Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-182/2024 01.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi atasının ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 13 iyul 2017-ci ildə ildə Balakən rayonu Şərif kəndində ürək çatışmamazlığıdan vəfat etmiş X2nun ölüm faktının müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1994-cü ildə Balakən rayonu Şərif kəndində anadan olmuşdur. X2, anası X12 olmuşdur. X2 13 iyul 2017-ci ildə Balakən rayonu Şərif kəndində ürək çatşmamazlığından vəfat etmişdir. Lakin onun ölümü ilə bağlı heç bir sənədləşmə aparılmamışdır. Anası isə 15 mart 2023-cü ildə Rusiya Federasiyasının Volqoqrad şəhərində vəfat etmişdir. Onun ölümü barədə şəhadətnamə vardır. Hal-hazırda mərhum X2nun adına və ailə üzvlərinin adına 1204,34 kv.m həyətyanı torpaq sahəsinin, mərhum X2, X12 və ona Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001 -ci il tarixli 06 saylı qərarı ilə verilmiş 1.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənədləşdirilməsi zərurəti yaranmışdır. Bunun üçün atasınan və anasından miras qalmş əmlaklara vərəsəlik işi açdırmaq üçün Balakən ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinə müraciət etdikdə, onlar X2nun ölümü haqqında şəhadətnamə tələb edirlər. O, ölüm faktının müəyyən edilməsi və mərhum X2na ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs imtina məktubundan görünür ki, “ Maraqlı şəxsnə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizənizə əsasən etibarnamə üzrə nümayəndəsi olduğunuz Ərizəçi xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2nun şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193, 194-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003- cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxardığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində qeydiyyata alınır. Ölüm haqqında məlumat tibb müəssisə tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Ölüm haqqında şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxanda göstərilənlərə əsasən etibarnamə üzrə nümayəndəsi olduğunuz Ərizəçi xx.xx.2017-ci ildə vəfat etmiş X2nun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” Bundan sonra o, Balakən rayon X18 Hüquqi Şəxsinə ərizə ilə müraciət edərək, 13 iyul 2017-ci ildə vəfat etmiş X2na ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Balakən rayon X18 Hüquqi Şəxsinin məktubundan görünür ki,“Sizin ərizənizə cavab olaraq Balakən MRX PHŞ-sı bildirir ki, X8 ölümü barədə Balakən MRX-da qeydiyyatı aparılmayıb. X14 13 iyul 2017-ci ildə vəfat etmişdir. Onun ölümündən 6 il keçdiyini nəzərə alaraq Azərbaycann Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş X32 Şəhadətnamə AZS-106 üçün təlimata əsaslanaraq X11 X32 şəhadətnamə yaza bilmirik”. Odur ki, mərhum X2nun Balakən rayonu Şərif kəndində ürək çatşmamazlığından vəfat etməsi ilə bağlı ölüm faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizçi Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki ilə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasıda şahid qismində dindirilmiş X26 və X19 ifadələrində Ərizəçi X1 qızı olduğunu, X5 13 iyul 2017-ci il tarixdə Balakən rayonu Şərif kəndində ürək çatışmazlığından vəfat etməsini və kənd qəbirstanlığında dəfn olunmasını bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən 25 noyabr 1992-ci ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X3 arasında xx.xx.1992-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Herdayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 yanvar 1970-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 07 yanvar 1970-ci ildə anadan olmuş, atası X13, anası X20 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən 17 iyul 1995-ci il tarixdlə veridlmiş XİX-JQ seriyalı 284463 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1994cü ildə anadan olmuş, X2, anası X12 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 29 sentyabr 2023-cü il tarixdə verilmiş 05/69/498 nömrəli arayışdan görünür ki, 01 yanvar 1970-ci ildə Balakən rayonunun Şərif kəndində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndlaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Nümayəndə1 ünvanlanmış xx.xx.2023-cü il tarixdə verilmiş 3-16-5/8-M-15-687/2023 nömrəli məktubda göstərilmişdir ki, Maraqlı şəxsnə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən etibarnamə üzrə nümayəndəsi olduğu Ərizəçi xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası X10 şöbədə ölümünün qeydə alınaraq Ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193,194-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8-ci bəndinə əsasən ölüm bu barədə məlumati verən şəxsin seçdiy, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, Konsulluq idarəsi, və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. X32 şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən etibarnamə üzrə nümayəndəsi olduğu Ərizəçi xx.xx.2017-ci il tarixdə vəfat etmiş X2nun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 oktyabr 2023-cü il tarixdə verilmiş 81 nömrəli arayışdan görünür ki, mərhum X15 xx.xx.2017-ci ildə vəfat etmiş və Balakən rayon Şərif kənd qəbiristanlığında dəfn edilmişdir.Bununla əlaqədar Balakən rayon Şərif kənd İƏD-si üzrə nümayəndəliyində heç bir qeyd aparılmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon X18 Hüquqi Şəxsinin 19 oktyabr 2023-cü il tarixli, 18-1-27/2-H-309-xx-xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, X8 ölümü barədə Balakən MRX-da qeydiyyat aparılmayıb.X14 13 iyul 2017-ci il də vəfat etmişdir. Onun ölümündən 6 il keçdiyini nəzərə alaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş X32 şəhadətnamə AZS- 106 üçün təlimata əsaslanaraq X11 X32 şəhadətnamə yaza bilmirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki,Balakən rayonu Şərif kəndlində yerləşən 1204.34 kv.m həyətyanı torpaq sahəsi Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X6 verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0175 KOD 40726048 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli 06 saylı qərarı ilə X6, X7 və Ərizəçi Rəşid qızına Balakən rayonu Şərif kəndi ərazisindən 1.29 ha kənd təsərrüfatı məhmulları istehsalı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi nümayəndəsivəkili Nümayəndə1 hazırki ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 13 iyul 2017-ci il tarixdə vəfat etmiş X2ndan Balakən rayonu Şərif kəndində torpaq sahəsi miras qalmışdır və ərizəçi bu torpaq sahəsinə hüquq müəyyənedici sənəd almaq istəyir. Ərizəçinin X2 13 iyul 2017-ci il tarixdə Balakən rayonu Şərif kəndində ürək tutmasından vəfat etmişdir. Ərizəçi atasından mirasın açılması ilə bağlı Notariat Konturuna müraciət edərkən məlum olmuşdur ki, X2nun ölümü qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi atasına ölüm şəhadətnaməsi almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsinə atasının ölümünün qeydə alınması üçün lazımi sənədləri təqdim edə bilmədiyindən ona atasının ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi həmçinin Balakən Rayon X18 Hüquqi Şəxsindən atasının ölümü barədə şəhadətnamə ala bilməmişdir. Ərizəçi atasının ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə mərhum atasından qalmış mirasa vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “X32 şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “X32 şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “X32 şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarının 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “X32 şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Yenə də həmin qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. İş materiallarından görünür ki, ərizəçinin X2nun X32 şəhadətnaməsi olmamış, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Nümayəndəsi-vəkili vasitəsilə ərizəçi tərəfindən X2na aid X32 şəhadətnamənin alınması üçün Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X35 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X30 müraciət edilmiş, lakin Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X35 "Balakən Rayon Mərkəzi Xəstəxanasi" X33 tərəfindən ərizəçinin mərhum atasına ölüm şəhadətnaməsi verilməmişdir. Bununla da Ərizəçi tərəfindən ölmüş X2na aid ölüm haqqında şəhadətnamənin alınmaması barədə sübut əldə edilməklə ərizəyə əlavə edilmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin atasının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi Rəşidovanın atası- 01 yanvar 1970-ci il tarixdə doğulmuş X5 13 iyul 2017ci il tarixdə Balakən rayonu Şərif kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Rəşidovanın atası- 01 yanvar 1970-ci il tarixdə doğulmuş X5 13 iyul 2017-ci il tarixdə Balakən rayonu Şərif kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-182/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-182/2024
01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver