Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-235/2021 05.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı1 və İddiaçı2, onların vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə iş üzrə Cavabdeh1 arasında 24 noyabr 2020-ci il tarixdə Balakən regional "Asan xidmət" mərkəzi Notariat Ofisində bağlanmış 4Ə- 409 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, onlar birgə nikah dövründə olduqları zaman ümumi vəsaitləri hesabına bir-biri ilə qonşu olan Balakən şəhəri, H. Əliyev prospekti 69 Q ünvanında yerləşən ümumi sahəsi 23,5 m2 və 69 L olmaqla ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binalarını alqı-satqı müqavilələrinə əsasən almışdır. İddiaçı1 həmin əmlaklar üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq olaraq MA seriyalı ******* və ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Onlar həmin əmlakları aldıqdan sonra orada yenidənqurma işləri aparmış, qeyri-yaşayış binalarının arakəsmə divarlarını sökərək, vahid sahə yaratmış və həmin əmlakların sahəsini 240 m2-ə çatdırmış, həmiçinin qeyri-yaşayış binalarının ətrafında və arxa hissəsində yerləşən ümumilikdə 430 m2 torpaq sahəsini də bələdiyyədən almışlar. Onlar borclarının olması və övladlarının müalicəsi ilə bağlı pul lazım olması səbəbindən Balakən şəhəri, H. Əliyev prospekti 69Q və 69L nömrəli qeyriyaşayış binalarını satmaq qərarına gəlmişlər. Bu məqsədlə Balakən şəhərində fəaliyyət göstərən daşınmaz əmlak agentlərinə məlumat verərək, həmin əmlakları ümumilikdə 450.000 (dörd yüz əlli min) manata satmaq istədiklərini bildirmişlər. Bir müddət sonra Balakən şəhərində fəaliyyət göstərən daşınmaz əmlak agenti Tural adlı şəxs onlara müraciət edərək, iş üzrə cavabdeh Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh1 adlı şəxsin həmin əmlakları almaq istədiyini bildirmişdir. Qeyd olunan qeyri-yaşayış binalarının yalnız 23,5 m2 və 92,0 m2 hissələrinin üzərində onların mülkiyyət hüququ dövlət qeydiyyatına alınması və yalnız həmin hissələr üzərində sərəncam vermək hüquqlarının olması səbəbindən, ilk mərhələdə Balakən şəhəri, H.Əliyev prospekti 69L ünvanında yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasının 170.000 (bir yüz yetmiş min) manata alqı-satqı müqaviləsinin bağlanması, yerdə qalan hissə üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra isə həmin hissələrin də alqı-satqı müqaviləsinin bağlanması barədə tərəflər arasında razılaşma əldə edilmişdir. İş üzrə Cavabdeh1, Balakən şəhəri, H. Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasının dəyəri olan 170.000 (bir yüz yetmiş min) manat pulu bir dəfəyə ödəmək üçün maddi imkanın olmamasını əsas gətirərək, həmin pulun 36.000 (otuz altı min) manat hissəsini əvvəlcədən, yerdə qalan hissəsini isə 3 (üç) ay ərzində verə biləcəyini iddiaçılara bildirmişdir. Tərəflər öz aralarında razılaşma əldə etdikdən sonra nisyə alqı-satqı və yaxud beh müqaviləsini bağlanmaq məqsədi ilə iş üzrə cavabdeh Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə getmişlər. Tərəflər arasında 24 noyabr 2020-ci il tarixdə müqavilə bağlanmış və iş üzrə Cavabdeh1 əmlakın dəyərinin 28.000 (iyirmi səkkiz min) manat hissənini notariusun depozit hesabı vasitəsi ilə, 8.000 (səkkiz min) manat hissəsini isə nəğd qaydada iddiaçılara vermişdir. Həmin vaxtı onlar güman etmişlər ki, Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış müqavilə nisyə alqı-satqı və yaxud beh müqaviləsidir. Müqavilənin bağlanmasının üzərindən 3 (üç) gün keçəndən sonra iş üzrə Cavabdeh1 yanında iddiaçıların tanımadıqları şəxslərlə gələrək mağazanı boşaltmalı olduqlarını və mağazanı ümumilikdə "BRAVO" supermaketlər şəbəkəsinə icarəyə verəcəyini bildirmişdir. Onlar iş üzrə Cavabdeh1 hələ ki, əmlakın dəyərini tam ödəmədiyini və bu səbəbdən də tələbinin anlaşılmaz olmasını bildirmişlər. Həmin vaxt iş üzrə Cavabdeh1 həmin əmlakı artıq notarial qaydada aldığını və əlavə iddiaçılara heç bir ödəmə etməyəcəyini bildirmişdir. Bundan sonra onlara məlum olmuşdur ki, 24 noyabr 2020-ci il tarixdə Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış müqavilə alqı-satqı müqaviləsi olmuşdur. Güya ki, həmin müqaviləyə əsasən iddiaçılar real bazar dəyəri 170.000 (bir yüz yetmiş min) manatdan artıq olan Balakən şəhəri, H. Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasını 28.000 (iyirmi səkkiz min) manata iş üzrə Cavabdeh1 satmışlar. Qeyd olunanlardan da göründüyü kimi, onlarla iş üzrə Cavabdeh1 arasında 24 noyabr 2020-ci il tarixdə Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən etibarsız əqddir. Buna görə də Cavabdeh1 arasında 24 noyabr 2020-ci il tarixdə Balakən regional “Asan xidmət" mərkəzində Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli "Daşınmaz əmlakm alqı-satqı müqaviləsinin“ etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq 24 noyabr 2020-ci il tarixdə notariat orqanına alqıs-atqı müqaviləsinin bağlanması üçün getdiklərini, lakin obyektin qiyməti ilə bağlı yanıldıqlarını, həmin obyektin daha baha qiymətə satılımalı olmasını və notariusun onlara hüquqları izah etməməsini göstərərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında digər İddiaçı2 da iddianı müdafiə edərək, İddiaçı1 izahatına uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, iddiaçılar İddiaçı1 ilə iş üzrə Cavabdeh1 arasında 24 noyabr 2020ci il tarixdə Balakən regional "Asan xidmət" mərkəzi Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Balakən şəhəri, H.Əliyev prospekti 69 L ünvanında yerləşən qeyri-yaşayış binası iddiaçılar tərəfindən Cavabdeh1 satılmışdır. Həmin müqavilənin şərtləri barədə tərəflər əvvəlcədən razılaşmış və iradə ifadələrinə uyğun olaraq notariat orqanında alqı-satqı müqaviləsi bağlamışlar. İddiaçıların guya notariat orqanına beh müqaviləsini bağlamaları üçün getmələri və alqısatqı müqaviləsi əvəzinə beh müqaviləsi bağlamalarını ehtimal etmələri tamamilə həqiqətə uyğun deyildir. Belə ki, işdəki sübutlardan görünür ki, tərəflər məhz sözügedən qeyriyaşayış binasının alqı-satqısını həyata keçirmək üçün notariat orqanına getmiş və orada alqı-satqı müqaviləsi bağlamışlar. Məhz alqı-satqı müqaviləsi bağlamaq üçün notariat orqanına getmələrini İddiaçı1 da məhkəmədə verdiyi izahatında təsdiq etmişdir. Notariat orqanında əqdi təsdiq edən notarius tərəfindən tərəflərə qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş və bu alqı-satqı müqaviləsində əks olunmuşdur. Sənədin düzlüyü və tamlığı prezumpsiyası baxımından həmin notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsində göstərilən hallar əksi qanunamüvafiq qaydada sübut olunmayıbsa, qəbul edilməlidir. Sözügedən əqd qanunun tələblərinə uyğun bağlanmışdır və onun etibarsız sayılması üçün qanunda göstərilən heç bir əsas yoxdur. Belə ki, həmin alqı-satqı müqaviləsi fiziki və ya psixi zor tətbiq etməklə, aldatma ilə, hədə təsiri təsiri altında, pis niyyətə düşmə, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanınlmanın təsiri altında və sair əqdin etibarsızlığı üçün qanunda nəzərdə tutulmuş hallar olmadan bağlanmış, əqdin tərəfləri öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş və onları idarə etmişlər. Sözügedən alqı-satqı müqaviləsi qanunun tələblərinə uyğun bağlanmışdır. İddia tamamilə əsassızdır və rədd edilməlidir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh Balakən rayon Notariat Ofisinin nümayəndəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdeh Balakən rayon Notariat Ofisinin nümayəndəsinin və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə 09 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən şəhərində daşınmaz əmlakın alqısatqısı üzrə rieltor işləyir və bu barədə VÖEN-i vardır. 2020-ci ilin payızında İddiaçı1 qızı əri İddiaçı2lə ona yaxınlaşıb, onlara məxsus 92 kvadratmetr qeyri-yaşayış obyektini satmaq istədiklərini bildirmişlər. O da bu məlumatı Cavabdeh1 bildirmiş, sonradan İddiaçı1 və Saranın əri Qocayev X8 Elnar Öməroviçlə 92 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 30000 manata alqı-satqısı barədə razılaşmışlar. Cavabdeh1 28000 manatı İddiaçı1 vermiş və Elnarın orada müqavilə ilə bağlı 2000 manat xərci çıxmışdır. İddiaçı1 və İddiaçı2 alqısatqı müqaviləsindən ona düşən razılaşdırılmış 2 faizi hələ ona ödəməmişlər. Balakən şəhərinin daxilində son vaxtlar başqa bir obyekt satmamışdır. Belə ki, koronavirus pandemiyası ilə bağlı obyekt alanlar demək olar ki, yoxdur. O, «ASAN xidmət» in notariusunda 24 noyabr 2020-ci il tarixdə alqı-satqıda iştirak edib. İddiaçı1 bilmişdir ki, onun obyekti Cavabdeh1 müqavilədə göstərilən qiymətə satılır. İş üzrə 29 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mübahisəli obyektdə gözəllik salonunda işləyir və İddiaçı1 işçisidir. Eşitmişdir ki, İddiaçı1 bütün obyekti 450 minə satır. İddiaçı1 eşitmişdir ki, o, Elnar adlı şəxslə obyektin ona 450 min manata satılması, bunun 170 min manatının ilkin ödənilməsi və qalanının hissə-hissə ödənilməsi barədə razılaşmışlar. Saragilin obyektin qabaq hissəsini 170 min manata satdıqlarını eşitmişdir. Sara və Eyvazla Elnarın obyektin alqı-satqısı ilə bağlı söhbətlərini eşitməmiş, notariusda alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməmiş, orada tərəflərə hüquq və vəzifələrinin izah olunub-olunmadığını, Saranın beh müqaviləsi bağlamaq istədiyini və bilmədən alqı-satqı müqaviləsinə imza etdiyini bilməmişdir. İş üzrə 29 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, İddiaçı1 məxsus olan gözəllik salonunda işləyir. İşlədiy yerdə bir ailə kimi olduqları üçün eşitmişdir ki, İddiaçı1 məxsus qeyri-yaşayış binası bütövlükdə 450 min manata, qabaq hissə isə ayrılıqda 175 min manata satılır. Cavabdeh1 tanımır. Sonradan məlumatı olmuşdur ki, Elnar Saraya neçə minsə ödəyib, həmin obyekti öz adına keçirmişdir. Həmçinin eşitmişdir ki, Elnar Saraya tam məbləği ödəməmişdir. Amma söhbətin hansı məbləğdən getdiyini bilməmişdir. O, alqı-satqıda iştirak etməmişdr. Sara xanım onun müdiridir və münasibətləri çox yaxşıdır. Sara xanımın ona dediyinə görə obyektə tam ödəniş olmamışdır, qalan məbləğ ona hissə-hissə ödəniləcəkdir. O, Sara və Eyvazın Elnarla alqı-satqı ilə bağlı razılaşmasında iştirak etməmiş, həmçinin 24 noyabr 2020-ci il tarixə notariusda olmamış, orada tərəflərə hüquq və vəzifələrinin izah olunub-olunmamasını, İddiaçı1 beh müqaviləsi bağlamaq istədiyini, lakin bilmədən alqı-satqı müqaviləsinə imza etdiyini görməmişdir. İş üzrə 29 iyun 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, mübahisəli obyektə yaxın yerdə bərbər işləyir. İddiaçı1 əri İddiaçı2 obyekti 450 manata satmaq istədiyini bildirərək, ona müştəri tapmaqda kömək etməsini xahiş etmişdir. Eyvazın və Saranın həmin əmlakın hansı hissəsini və neçəyə satmalarından məlumatı yoxdur. Alqı-satqı ilə bağlı tərəflərin söhbətlərində və notariusda alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etməmiş və bununla bağlı hər hansı məsələnin şahidi olmamışdır. Notariusda tərəflərə hüquq və vəzifələrinin izah edilib-edilməməsindən və İddiaçı1 beh müqaviləsini bağlamaq istəməsi və bilmədən alqı-satqı müqaviləsinə imza etməsindən məlumatı və bilgisi yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 7 mart 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən, qeydiyyat nömrəsi 619, qeydiyyat tarixi 09.09.2005-ci il reyestr kitabı 2, səhifə 25, invertar nömrə 755, reyestr nömrəsi 619, ümumi sahəsi 23.5 kvm olan qeyriyaşayış binasını 10000 (on min) manata İddiaçı1 satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 18 mart 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən (reyestr nömrəsi **********02-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15.07.2010-cu il reyestr kitabı 1, səhifə 85) qeyri-yaşayış binasının ümumi paylı mülkiyyət hüququ üzrə özünə məxsus 78.10 kvm hissəni 8000 (səkkiz min) manata İddiaçı1 satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********73-06301 olan, ********** qeydiyyat nömrəli 27.03.2012-ci il tarixli Çıxarışdan görünür ki, Balakən şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən qeyri-yaşayış binası-mağaza İddiaçı1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********73-06301 olan, 1703 invertar qeydiyyat nömrəli Texniki Pasportdan görünür ki, Balakən şəhəri H.Əliyev prospekti 69 q ünvanında yerləşən qeyri-yaşayış binası-mağaza İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********2-06301 olan, 1702 invertar qeydiyyat nömrəli Texniki Pasportdan görünür ki, Balakən şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən qeyri-yaşayış binası-mağaza İddiaçı1 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən notarial qaydada təsdiq olunmuş 24 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən şəhəri H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92 kvm olan qeyri-yaşayış binasını 28000 (iyirmi səkkiz min) manata Cavabdeh1 satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Bələdiyyəsinin iclasının 22 iyun 2007-ci il tarixli 06 saylı protokol qərarından görünür ki, Balakən şəhər sakini İddiaçı1 20.06.2007-ci il tarixli 131 saylı ərizəsi nəzərə alınaraq, H.Əliyev prospektində X3 məxsus çörəkbişirmə sexinin arxa hissəsində İddiaçı1 0,03 ha həyətyanı torpaq sahəsinin alqısatqı qaydasında satılması, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Zaqatala Ərazi İdarəsinin rəisindən qərara uyğun olaraq hüquqi-texniki sənədlərin hazırlanmasını təmin etməsi, ayrılmış torpaq sahəsində tikintinin layihə-smeta sənədlərinə uyğun olaraq aparılmasına nəzarət edilməsinin RİH-nin Memarlıq və Tikinti şöbəsindən xahiş edilməsi, torpaqayırma sənədlərinin hazırlanması və torpaq sahəsinin yerində ölçülüb göstərilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsindən xahiş edilməsi, həmin torpaq üçün hüquqi sənədin alınmasına köməklik göstərilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Bələdiyyəsinin iclasının 23 oktyabr 2010-cu il tarixli 10 saylı Protokolunun qərarından görünür ki, Balakən şəhər sakini İddiaçı1 12.10.2010-cu il tarixli 08 saylı ərizəsi nəzərə alınaraq, Balakən şəhəri, H.Əliyev prospekti 69-da İddiaçı1 həyətyanı torpaq sahəsinin şərq tərəfindən 30 m2, cənub tərəfindən 100 m2 torpaq sahəsinin ayrılaraq alqı-satqı qaydasında satılması, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin rəisindən qərara uyğun olaraq hüquqi-texnıki sənədlərin hazırlanmasının təmin edilməsinin xahiş edilməsi, ayrılmış torpaq sahəsində tikintinin layihə-smeta sənədlərinə uyğun olaraq aparılmasına nəzarət edilməsinin RİH-nin Memarlıq və Tikinti şöbəsindən xahiş edilməsi, torpaqayırma sənədlərinin hazırlanması və torpaq sahəsinin yerində ölçülüb göstərilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsindən xahiş edilməsi, həmin torpaq üçün hüquqi sənədin alınmasına kömək göstərilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Bələdiyyəsinin 26 oktyabr 2010-cu il tarixli 05 nömrəli sərəncamından görünür ki, Balakən şəhər sakini İddiaçı1 12.10.2010-cu il tarixli 08 saylı ərizəsi nəzərə alınaraq, Balakən şəhəri, H.Əliyev prospekti 69-da İddiaçı1 həyətyanı torpaq sahəsinin şərq tərəfindən 30 m2, cənub tərəfindən 100 m2 torpaq sahəsinin ayrılaraq alqı-satqı qaydasında satılması, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi idarəsinin rəisindən qərara uyğun olaraq hüquqi-texnıki sənədlərin hazırlanmasının təmin edilməsinin xahiş edilməsi, ayrılmış torpaq sahəsində tikintinin layihə-smeta sənədlərinə uyğun olaraq aparılmasına nəzarət edilməsinin RİH-nin Memarlıq və Tikinti şöbəsindən xahiş edilməsi, torpaqayırma sənədlərinin hazırlanması və torpaq sahəsinin yerində ölçülüb göstərilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsindən xahiş edilməsi, həmin torpaq üçün hüquqi sənədin alınmasına kömək göstərilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunan və məhkəmə iclasında tədqiq edilən 18 iyun 2021-ci il tarixli, UNİ/İ 44-254/21 saylı rəydən görünür ki, Balakən şəhəri, Heydər Əliyev prospekti, 69 L ünvanında yerləşən İddiaçı1 məxsus olan daşınmaz əmlakın, qeyri-yaşayış binasının (mağaza) 18 iyun 2021-ci il tarixinə bazar dəyəri 156400 (bir yüz əlli altı min dörd yüz) manat; likvid qiyməti 140760 (bir yüz qırx min yeddi yüz altmış) manat təşkil edir. İş materiallarına əlavə olunan və məhkəmə iclasında tədqiq edilən sahibkar-biznesmen X7 16.06.2021-ci il tarixli, 45 nömrəli arayışında göstərilir ki, Balakən şəhəri, H.Əliyev prospekti 69 L ünvanında yerləşən ümumi sahəsi 92,0 m2 olan qeyri-yaşayış binasının real bazar qiyməti 150.000 (bir yüz əlli min) manat-180.000 (bir yüz səksən min) manat aralığındadır. Belə ki, Balakən şəhərinin H.Əliyev prospekti ərazisində yerləşən qeyriyaşayış binalarının 1 (bir) m2 hissəsinin real bazar qiyməti 1700 (bir min yeddi yüz) manatla-2000 (iki min) manat arasında dəyişir. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia aşağıda qeyd olunan səbəblərdən əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qaydada nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansını bağlanmasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.2-ci maddəsinə əsasən bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.3-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlariş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Hazırki işlə bağlı ilk əvvəl məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda əqd etibarsız sayıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. İş üzrə iddiaçılar qeyd olunan 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanun normalarında nəzərdə tutulan əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə onların üzərinə düşür. Məhkəmə iddiaçıların iddia tələblərinin əsaslandırıldığı hal kimi həmin əqdin cavabdeh tərəfindən aldatma yolu ilə bağlanması barədə istinad etdiyi hala hüquqi qiymət verərək, hesab edir ki, həmin halın mövcudluğu işdəki sübutlarla təsdiq olunmur və ehtimal edilən, lakin mövcudluğu sübut olunmayan belə bir hala istinad iddianın təmin edilməsi və sözügedən əqdin etibarsız hesab olunması üçün əsas ola bilməz. Məhkəmə 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyasından yanaşaraq, həmçinin qeyd edir ki, həmin müqavilədə bütün rekvizitlər; müqavilə tərəflərinin adları (soyadları, adları və atalarının adları) və müqavilənin predmeti göstərilmiş, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin nəticələri barədə onlara xəbərdarlıq edilmiş, tərəflər müqaviləyə şəxsən imza etmiş, müqavilənin notarius tərəfindən təsdiq edilməsi, tərəflərin şəxsiyyətinin müəyyən edilməsi, onların fəaliyyət qabiliyyətinin yoxlanması, müqavilənin təsdiqi üzrə dövlət rüsumunun tutulması və müqavilənin müvafiq nömrə ilə informasiya sisteminə daxil edilməsi qeyd edilmiş, müqavilə notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs tərəfindən imza edilmiş və müvafiq möhürlə təsdiq edilmişdir. Eyni zamanda həmin müqavilənin tamlığını və düzgünlüyünü pozan hər hansı pozuntu və qanunsuzluqlar müəyyən edilməmişdir. İş materialları ilə mübahisələndirilən 24 noyabr 2020-ci il tarixli müqavilənin bağlanması üçün tərəflərin iradəsinə hər hansı formada təsir edilməsi; hakimiyyətdən suiistifadə, aldatma, hədə təsiri altında, bir tərəfin o biri tərəflə pis niyyətlə razılığa gəlməsi və ya iddiaçının ağır vəziyyətə düşməsi nəticəsində, həmçinin vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdin bağlanması halları müəyyən edilməmişdir. 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması tərəflərin, o cümlədən İddiaçı1 iradə ifadəsinin nəticəsi olmuş, o cümlədən iddiaçıya hüquq və vəztifələri izah edilməklə o, notariat hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edilmiş və iddiaçı buna imza etmişdir. İddiaçı1 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması zamanı Cavabdeh1 onu aldatması, guya həmin müqavilənin beh müqaviləsi olduğunu bilib, ona imza atması və müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinə aid qiymət aşağı olmaqla bu xüsusda müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması və notariusda onun hüquqlarının izah edilməməsi və notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilməməsi barədə bildirdikləri işdəki sübutlarla tam təkzib olunur və iddiaçı tərəf də belə bir halın olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarından görünür ki, qeyd edildiyi kimi, tərəflərə, o cümlədən İddiaçı1 hüquq və vəzifələri izah edilməklə, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş və İddiaçı1 da buna imza etmişdir. Digər tərəfdən, İddiaçı1 məhkəmədə verdiyi izahatında iddia tələbinin əsaslandırıldığı guya beh müqaviləsinə imza etməsi barədə halı təkzib edərək, notariat kontoruna Cavabdeh1lə iddia predmetini təşkil edən obyektin alqı-satqı müqaviləsini bağlamağa getdiyini bildirmişdir. Bu hal iş üzrə dindirilən Şahid1 ifadəsi ilə də təsdiq olunur. Bu xüsusda məhkəmə iddiaçı tərəfin təqdim etdiyi 18 iyun 2021-ci il tarixli, UNİ/İ 44- 254/21 saylı rəyi, X7 16.06.2021-ci il tarixli, 45 nömrəli arayışını və digər sənədləri iddia tələbinin əsaslandırıldığı halların mövcudluğuna dair mötəbər sübutlar kimi qəub etmir. Belə ki, həmin rəy və arayışda göstərilən qiymətlər tərəflər arasında sözügedən alqı-satqı müqaviləsinin qanunun tələblərinə uyğun bağlanmaması nəticəsinə gəlinməsi və həmin müqavilənin etibarsız sayılması üçün əsas ola bilməz. Ona görə ki, qeyd olunan alqı-satqı müqaviləsinin bağlanmasında və həmin müqavilə üzrə alqı-satqı obyektinin satış qiymətinin müəyyən olunmasında tərəflər sərbəst olmuş, yəni müqavilə azadlığına malik olmuş və həmin müqaviləni bağlamaqla öz iradə ifadələrininin həqiqi mənasını əks etdirmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilənin şərtlərini təvsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə aid şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Digər tərəfdən 18 iyun 2021-ci il tarixli, UNİ/İ 44-254/21 saylı rəy və X7 16.06.2021-ci il tarixli, 45 nömrəli arayışı 24 noyabr 2020-ci il tarixli sözügedən alqı-atqı müqaviləsi üzrə tərəflərin şərtləşdiyi obyektin alqı-satqı qiymətini müəyyən etmir və müəyyən edə də bilməz. Belə ki, tərəflər həmin müqavilədə tamamilə başqa qiyməti şərtləşdirmişlər və bu da tərəflərin iradə ifadəsinin həqiqi mənasını əks etdirmişdir. Həmçinin həmin rəy və arayışda göstərilən qiymətlər bir-birindən fərqlənir və bu qiymətlər iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsinin məhz bu qiymətlərdə olmasını və iddiaçının bu müqaviləni bağlayarkən məhz həmin rəy və arayışda göstərilən qiymətlərlə müqavilə bağlaması fikri və iradəsini əks etdirmir və beləliklə də sübut etmir. Eynilə iddiaçı tərəfindən təqdim edilən Balakən Bələdiyyəsinin iclasının 22 iyun 2007-ci il tarixli 06 saylı protokol qərarı, Balakən Bələdiyyəsinin iclasının 23 oktyabr 2010-cu il tarixli 10 saylı Protokolunun qərarı və Balakən Bələdiyyəsinin 26 oktyabr 2010-cu il tarixli 05 nömrəli sərəncamı da iddia tələbinin əsaslandırıldığı hallara dair mötəbər sübutlar kimi qəbul olunmur. Belə ki, həmin sənədlər də 24 noyabr 2020-ci il tarixdə İddiaçı1 alqı-satqı müqaviləsi deyil, beh müqaviləsi bağlamaq istəməsi, iddiaçının müqavilədə göstərilən qiymətdə müqavilə bağlaması fikrinin olmamasını və bir sözlə həmin müqavilənin şərtlərinin iddiaçı tərəfin iradə ifadəsini əks etdirməməsini sübut etmir. Eynilə iddiaçı tərəfin təqdim etdiyi digər sənədlər də iddia tələbinin əsaslandırıldığı halların mövculuğunu təsdiq və sübut etmir. Həmçinin məhkəmə tərəfindən iş üzrə iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər Şahid3, Şahid4 və Şahid2 ifadələri də iddia tələbinin əsaslandırıldığı hallara dair mötəbər sübutlar kimi qəbul olunmur. Belə ki, həmin şahidlər iddiaçı tərəflə cavabdehin hansı şərtlər, o cümlədən qiymət şərti barədə apardığı danışıqların və razılaşmanın iştirakçısı və ya tərəfi olmamış, bu danışıqların və razılaşmanın məzmunu barədə məlumata malik olmamış, ona görə də tərəflər arasında bu barədə razılaşmanın iddiaçı tərəfin iradə ifadəsinin həqiqi mənasını əks etdirib-etdirmədiyini görməmiş və bu barədə həqiqi məlumata malik olmamışlar. Digər tərəfdən həmin şahidlər tərəflər arasında 24 noyabr 2020-ci il tarixli müqavilə bağlanarkən notariatda iştirak etməmiş, orada hansı şərtlər daxilində müqavilənin bağlanmasını görməmiş və bilməmiş, tərəflərə hüquq və vəzifələrinin izah edilib-edilməməsini və İddiaçı1 beh müqaviləsi bağlamaq istədiyini, lakin alqı-satqı müqaviləsinə bilmədən imza etməsini görmədiklərini və bilmədiklərini demişlər. Həmçinin işdə olan 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən də görünür ki, tərəflərə hüquq və vəzifələri, həmçinin hazırki əqdin hüquqi nəticələri izah olunmuş, müqavilə bağlanarkən müvafiq qanuni tələblərə riayət olunmuş, tərəflər müqavilənin predmeti və müqavilənin şərtləri barədə tam məlumat almışlar. Sözügedən müqavilənin qanunun tələblərinə uyğun bağlanması və tərəflərin iradə ifadəsinin həqiqi mənasını əks etdirməsi halını cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 da məhkəmədə verdiyi ifadəsində təsdiq etmişdir. Belə ki, Şahid1 ifadəsində Balakən şəhərində daşınmaz əmlakın alqı-satqısı üzrə rieltor işlədiyini və bu barədə VÖEN-nin olduğunu, 2020-ci ilin payızında İddiaçı1 əri İddiaçı2lə ona yaxınlaşıb, onlara məxsus 92 kvadratmetr qeyri-yaşayış obyektini satmaq istədiklərini bildirməsini, onun da bu məlumatı Cavabdeh1 bildirməsini, sonradan İddiaçı1 və Saranın əri İddiaçı2 Cavabdeh1lə 92 kvadratmetr olan qeyri-yaşayış sahəsinin 30000 manata alqı-satqısı barədə razılaşdığını, Cavabdeh1 28000 manatı İddiaçı1 verdiyini və Elnarın orada müqavilə ilə bağlı 2000 manat xərcinin çıxdığını, İddiaçı1 və İddiaçı2 alqı-satqı müqaviləsindən ona düşən razılaşdırılmış 2 faizi hələ ona ödəmədiklərini, Balakən şəhərinin daxilində son vaxtlar başqa bir obyekt satmadığını, belə ki, koronavirus pandemiyası ilə bağlı obyekt alanların demək olar ki, olmadığını, onun «ASAN xidmət»in notariusunda 24 noyabr 2020-ci il tarixdə alqı-satqıda iştirak etdiyini və İddiaçı1 onun obyektinin Cavabdeh1 müqavilədə göstərilən qiymətə satıldığını bildiyini göstərmişdir. Qeyd olunanlar o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında mübahisələndirilən alqı-satqı müqaviləsindən başqa, digər müqavilə-beh müqaviləsi bağlanması barədə hər hansı razılaşma olmamış və beh müqaviləsi bağlanmamışdır. Bu xüsusda iddiçının göstərdiyi hal mövcud olmamışdır. İddiaçı1 razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəməsi, bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi və tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması, yəni sözügedən əqdin vacib əhəmiyətli yanılmanın təsiri altında bağlanmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə İddiaçı1 iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bununla da iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Göstərilənlər də iddianın tamamilə əsassız olmasını göstərir. Məhkəmə işin halları ilə bağlı onu da nəzərə çatdırır ki, Cavabdeh1 iddia predmetini təşkil edən qeyri-yaşayış obyektini vicdanlı əldə edəndir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən 24 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən göründüyü kimi, İddiaçı1 mülkiyyət hüququ ilə özünə məxsus olan Balakən şəhəri H.Əliyev prospekti 69L ünvanında yerləşən ümumi sahəsi 92 kvm olan qeyri-yaşayış binasını 28000 (iyirmi səkkiz min) manata Cavabdeh1 satmışdır. İşdəki sübutlardan birmənalı görünür ki, iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsi ilçə bağlı tərəflər arasında 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmışdır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini rəhbər tutub, sözügedən əmlakın alqı-satqı yolu ilə Cavabdeh1 satıldığını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların sübut olunmayan əsassız iddiaları alqı-satqı müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən cavabdehin hüquqlarının pozulması hesabına təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması tələb edilən istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı 24 noyabr 2020-ci il tarixdə Balakən regional «Asan xidmət» mərkəzində Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin» etibarsız sayılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Balakən regional "Asan xidmət" mərkəzində Notariat Ofisinə qarşı 24 noyabr 2020-ci il tarixdə Balakən regional «Asan xidmət» mərkəzində Notariat Ofisində bağlanmış 4Ə-409 reyestr nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin» etibarsız sayılması tələbinə dair iddiası təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-235/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-235/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver