Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-215/2025 30.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, qızı X2 26 mart 20*8ci il tarixdə Balakən rayonu, Püştətala kəndində ölməsi faktının müəyyən edilməsi, (X8 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 09 yanvar 20*8-ci il, doğulduğu yerin Balakən rayonu, Püştətala kəndi, daimi yaşadığı yerin Balakən rayonu, Püştətala kəndi, ölüm yerinin Balakən rayonu Püştətala kəndi və ölüm tarixinin 26 mart 20*8-ci il) qeyd edilməsi, oğlu X3 09 avqust 20*9-cu il tarixdə Balakən rayonu, Püştətala kəndində ölməsi faktının müəyyən edilməsi, (X9 barəsində ölüm haqqında akt qeydində onun doğulduğu vaxtın 28 iyun 20*9-cu il, doğulduğu yerin Balakən rayonu, Püştətala kəndi, daimi yaşadığı yerin Balakən rayonu, Püştətala kəndi, ölüm yerinin Balakən rayonu, Püştətala kəndi və ölüm tarixinin 09 avqust 20*9-cu il) qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*996-cı il tarixdə Balakən rayonu, Püştətala kəndində doğulmuşdur. 20*6-cı ildə Balakən rayon Püştətala kənd sakini X7 ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Birgə nikahdan iki övladları 09 yanvar 20*8-ci il tarixdə X8 və 28 iyun 20*9-cu ildə X9 adlı övladları doğulmuşdur. X* 26 mart 20*8-ci ildə və X9 isə 09 avqust 20*9-cu il tarixdə doğulduqdan 2-3 ay sonra vəfat etmişlər. Hər iki övladları doğulduqdan sonra Bakı şəhərində yerləşən xəstəxanada həkim nəzarətində olmuş, lakin sonradan səhhətləri pisləşdiyindən onları həyatda saxlamaq mümkün olmamışdır. Belə ki, hər iki övladı Bakı şəhərində yerləşən xəstəxanada müalicə almış, lakin övladlarını müalicə edən həkim uşaqları həyatda saxlamaq mümkün olmadığını bildirdikdən sonra uşaqlarını Bakı şəhərindən yaşadığı Balakən rayonu, Püştətala kəndində gətirərkən hər iki övladı ayrı-ayrı vaxtlarda yolda avtomaşında vəfat etmişlər. Hər iki övladı Balakən rayon Püştətala kəndi ərazisində yerləşən “Qadaşbinə” qəbristanlığında dəfn edilmişlər. Hər iki övladının Balakən rayon Püştətala kəndi ərazisində yerləşən “Qadaşbinə” qəbristanlığında dəfn edilməsi Balakən RİHB-nın Püştətala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 02 avqust 2024-cü il tarixli 58 nömrəli arayışı ilə təsdiq edilir və həmin arayışı ərizəsinə əlavə etmişdir. Bundan əlavə X*nın və X3 doğum və ölüm tarixlərinin qeyd olunduğu qəbrin fotoşəkillərini də ərizəsinə əlavə etmişdir. Hər iki övladı vəfat edərək Balakən rayon Püştətala kəndi ərazisində yerləşən “Qadaşbinə” qəbristanlığında dəfn edilsələr də, onların vəfat etdikləri vaxtdan hazırkı vaxtadək ölüm faktlarının qeydə alınmasına dair şəhadətnamə əldə edə bilməmişdir. Belə ki, övladlarının vəfat etdikləri vaxtdan etibarən bu günədək ölüm aktları müvafiq dövlət orqanında qeydə alınmamış və ya bu barədə şəhadətnamə verilməmişdir. Mərhum övladları ölümü haqqında tibbi şəhadətnamə alınmadığından Maraqlı şəxs onların ölümü haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Hal-hazırda övladlarının ölümlərinin qeydə alınması zəruridir. Övladları ölümü haqqında tibbi şəhadətnamənin olmaması onların ölümlərinin qeydə alınması üçün şəhadətnamə verilməsində müəyyən maneçiliklər yaranmasına səbəb olmuşdur. Bu səbəblərin əsasında isə vaxtında övladları üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Həmin ziddiyyəti isə məhkəməyə qədər və məhkəmədən kənar qaydada aradan qaldırmaq mümkün deyildir. Məhkəmə iclasında ərizəçi ərizəsində qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Osmanlı Nigarın mart ayında, Osmanlı Kərimin avqust ayında xəstə olduqları üçün öldüyünü göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4oviç ifadəsində uşaqların bir qız, bir oğlan olduğunu, xəstə olduqları üçün öldüyünü, onların kənddə dəfn olunduqlarını göstərmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *0 avqust 2024-cü il tarixli, 05/69-265 №-li arayışdan görünür ki, 09 yanvar 20*8-ci ildə Balakən rayonunda anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə *0.08.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş *0 avqust 2024-cü il tarixli, 05/69-266 №-li arayışdan görünür ki, 28 iyun 20*9-cu ildə Bakı şəhərində anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə *0.08.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X*6 "Balakən Rayon Mərkəzi Xəstəxanası" X*6 tərəfindən verilmiş *0 dekabr 2024-cü il tarixli verilmiş arayışda göstərilmişdir ki, Balakən RMX-da Püştətala kənd sakini 28.06.20*9-cu il təvəllüdlü X9 və 09.0*.20*8-ci il təvəllüdlü X2 ölümü barədə məlumat qeydə alınmamışdır Balakən rayonu İcra Hakimiyyətinin Püştətala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 58 nömrəli arayışda göstərilmişdir ki, nümayəndəliyin Qaravəli yaşayış məntəqəsində 06 №-li təsərrüfat başına kitabının 42*ci təsərrüfatında qeydiyyata alınmış 09 Yanvar 20*8-ci ildə doğulmuş X8 26 mart 20*8-ci ildə vəfat etmiş, 28 iyun 20*9-cu ildə doğulmuş X9 09 avqust 20*9-cu ildə vəfat etmişdir. Vəfat etmiş hər iki körpə nümayəndəliyin ərazisində yerləşən Qadaşbinə qəbristanlığmda dəfn olunmuşdur. 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 07092* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 09.0*.20*8-ci il tarixdə Balakən şəhərində doğulmuş, atası X7, anası X*0 qeyd edilmişdir. 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 306806 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 28.06.20*9-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası X7, anası X*0 qeyd edilmişdir. X5 məxsus qəbrin fotoşəkildən görünür ki, onun ölüm tarixi 26.03.20*8 kimi göstərilmişdir. X6 məxsus qəbrin fotoşəkildən görünür ki, onun ölüm tarixi 09.08.20*9 kimi göstərilmişdir. Ambulator, stasionar xəstənin tibb kartasından görünür ki, X4 pnevmoniya tənəffüs çatışmazlığı aşkar edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *93-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi X* 26 mart 20*8-ci ildə və X9 isə 09 avqust 20*9-cu il tarixdə vəfat etmişlər. Hər iki övladı Balakən rayon Püştətala kəndində vəfat etmiş, Balakən rayon Püştətala kəndi ərazisində yerləşən “Qadaşbinə” qəbiristanlığında dəfn edilmişdir. Ərizəçinin mərhum övladlarının ölümü haqqında tibbi şəhadətnamə alınmadığından Maraqlı şəxs onların ölümü haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçi bu faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, 09.0*.20*8-ci il təvəllüdlü X2 26 mart 20*8-ci il tarixdə Balakən rayonunda ölməsi, 28.06.20*9-cu il təvəllüdlü X3 09 avqust 20*9-cu il tarixdə Balakən rayonunda ölməsi barədə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 09.0*.20*8-ci il təvəllüdlü Balakən rayonunda anadan olmuş X2 26 mart 20*8-ci il tarixdə Balakən rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. 28.06.20*9-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş X3 09 avqust 20*9-cu il tarixdə Balakən rayonunda ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №2(019)-215/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-215/2025
30.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver