkəməyə təqdim edə bilər. Həmçinin bildirir ki, əldə edilmiş gəlirin 30 faizi olan pulu İddiaçı1 mövsümün sonunda cəm halda əldə etmək məqsədilə mövsüm ərzində ondan almamışdır. İddiaçı1 heç bir borcu yoxdur və avadanlıqları saz vəziyyətdə saxlamışdır. 2020-ci ilin oktyabr ayında qeyd olunan traktoru İddiaçı1 təhvil vermişdir. Digər avadanlıqlar isə özündə olmuşdur. 2020-ci ilin oktyabr ayının sonunda yaşadığı evə özünü Qaysa kənd sakini İddiaçı3 kimi təqdim edən bir şəxs gəlmiş və İddiaçı1 məxsus 2 ədəd avadanlığı - toxum səpəni və kotanı Vüqardan aldığını, onları aparmaq istədiyini bildirmişdir. Avadanlıqların Vüqara məxsus olduğunu, onları ona istifadəyə verdiyini, avadanlıqların satıldığından xəbəri olmadığını bildirməklə, avadanlığı Mahama adlı şəxsə verməkdən imtina etmişdir. Bir müddət sonra ona mənə məlum olmuşdur ki, ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ondan əmlak tələbi ilə məhkəməyə müraciət etmişlər. Bundan sonra İddiaçı1 zəng edərək, ondan aralarında olan razılaşmaya əsasən ümumi işdən əldə edilmiş qazanc olan 15815 manat pulun 30 faizi olan 4744 manatı verməklə avadanlıqları aparmağına heç bir etirazının olmadığını bildirmişdir. Lakin İddiaçı1 ona heç bir borcu olmadığını və ona pul verməyəcəyini bildirmişdir. Buna görə də qeyd olunan qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Bununla belə, məhkəmə çəkişməsinin davam etdiyi müddətdə SPA 145 markalı zavod nömrəsi ********* olan 2018-ci il buraxılışlı 1 ədəd Kotan, BLY 155 markalı zavod nömrəsi ******* olan 2019-cu İl buraxılışlı 1 ədəd ot presləyən və malanı İddiaçı1, 2019-cu il buraxılışlı, Özdöken markalı, Model VPHE-G6, s/n ******* olan 6 sıralı, gübrəli 1 ədəd Toxumsəpəni İddiaçı2, 2020-ci il buraxılışlı, Özdöken markalı, Model ACM-G7, s/n 20150285 olan 7 sıralı, gübrəli 1 ədəd çapanı İddiaçı3 qaytarmışdır. Qeyd edilənləri nəzərə alaraq, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2, Şahid3, Şahid2, X9 və X1 Vüqar Paşa oğlu ilə Cavabdeh arasında Cavabdeh İddiaçı1 məxsus avadanlıqları işlədəcəyini, bu məqsədlə iddiada qeyd olunan avadanlıqların birgə iş görmək məqsədi ilə Cavabdeh istifadəsinə verildiyini, görülən işlərin yekunu olaraq qazancın 70%-nin İddiaçı1, 30 %-nin isə Cavabdeh çatmalı olmasını və Cavabdeh çoxlu insanların yerlərini şumladığını və şumlanan yerlərin pullarının İddiaçı1 tərəfindən alındığını, lakin Cavabdeh görülən işlər nəticəsində nə qədər və kimlər tərəfindən pul veriləcəyini və İddiaçı1 Cavabdeh çatası nə qədər pulu vermədiyini bilmədiklərini, İddiaçı1la Cavabdeh arasında iş birliyi nəticəsində ümumi işdən əldə edilmiş qazancın 15815 manat olması və həmin qazancın 30 faizinin 4744 manat olmasını bilmədiklərini göstərmişlər. İş materiallarında olan 13 may 2020-ci il tarixli, A311 nömrəli “Alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, 2020-ci il buraxılışlı, Özdöken markalı, Model ACM-G7, s/n 20150285 olan 7 sıralı, gübrəli 1 ədəd Çapa avadanlığı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Balakən rayonu, Qaysa kənd sakini İddiaçı3 satılmışdır. İş materiallarında olan 06 aprel 2020-ci il tarixli, A250 nömrəli “Alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, 2019-cu il buraxılışlı, Özdöken markalı, Model VPHE-G6, s/n ******* olan 6 sıralı, 1 ədəd gübrəli Toxumsəpən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Balakən rayonu, Şambul kənd sakini İddiaçı2 satılmışdır. İş materiallarında olan AQ seriyalı 005998 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, BLY 155 markalı, 2019-cu il buraxılışlı “Ot presləyən” avadanlıq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lizinq müqaviləsinə əsasən İddiaçı1 istifadəsinə verilmişdir. İş materiallarında olan AQ seriyalı 005999 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, SPA 145 markalı, 2018-ci il buraxılışlı “Kotan” avadanlıq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən lizinq müqaviləsinə əsasən İddiaçı1 istifadəsinə verilmişdir. İş materiallarından həmçinin görünür ki, ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 qızı və İddiaçı1 tərəfindən ilk iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçıların nümayəndəsi-vəkilini və qarşılıqlı iddia üzrə cavabdehi, həmçinin şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddialar əsassız olduğundan təmin edilməməlidir. İlk əvvəl məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk iddianın həcmi iddiaçılar tərəfindən azaldıldıqdan sonra, faktiki olaraq iddiaçılardan İddiaçı2 və İddiaçı3 hazırki iddiada tələb hüququ olmayan şəxs statusuna düşmüşlər. İddianın həcminin azaldılması barədə ərizənin məzmunundan da göründüyü kimi, iddiaçılar İddiaçı2 və İddiaçı3 tələb etdiyi əşyalar faktiki olaraq məhkəmə mübahisəsinin davam etdiyi müddətdə Cavabdeh tərəfindən İddiaçı2 və İddiaçı3 geri qaytarılmış və onlarda da həmin hissədə iddianın həcmini (tələblərini) azaltmışlar. Yəni həmin iddiaçıların faktiki vəziyyətdə cavabdehdən heç bir tələbləri yoxdur. Bununla da, hazırki iddiada tələb hüququ olan yeganə şəxs İddiaçı1 qalmışdır. Məhkəmə ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 qızı və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddiaçıları əsl iddiaçı ilə, yəni, İddiaçı1 ilə əvəz etməyi təklif etsə də, ilk iddia üzrə iddiaçıların nümayəndləsi-vəkili buna razılıq verməmişdir. Belə olan halda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxılmanı davam etdirmək qərarına gəlmişdir. Belə ki, Azərbaycan Repsublikasının MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Azərbaycan Repsublikasının MPM-nin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Azərbaycan Repsublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən,qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Repsublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 qızının, İddiaçı1 Cavabdeh tələb etdiyi 3000 (üç min) manat pula aidiyyatları olmadıqları, dolayısıyla da subyektiv hüquqları yaranmadıqları üçün onara münasibətdə ilk iddianın təmin edilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli və “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli qərarlarında qeyd olunur ki, “....Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla yanaşı, ilk iddianın İddiaçı1 tələbi ilə bağlı hissəsinin və qarşılıqlı iddianın təmin edilməsi üçün də məhkəmə əsaslar müəyyən edə bilməmişdir. Belə ki, sübut etmək yükü tərəflərin (iddiaçıların) üzərində olduğu halda, onlar iddia ərizələrində qeyd etdiyi halları sübut edə biləcək mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda istinad olunan qanun normalarının tələbindən görünür ki, hazırki işdə ilk iddia üzrə İddiaçı1 ilk iddia üzrə Cavabdeh ona 3000 manat pul ödəməli olmasını (borclu olmasını) təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İstər iddia ərizələrində, istərsə də İddiaçı1 nümaynədəsi-vəkili, istərsə də Cavabdeh məhkəmədə verdiyi izahatlarında, iddiada qeyd olunan avadanlıqların birgə iş görmək məqsədi ilə Cavabdeh istifadəsinə verildiyini, görülən işlərin yekunu olaraq qazancın 70%nin İddiaçı1, 30 %-nin isə Cavabdeh çatmalı olmasını göstərmişlər. Lakin, İddiaçı1 Cavabdeh ona verilmiş avadanlıqlardan istifadə nəticəsində cavabdehin nə qədər gəlir əldə etməsi və həmin gəlirin iddiaçıya ödənilməli olan 70 % hissəsinin hansı hesablamaya görə 3000 manat təşkil etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki qanunun tələbinə görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qeyd olunanlar bu iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Göstərilənlər ilk iddianın tamamilə əsassız olmasını sübut edir. Məhkəmə qarşılıqlı iddianın dəlillərinə də hüquqi qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia da tamamilə əsassızdır və təmin olunmamalıdır. Belə ki, eynilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh da, ümumi işdən əldə edilmiş qazancın 15815 manat olması və həmin qazancın 30 faizinin 4744 manat olması halını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, yəni, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qarşılıqlı iddia üzrə iddiaçı bu tələb üzrə iddiasının dispozitiv şərtləri kimi sübuta yetirməli idi ki, Cavabdeh da bu halları sübut edə bilməmişdir. Qanunun tələbinə görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş üzrə şahid qismində dindirilmiş X2, Şahid3, Şahid2, X9 və X1 Vüqar Paşa oğlu ilə Cavabdeh arasında Cavabdeh İddiaçı1 məxsus avadanlıqları işlədəcəyini, bu məqsədlə iddiada qeyd olunan avadanlıqların birgə iş görmək məqsədi ilə Cavabdeh istifadəsinə verildiyini, görülən işlərin yekunu olaraq qazancın 70%-nin İddiaçı1, 30 %-nin isə Cavabdeh çatmalı olmasını və Cavabdeh çoxlu insanların yerlərini şumladığını və şumlanan yerlərin pullarının İddiaçı1 tərəfindən alındığını, lakin Cavabdeh görülən işlər nəticəsində nə qədər və kimlər tərəfindən pul veriləcəyini və İddiaçı1 Cavabdeh çatası nə qədər pulu vermədiyini bilmədiklərini, İddiaçı1la Cavabdeh arasında iş birliyi nəticəsində ümumi işdən əldə edilmiş qazancın 15815 manat olması və həmin qazancın 30 faizinin 4744 manat olmasını bilmədiklərini göstərmişlər. Ona görə də həmin şahid ifadələri qarşılıqlı iddia tələbinin əsaslandırıldığı halı, yəni ümumi işdən əldə edilmiş qazancın 15815 manat olması və həmin qazancın 30 faizinin 4744 manat olmaqla Cavabdeh verilməli olmasını sübut etmədiyindən, qarşılıqlı iddia tələbinin əsaslı olmasını təsdiq edə bilən mötəbər sübutlar kimi qəbul olunmur. İş üzrə qarşılıqlı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır. Göstərilənlər qarşılıqlı iddianın da tamamilə əsassız olmasını sübut edir. Məhkəmə ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi-vəkilinin və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatlarını və şahid ifadələrini dinləyib, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin ilk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası təmin olunmasın. Cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. İlk iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 və qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-174/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-174/2021
16.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver