Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-180/2024 29.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə iştirakları ilə, Ərizəçi ölümün faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1982-ci il tarixdə Balakən rayonunun Şərif kəndində doğulmuş X7 xx.xx.2003-cü il tarixdə Balakən rayonunun Şərif kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Şərif kəndində doğulmuş, Tülü kəndində yaşayır.xx.xx.1982-ci il tarixdə Balakən rayonunun Şərif kəndində doğulmuş qardaşı- X17 xx.xx.2003-cü il tarixdə xəstəlikdən ölmüş və Şərif kənd qəbiristanlığında dəfn edilmişdir. X19 vəfat etdikdən sonra ondan miras olaraq həyətyanı və pay torpaq sahəsi qalmışdır. Qardaşından miras qalmış əmlakla bağlı vərəsəliyin açılması üçün notariat kontoruna müraciət etmək istəyir. Lakin qardaşının ölüm şəhadətnaməsi olmadığından bu hərəkəti edə bilmir. Valideynləri atası X9 və anası X4 da vəfat etmişdirlər. Valideynlərindən qalmış mirasla bağlı vərəsəliyin açılması üçün də notariat kontoruna müraciət edərkən də qardaşı Mehmanın ölüm haqqında şəhadətnaməsi tələb olunur. X1 adına ölüm haqqında şəhadətnamə alınması ilə bağlı Balakən rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin şöbəyə qardaşının ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən həkim arayışını təqdim edə bilməmişdir. Buna görə də qardaşı Mehmanın adına ölüm haqqında şəhadətnamənin verilməsinin qeyri mümkün olması barədə ona məktubla cavab verilmişdir. Bu barədə QŞ-nin arayışını ərizəsinə əlavə etmişdir. Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsini icra edən Nümayəndə izahatında göstərdi ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə şöbəyə müraciət edərək xx.xx.2003-cü ildə Balakən rayonunun Şərif kəndində vəfat etmiş qardaşı- X7 ölümünün şöbədə qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ərizəçi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini şöbəyə təqdim etmədiyinə görə ona qardaşının ölümü barədə ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Ona məhkəməyə müraciət etməli olması izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Ərizəçi xx.xx.1982-ci ildə anadan olmuş qardaşı- X17 xx.xx.2003-cü ildə ölmüş və Şərif kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun baldızı qızıdır. Ərizəçi xx.xx.1982-ci ildə anadan olmuş qardaşı- X17 xx.xx.2003-cü ildə ölmüş və Şərif kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, ləğv olunmuş Balakən rayon Şərif kənd soveti tərəfindən 28 dekabr 1982-ci il tarixdə verilmiş Vİİİ-JQ seriyalı 427922 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X17 xx.xx.1982-ci ildə anadan olmuş, atası X9, anası X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, ləğv olunmuş Balakən rayon Şərif kənd soveti tərəfindən 27 dekabr 1974-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 448714 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X12 xx.xx.1974-cü ildə anadan olmuş, atası X9, anası X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 mart 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 643275 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X16 arasında 28 mart 2011-ci il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Umudova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən 20 sentyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 348503 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 882776 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 31 avqust 2017-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli 05/69-541 nömrəli arayışda göstərilmişdir ki, xx.xx.1982-ci ildə Balakən rayonunun Şərif kəndində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarİxli 661 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1982-ci ildə Şərif kəndində doğulmuş mərhum X17 həqiqətən xx.xx.2003-cü ildə vəfat etmiş və Şərif kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Balakən Rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxs tərəfindən vəkil Məlahət Emçiyevaya ünvanlanmış 28 noyabr 2023-cü il tarixdə verilmiş 18-1927/2-782/2023 nömrəli məktubda göstərilmişdir ki, “sizin xx.xx.2023-cü il tarixli məktubunuza cavab olaraq “Balakən rayon Mərkəzi xəstəxənası” publik hüquqi şəxsi bildirir ki, Balakən rayonu Şərif kənd sakini olmuş X7 xx.xx.2003-cü il tarixdə ölümü “Balakən rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində qeydə alınmamışdır. Onun ölümündən 20 il keçdiyini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş “Ölüm haqqında Tibbi şəhadətnamə (AZS106) üçün təlimat”a əsaslanaraq X10 ölüm haqqında tibbi şəhadətnamə yaza bilmirik”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5xx-xx-15768/2023 nömrəli məktubda göstərilmişdir: “Balakən rayon Qeydiyyat Şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizənizə əsasən dediyinizə görə xx.xx.2003-cü il tarixdə vəfat etmiş qardaşınız- X7 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Odur ki,xx.xx.2003-cü il tarixdə vəfat etmiş qardaşınız X7 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0442,KOD-40726048 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarİxli 06 saylı qərarı ilə X6,X2, X8, X13, X10 və X11 Balakən rayonu Şərif kəndi ərazisindən 1.45 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.1982-ci ildə anadan olmuş qardaşı-X17 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Mehman Herayevin ölümü Qeydiyyat orqanında qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Ərizəçi qardaşının ölümünün qeydə alınması ilə bağlı Balakən Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında tibb müəssisəsinin sənədi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah edilmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi qardaşı -xx.xx.1982-ci ildə anadan olmuş X7 xx.xx.20003-cü il tarixdə Balakən rayonu Şərif kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi qardaşı -xx.xx.1982-ci ildə anadan olmuş X7 xx.xx.2003-cü il tarixdə Balakən rayonu Şərif kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №2(019)-180/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-180/2024
29.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver