Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-261/2021 17.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə müqaviləsi ilə icarəsində olan şəhərin Ə.Ansuxskiy küçəsi 10 ünvanında yerləşən obyektdən çıxarılmaqla, əldən çıxmış fayda odan 1250 manat, zaminliklə öhdəsində olan 1229,05 manatlıq məişət əşyalarının qaytarılması və yaxud da dəyərinin ödənilməsi,vəsaiti hesabına təmirə çəkdiyi 1550 manatdan artıq olan hissəsinin İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı 21.05.2021-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin iddia ərizəsində Cavabdeh icarə müqaviləsi ilə icarəsində olan şəhərin Ə.Ansuxsikiy küçəsi 10 ünvanında yerləşən obyektdən çıxarılmaqla, əldə çıxmış fayda olan 1250 manat, zaminliklə öhdəsində olan 1220,05 manatlıq məişət əşyalarının qaytarılması və yaxud da dəyərinin ödənilməsi, vəsaiti hesabına təmirə çəkdiyi 1550 manatdan artıq olan hissə dedikdə (yəni) cavabdehin 01.12.2020-ci il tarixdən başlayaraq 23.03.2021-ci il tarixinə qədər qazanc olaraq 4 ay əlavə edilməklə hər ay (2500 manat) məbləğdə olan əldən çıxmış fayda hesablanaraq ümumilikdə 14020 manat pulun cavabdehdən alınaraq İddiaçı verilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə 11.06.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01.11.2020-ci il tarixindən- 30.11.2020-ci il tarix ərzində birgə işlədiyi müddətdə ümumi qazanc olan 2500 manatın yarısı 1250 manat pulun əldən çıxmış fayda olaraq iddiaçıya verilməsi, zaminliklə öhdəsində olan ümumi dəyəri 1229.05 manatlıq məişət əşyalarının qaytarılması və yaxud da dəyərinin ödənilməsi (məişət əşyalarının siyahısı əlavə olunur), vəsaiti hesabına təmirə çəkdiyi 1550 manatdan artıq olan hissə dedikdə (yəni) cavabdehin 01.12.2020-ci il tarixindən başlayaraq 23.03.2021-ci il tarixinə (4 ay) kafeni bağlı saxladığı ərzində qazana biləcəyi hər ay üçün (2500 manat) məbləğində olan əldən çıxmış fayda 10.000 manat olmaqla, ümumilikdə 12479.05 manat pulun cavabdehdən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi ilə bağlı souncu 11.06.2021-ci il tarixli ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, cavabdehlə bir neçə ildir ki, tanışdır. Tanışlıqları hətta dostluq münasibətlərinə çevrilmişdi. Cavabdeh Azərbaycandan deportasiya olunduqdan bir neçə il sonra geri qayıdarkən onlar onu bir dost kimi qarşılaşmışlar. Ortadan bir müddət keçdikdən sonra ona dostlarının binasında boş otaqlar olduğunu, oranı icarəyə götürüb kafe işlətmələrini bildirmişdir. O, cavabdehin səmimiliyinə inanıb razılaşmışdır. Cavabdeh onların yanında özünü elə aparırdı ki, guya ona hər nə desə, inanmaq olar. Özünün iş adamı, söhbət düşəndə diplomat olmasını bildirmişdir. Cavabdeh ona söyləmişdir ki, onun daha Türkiyəyə qayıtmaq fikri yoxdur, orada onun böyük problemi var. Cavabdehin şəxsi həyatına qarışmaq istəmədiyindən problemi barədə soruşmamışdır. Beləliklə cavabdeh onu guya özünə şərik kimi qəbul etməsini bildirmiş, demişdir ki,əlində pulu azdır, Türkiyədən bu yaxınlarda pulu gələcək, kafe üçün götürəcəkləri otaqlarda bi-iki ədəd arakəsmələr etmək lazımdır ki, kabinetləri də olsun. Beləliklə o, cavabdehə hər istədikcə pul vermiş və verdiyi pulun miqdarı 1550 manat təşkil etmişdir. Onlar həmin pula 33 ədəd alçipan, 300 metr reyka və digər təmir üçün avadanlıqlar almışlar. Obyekt sahibi də onlara köməklik göstərmişdir ki, işləri gecikməsin və işə tez bir vaxtda başlasınlar. İşləri bir həftə içində yetişməli olduğu halda, bir ay davam etmişdir. Obyekt sahibi Mustafa Dibirov onlara bildirmişdir ki, obyektə hər nə qoyacaqslarsa, həmin əşyaların qiymətini hesablayıb icarə haqqından çıxacaqdır. Ancaq usta pulu onluq deyil. Onlar da buna razılaşmışlar. Beləliklə cavabdeh təmir üçün aldıqları alçipan və reykanın bir hissəsini obyektin təmir edilməsinə, digər hissəsini isə özü yaşamaq üçün icarəyə götürdüyü evdə istifadə etmişdir. Kafedə etdikləri təmir qurtarandan sonra obyektin sahibinə pulun miqdarını deməliydi ki, həmin məbləği müqavilədə qeyd etsin və icarə haqqından çıxsın. Cavabdeh obyektə çəkiləsi xərcin miqdarı 4000 manat olduğunu söyləməklə rəqəmi artıq demişdir. Obyekt sahibi X11 cavabdehin təmirə çəkilən xərcinin həddindən artıq olmasından şübhələnərək, Ali Osmanın ona şişirdilmiş rəqəm deməsini başa düşmüş və bildirmişdir ki, 3 dənə arakəsmələrə bu qədər pul çıxa bilməz. Obyekt sahibi ertəsi gün ora alınan reyka və alçipanın miqdarını yoxlayarkən Alinin yalanı ortaya çıxmışdır. O, heç nə demədən ondan soruşmuşdur ki, müqavilədə pulun miqdarını nə qədər yazsın. Ali görmüşdür ki, yalanı üzə çıxır. Onda demişdir ki, 1700 manat yazsın. Mustafa da heç nə demədən onun yanında həmin rəqəmi müqavilədə qeyd etdikdən sonra müqaviləni imzalayıb, ona vermişdir ki, Ali gələndə o da imzalasın, bir nüsxəsini özünə, digərini isə vergi idarəsinə təqdim etsin. O, müqaviləni Aliyə təqdim etmiş, lakin Ali müqaviləni qarşı tərəfə vermədən müxtəlif bəhanələr etməyə başlamışdır. Obyekt sahibi müqaviləni onlardan tələb edəndə Ali Osman demişdir ki, müqaviləni cırıb atmışdır. Belə olduğu halda, o, 20.11.2020-d il tarixində onlara poçt vasitəsilə müraciət edərək, müqaviləni tələb etmişdir. Ali bildirmişdir ki, bu da boş şeydir. Beləliklə 01.11.2020-ci il tarixində onlara təqdim edilən müqavilə bir tərəfli imzalanmış hesab olunmuşdur. Lakin buna baxmayaraq, obyekt sahibi bir həftə də yenə gözləmişdir ki, Ali Osman müqaviləni qarşı tərəfə təqdim etsin. Buna baxmayaraq, Ali ona qarşı hörmətsizlik edərək, onların yanında onun üstünə qışqırmışdır. Halbuki obyekt sahibi X16 azı 15 yaş böyükdür və rayonda nüfuzlu şəxslərdən biridir. O, Aliyə heç nə demədən ona bildirmişdir ki, müqavilə olmadan kafedə fəaliyyətləri qanunsuzdur, o, onunla şərikdir və şəxsiyyət vəsiqəsini gətirsin, müqaviləni onunla bağlasınlar və yenə də birlikdə fəaliyyətlərini davam etdirsinlər. 01.11.2020-ci il tarixindən dekabr ayının birinə kimi kafedə işlər çox əla keçmiş və alverləri yaxşı olmuş, hardasa 2500 min manat gəlirləri olmuşdur. O, Aliyə inanıb, müştərilərlə olan alış-verişi yadda saxlasa da, özündə qeyd etməmişdir. Bütün qeydləri Ali özü etmişdir. Ona bildirmişdir ki, ayın axırında haqq-hesab edəcəklər. Haqq-hesab edərkən bildirmişdir ki, onlar zərərlə işləmişlər. Beləliklə müqavilə onunla bağlanandan sonra vergi idarəsində qeydə alınmış və Alinin adına bağlanan birtərəfli müqavilə bundan sonra 13 saylı ərazi vergi idarəsinə Ali tərəfindən təqdim edildiyi təqdirdə etibarsız sayılması barədə onlayn müraciət etmişdir. Bundan sonra ertəsi gün o, işə gəlib kafeyə daxil olmaq istəyəndə, Ali tərəfindən zamokun açarlarının dəyişdirilməsinin şahidi olmuşdur. Əgər Alinin faktiki onunla təmizliklə şərikliyi var idisə, onun ona qarşı etdiklərini necə başa düşmək olardı. Eyni zamanda onu da bildirmək istəyir ki, onlar kafedə işlətmək üçün iki müxtəlif dükandan o, Aliyə zamin duraraq, bir dükandan 693 manatlıq, digər bacısına məxsus dükandan isə 536 manatlıq məişət avadanlığı nisyə götürmüşlər. Dükan sahibləri Aliyə heç nə vermək istəməmişlər, hətta onlardan biri onu moşennik də adlandırmış, ona bildirmişdir ki, cavabdeh onu bir dəfə aldadıb, əgər o, zamin durursa, onda avadanlıqları nisyə verər. Onun tələb etdiyi məişət avadanlıqlarını Ali Osmanla birlikdə onun zaminliyi ilə nisyə almışlar. Həmin nisyə götürdükləri avadanlıqların pulları hələ dükan sahiblərinə ödənilməmişdir. Bir ay idi ki, Aliyə Türkiyədən pul gəlməmiş və yaxud da gəlmiş, ondan gİzlətmişdir. Beləliklə Ali daha 122.9 manat üstünə pul yazdırmışdır. Heç bir manat pul qoymadan Ali yekunda onu aldadaraq, xeyli miqdarda zərərə salmışdır. Aliyə nə qədər təklif etsə də ki, cavabdeh müqavilənin nə fərqi olduğunu, Alinin, ya da onun adına olduğunu, onların kafeyə şərik olduqlarını demişdir. O isə bunu qəbul etməmiş və zamokunu dəyişdirdikdən sonra onun zaminliyində olan məişət avadanlıqlarını bir neçə nəfərlə gecələr gizlin daşımağa başlamışlar, hansı ki, həmin əşyaların sahibləri həmin əşyaları ondan tələb edirlər. Bununla bağlı Balakən Rayon Polis Şöbəsinə ərizə ilə şikayət etmiş, izahatında obyektin təmirinin onun puluyla olunmasını göstərmişdir. Ondan alınan izahatı ərizəyə əlavə etmək üçün polis şöbəsinə sorğu göndərəndə polis şöbəsinin 24.12.2020-ci il tarixli, 109-29063-1220 saylı məktubunda həmin şikayət ərizəsinin və izahatın surətinin məhkəmənin sorğusuna əsasən təqdim edilməsi bildirilmişdir. Eyni zamanda Balakən Rayon Polis Şöbəsinə etdiyi şikayətə həmin şöbənin 12.12.2020-ci il tarixli, 109-27320 ş-3220 saylı məktubunda şikayətiylə bağlı qeyd etdiyi xüsusatların araşdırılması məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. 1. X1 götürdükləri məişət avadanlıqlarının (qabqacaq) siyahısı və məbləği: çörək qabı 10 manat, ləyən 2 ədəd 6 manat, ləyən 2 ədəd 2 manat, tyorka 1 ədəd 5 manat, çömçə 3 manat, kəfkir 3 manat, stol silən 2 manat, tefal çaydan 19 manat, nasir dayar 15 manat, qazan 24 manat, qazan 16 manat, nassa 2 paçka 20 manat, qrafinka 3 ədəd 15 manat, stəkan 5 paçka 25 manat, linolium (30 metr) 360 manat, maşa 2 manat, qaşıq yığan 3 manat, tualet şotkası 3 manat, qazan altı 10 manat, rəng qabı 5 manat, bıçaq 3 ədəd 9 manat, xəngəl çıxaran 3 manat, dəhrə 5 manat, soğan çəkən 6 manat, yuxa açan 12 manat, pol vedrəsi 15 manat, çaynik 9 ədəd 36 manat, qaz peçi 50 manat, çay qaşığı 10 manat, ümumi məbləğ 693 manat. 2.X5 götürdüyü məişət avadanlıqlarının siyahısı və məbləği: aliminium qazan 19 manat, un ələyən 7 manat, şirli ləyən 10 manat, kartof-soğan 4 manat, kartof əzən 4 manat, setka 2 manat, tutqac 7 manat, əl taxtası 5 manat, tava 8 manat, tava razmer 22- 17 manat, tava razmer 32- 30 manat, 4 ədəd çay dəsmalı 14.50 manat, 2 ədəd əl-üz dəsmalı 14 manat, tava 28 manat, 24 ədəd bokal sok içən 36 manat, baçok 7 manat, qapalı plastmass qab 8 manat, şirli qazan 2 ədəd 24 manat, çömçə 2 manat, rulet kəsən 2 manat, plastmass setka qab 2 ədəd 4 manat, aş süzən 6 manat, aftafa 2.50 manat, kantener iri 2 ədəd 8 manat, kantener 3 ədəd 8 manat, çaydan 2 ədəd 30 manat, sac altı 14 manat, sac 2 ədəd 27 manat, sini 2 ədəd 15 manat, 11.10 sm kleyonka 55.50 manat, 2.23 sm kleyonka 8.80 manat, ədviyyat plastmass 12 manat, suşilka 12 manat, 11.10 sm rəngsiz kleyonka 27.75 manat, ayaq altı 13 manat, soğan polkası 17 manat, araq bokalı 6 paçka 10 manat və rəngsiz kleyonka 17 manat, ümumi məbləğ 536.05 manat. Sonradan ona məlum olmuşdur ki, Ali Osmanın fikri müqaviləsiz işləmək olub, çünki ora ilə bağlı müqavilə baglamamasına səbəb oranı digər işçilərlə əmək müqaviləsi bağlamaq istəməməsi və onun işləmək icazəsinin olmaması imiş. Ali Osman onun etibarından suiistifadə edərək, pulundan səmərəli istifadə etmiş, həmin pulla özü yaşadığı evi də təmir etdirmiş, rayonda fırıldaqçı kimi tanındığından, kafedə işlətmək üçün məişət avadanlıqlarını onun adından götürməklə zaminliyindən sui-istifadə etmiş və bir ay müddətində qazancları olan 2500 manatı isə tək mənimsəmişdir. Hansı ki, həmin qazancın tən yarısı ona çatmalıydı. Onu da bildirir ki, Cavabdehla onun şərikli işləmək istədikləri obyekt X4 xüsusi mülkiyyətindədir və obyekt hal-hazırda Musatfa Dibirovun sahiblik və istifadəsindədir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, həqiqətən də Balakən şəhərində kafe açmaq üçün X6 məxsus qeyri-yaşayış sahəsini icarəyə götürmüş və orada İddiaçı ilə bir yerdə işləmək barədə razılığa gəlmiş, lakin bununla bağlı aralarında hər hansı yazılı müqavilə olmamışdır. Həmin obyektin təmiri üçün bütün xərcləri özü çəkmiş, bununla bağlı İddiaçı heç bir xərc çəkməmişdir. Ramazanın həmin obyektin təmirinə guya 1550 manat xərc çəkməsi tamamilə yalandır və əsassız bir iddiadır. Onun şəxsən təmirə çəkdiyi bütün yaxşılaşdırma xərcləri obyektin sahibi olan X6 qalmışdır. Maraqlıdır, əgər İddiaçı həmin kafenin binasına həqiqətən də xərc çəkmişdirsə, onda bu xərcin ondan tələb edilməsi düzgün deyildir. Belə ki, həmin kafe binası onun deyildir, X4 xüsusi mülkiyyətindədir və hal-hazırda da həmin obyekt Mustafa Dibirovun sahiblik və istifadəsindədir. İddia edilən bu təmir və yaxşılaşdırma xərcləri də X6 qalmışdır və qanuna görə Mustafadan tələb edilə bilər. Kafe az müddətdə fəaliyyət göstərmiş, heç bir qazanc əldə edilməmişdir. O, İddiaçılə birgə işlədiyi müddətdə 2500 manat qazanc əldə etməmişdir. Bu tamamilə həqiqətə uyğun deyildir. Ramazanın ondan olmayan 2500 manatın yarası olaraq 1250 manat tələb etməsi əsassız və absurd bir tələbdir. Eyni zamanda 01.12.2020-ci il tarixdən 23.03.2021-ci il tarixinə kimi-4 ay kafenin bağlı saxlanması şəraitində hər ay Ramazanın guya 2500 manat qazanacağı və 4 ayda bunun 1550 manat təmir xərcləri ilə birlikdə 10000 manat olması barədə bildirdikləri və ondan bu məbləğin tələb edilməsi də qanunsuz və əsassızdır. Belə ki, kafe pandemiya şəraitində işləməmişdir və hər ay kafenin 2500 manat məbləğində, 4 ay ərzində isə 10000 manat məbləğində qazanc əldə etməsi yanlış, havadan götürülmüş bir rəqəmdir. Həmin kafe bu qədər gəlir gətirə bilməzdi. Bu heç bir vergi sənədlərində və digər dövlət sənədlərində təsdiq olunmur. İddiaçı belə bir iddia ilə çıxış etməsi qanunun tələblərinə ziddir və heç bir normal məntiqə və hüquq normalarına sığmır. Məişət avadanlıqları və onların dəyəri tələbinə gəldikdə isə bildirir ki, həqiqətən də İddiaçı ilə birlikdə tələb edilən məişət avadanlıqlarının müəyyən hissəsi mağazalardan nisyə götürmüşlər. Lakin İddiaçı bu məişət əşyalarını və ya onların dəyərini ondan tələb etməsinə subyektiv hüququ yoxdur. Belə ki, həmin müəyyən əşyalar İddiaçı məxsus deyildir, bir neçə mağazadan nisyə alınmışdır və bunlar İddiaçılə onun tərəfindən birgə nisyə alınmışdır. Həmin əşyalar və ya onların dəyəri İddiaçı məxsus deyildir. Onları və ya onların dəyərini yalnız bu əşyaları onlara nisyə satan mağaza sahibləri tələb edə bilər, İddiaçı yox. Digər tərəfdən İddiaçı ilə mağaza sahibləri arasında bu əşyaların nisyə satılması ilə bağlı məsuliyyət barədə heç bir zaminlik müqaviləsi bağlanmamışdır. Qanunvericiliyə görə isə zaminlik müqaviləsi yalnız yazılı bağlandıqda öhdəliklər yaradır. İddiaçı oğlnun ona qarşı qaldırdığı iddia tamamilə əsasızdır. İddianın rədd olunmasını xahiş edir. İş materiallarında olan MH seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən şəhəri, Ə.Ansuxski küçəsində mülkiyyətində olan 0.0286 ha torpaq sahəsində yerləşən 10 nömrəli 2 girişli, 144.7 kv.m ümumi, 144.7 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (inzibati bina) tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 13 saylı Ərazi Vergilər İdarəsinin 29.03.2021-ci il tarixli, **********113700 №-li vergi uçotu barədə məktubundan görünür ki, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi uçotda olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Balakən rayonu İcra Hakimiyyəti Qazma kənd inzibati ərazi dairəsinin 29.12.2020-ci il tarixli, 1909 №-li arayışından görünür ki, İddiaçı həqiqətən Qazma kənd sakinidir. İş materiallarında olan **********4 nömrəli X8 Kartından görünür ki, Cavabdeh Türkiye Respublikasının vətəndaşıdır. İş materiallarında olan Balakən rayonu İcra Hakimiyyətinin Balakən şəhər inzibati ərazi dairəsinin 08.12.2020-ci il tarixli, 2892 №-li arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən X9 məxsus fərdi yaşayış evində müvəqqəti yaşayır. İş materiallarında olan 29.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra-xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 439.2-ci maddəsinə əsasən xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Azərbaycan Respublikası MPM-nin 440.2-ci maddəsinə əsasən məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 440.3-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları üzrə xüsusi məhdudiyyətlərə yol verən dövlətlərdən olan xarici şəxslərə münasibətdə Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 442.1-ci maddəsinə əsasən xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 442.2-ci maddəsinə əsasən beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyəti bu təşkilatın yaradılması üçün əsas olmuş beynəlxalq müqavilə, onun təsis sənədləri və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə bağlanmış sazişlə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 443.0-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.2. xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda; 443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 443.0.4. aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.5. yetirilən xəsarətlə, sağlamlığın başqa cür pozulması və ya ailəni dolandıranın ölümü ilə əlaqədar ziyanın ödənilməsinə dair işlərdə ziyan Azərbaycan Respublikasının ərazisində vurulduqda və ya iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 443.0.6. əmlaka vurulan ziyanın ödənilməsi işlərində ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdikdə; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli gəldikdə; 443.0.9. nikahın pozulması işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda və ya ər-arvaddan heç olmazsa biri Azərbaycan Respublikasının vətəndaşı olduqda; 443.0.10. şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi işlərində iddiaçı Azərbaycan Respublikasında yaşayış yerinə malik olduqda; 443.0.11. vəsiyyət edənin ölən vaxt yaşayış yeri, gəldiyi yer Azərbaycan Respublikasında olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri. Azərbaycan Respublikası MPM-nin 444.0-cı maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə aşağıdakılar daxildir: 444.0.1. daşınmaz əmlaka əşya hüququ, eləcə də həmin əmlakın icarəyə verilməsi və ya girov qoyulması haqqında iddialara dair işlər, əgər onların predmeti olan əmlak Azərbaycan Respublikasının ərazisindədirsə; 444.0.2. hüquqi şəxsin həqiqiliyinin və ya qeyri-həqiqiliyinin tanınması və hüquqi şəxsin buraxılması, yaxud onun qərarlarının ləğv edilməsi iddialarına dair işlər, əgər hüquqi şəxsin Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa; 444.0.3. patent, marka və ya digər hüquqların həqiqiliyinin tanınması iddialarına dair işlər, əgər bu hüquqların qeydə alınması və ya onların qeydə alınması üçün ərizələrin verilməsi Azərbaycan Respublikasında olmuşdursa; 444.0.4. məhkəmə baxışı zamanı məcburi icra tədbirləri barədə qəbul edilmiş qətnamə Azərbaycan Respublikasında irəli sürülmüş və yaxud həyata keçirilmişsə; 444.0.5. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər; 444.0.6. əgər ər-arvadın hər ikisinin Azərbaycan Respublikasında yaşayış yerləri vardırsa, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın pozulmasına dair işlər. Məhkəmə hesab edir ki, işdə iştirak edən cavabdeh Günindi X15 Respublikasının vətəndaşı olmaqla xarici şəxs olduğundan, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və gəldiyi yer olduğundan, iddianın predmeti kimi ziyanın ödənilməsi haqqında tələbin verilməsi üçün əsas olan hərəkət və ya digər hal Azərbaycan Respublikasının ərazisində baş verdiyindən, hazırda işə Balakən Rayon Məhkəməsində baxılması tamamilə qanunidir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İlk əvvəl məhkəmə hazırki iddia ərizəsində göstərilən tələblərə hüquqi qiymət verilməsi üçün tərəflər arasında müqavilə münasibətlərinin olmasını, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, tərəflərin müqavilədən əvvəlki danışıqlarını,tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə alaraq, göstərilənləri təsbit edən aşağıdakı qanun normalarına istinad olunmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsasız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.3-cü maddəsinə əsasən əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.4-cü maddəsinə əsasən müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasənborclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasənzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birincİ instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla, məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin ona tələb etdiyi zərər vurulduğu müəyyən edilməlidir. Yəni iddiaçı cavabdehin ona tələb etdiyi məbləğdə zərər vurması, bu zərərin cavabdehin hansısa qanunsuz hərəkətləri nəticəsində vurulması, bu zərərlə həmin cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin göstərilən məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübuta yetirməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə işdəki sübutların işığında işin müəyyən olunmuş faktiki hallarıilə bağlı iddiaçının hər bir iddia tələbinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, iddiaçının 1) 01.11.2020-ci il tarixindən 30.11.2020-ci il tarix ərzində birgə işlədikləri müddətdə ümumi qazanc olan 2500 manatın yarısı-1250 manat pulun əldən çıxmış fayda olaraq iddiaçıya verilməsi tələbinə hüquqi qiymət verən məhkəmə qeyd edir ki, qanun normasının tələbinə görə (MPM-nin 77.1-ci maddəsi) İddiaçı 01.11.2020-ci il tarixindən 30.11.2020-ci il tarixinədək cavabdehlə birgə işlədikləri müddətdə 2500 manat məbləğində ümumi qazanc əldə etmələri, həmin məbləğin yarısını təşkil edən 1250 manat pulun ona verilməli olması, cavabdehin həmin 1250 manat pulu iddiaçıya verməməklə onun hesabına əsassız varlanması və cavabdehə həmin 1250 manat zərər vurmasını sübuta yetirməlidir. Lakin iddiaçı 01.11.2020-ci il tarixindən 30.11.2020-ci il tarixədək müddətdə cavabdehlə birgə işləmələri nəticəsində 2500 manat ümumi qazanc əldə etmələri, bu ehtimal edilən 2500 manat qazancın yarısının ona verilməli olması, cavabdehin bu 1250 manat məbləğində pulu iddiaçıya verməməsi, bununla da iddiaçının hesabına əsassız varlanması, həmin 1250 manat məbləğində iddiaçıya maddi zərər vurması və bu zərərin vurulmasında cavabdehin təqsirli olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə onu da bildirir ki, bu tələb üzrə iddiaçı real zərərlə əldən çıxmış faydanı səhv salmış və 2500 manat ümumi qazancı real qazanc olaraq göstərməklə onun yarısını təşkil edən və ona çatası iddia edilən 1250 manatı isə real zərər kimi deyil, əldən çıxmış fayda formasında zərər kimi tələb etmişdir. Halbuki 2500 manat ümumi qazanc əldə edilməsi iddia tələbinin əsaslandırıldığı hal kimi qeyd edilirsə, iddiaçının iddia etdiyi həmin ümumi məbləğin yarısı olan 1250 manat da real zərər olaraq tələb edilməlidir. Belə ki, qanuna görə (Mülki Məcəllənin 21.2-ci maddəsi) real zərər hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində çəkdiyi və ya çəkməli olduğu xərclər, əldən çıxmış fayda isə həmin şəxsin hüququ pozulmayacağı təqdirdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər deməkdir. Yəni adından da göründüyü kimi real zərər əmlakdan məhrum olma və əmlakın zədələnməsi nəticəsində artıq mövcudluğu bir fakt kimi ortaya çıxan bir zərərdir, əldən çıxmış fayda isə gələcək zamanla bağlanılan əldə edilməli ola biləcək gəlirləri ehtiva edir. İddiaçı artıq əldə olunmuş qazancın ona çatası 1250 manatından məhrum olmasını qeyd edir və bu da əmlakdan məhrum olmanı özündə ehtiva edir. Əmlakdan məhrum olma isə real zərər sayılır. Hətta iddiaçının 1250 manat pul tələbi əldən çıxmış fayda formasında zərər tələbi kimi qəbul olunsa belə, iddiaçı yenə də qanunu tələbinə görə cavabdehlə 01.11.2020-ci il tarixindən 30.11.2020-ci il tarixinədək birgə işlədikləri müddətdə məhz ümumi 2500 manat qazanc əldə edəcəkləri, bu ehtimal olunan 2500 manat ümumi qazancın 1250 manatının ona çatmalı olması, cavabdehin həmin 1250 manatı ona verməməsi və bununla da iddiaçıya 1250 manat əldən çıxmış fayda formasında zərər vurması və iddiaçının bu məbləğdə iddiaçıya zərər vurmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı cavabdehin ona həmin 1250 manat məbləğində zərər vurmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməməklə 1250 manat tələblə bağlı iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu vəzifə iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, 1250 manat zərər tələbi hissəsində iddia əsasızdır və təmin olunmamalıdır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, iddia 1229.05 manatlıq məişət əşyaları və yaxud onların dəyəri tələbi hissəsində də əsassızdır və təmin olunmamalıdır. Ümumiyyətlə iddiaçının həmin məişət əşyalarını və ya onların dəyərini tələb etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçının təqdim etdiyi siyahıda göstərilən özünü və ya dəyərini tələb etdiyi məişət əşyaları cavabdeh və iddiaçı tərəfindən birgə olaraq mağazalardan, X2 və X12 məxsusluğu göstərilən mağazalardan nisyə olaraq götürülmüş, yəni faktiki bir tərəfdən cavabdeh və iddiaçı, digər tərəfdən isə həmin mağaza sahibləri-satıcılar arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bunu iddiaçı və cavabdeh də məhkəmədə verdiyi izahatlarında təsdiq etmişlər. Yəni həmin əşyalar İddiaçı məxsus olmamış, İddiaçı həmin əşyaları Cavabdeh satmamış və həmin mağaza sahibləri tərəfindən onların adından Cavabdeh qarşı belə bir iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ verilməmişdir. Qanuna görə məhz həmin mağaza sahibləri-satıcılar, X2 və X10 bu əşyaların nisyə alqı-satqısı pulunun ödənilməməsi nəticəsində həmin əşyaların və ya onların dəyərinin, vurulun zərərin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Yuxarıda istinad olunan Konstitusiyasının 60-cı maddəsindən və Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsindən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə iddiaçının onun zaminliyə ilə cavabdehə həmin məişət əşyalarının satılması və zamin kimi onun məsuliyyət daşıması barədə iddia tələbinin əsaslandırdığı hal kimi göstərdiyi xüsusata hüquqi qiymət verərək, hesab edir ki, belə bir hal iş materialları ilə təsdiq olunmur və ona istinad edilməsi əsassızdır. Belə ki, ilk əvvəl məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanun normasının tələbinə görə zamilik müqaviləsi yazılı formada bağlandıqda o, öhdəliklərə səbəb olur. Zaminlik müqaviləsi yazılı formada bağlanmamışdırsa onda bu müqavilə etibarsızdır və heç bir hüquq və vəzifələr yaratmır. Belə halda zamin kreditor qarşısında borclunun hər hansı bir öhdəliyinə görə məsuliyyət daşımır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə hər hansı satıcı (sözügedən mağazalar), o cümlədən göstərilən məişət əşyalarının alınması qeyd edildiyi mağaza sahibləri X2 və X14 arasında o cümlədən Cavabdeh həmin mağazalardan aldığı məişət əşyalarının nisyə alqı-satqı müqaviləsindən yaranan öhdəliklərinə görə İddiaçı birgə və ya subsidiar məsuliyyət daşıması barədə yazılı formada zaminlik müqaviləsi bağlanmamışdır. İddiaçı da onunla belə bir zaminlik müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı sübutu, o cümlədən zaminlik müqaviləsini məhkəməyə təqdim edə bilməmişdir. Qanunun tələbinə görə yazılı olmayan hər hansı zaminlik müqaviləsi etibarsızdır və heç bir öhdəlik yaratmır. Belə olan halda, yəni yazılı zaminlik müqaviləsi olmadan İddiaçı zamin kimi Cavabdeh mağazalardan məişət əşyalarının nisyə alqı-satqı müqaviləsindən yaranan öhdəliklərinə görə birgə və ya subsidiar məsuliyyət daşımır və daşıya bilməz. İddiaçı tərəfindən bu xüsusda irəli sürülən arqument əsassızdır və iddia tələbinin əsaslandırıldığı faktoloji və hüquqi əsas kimi qəbul oluna bilməz. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia ümumi olaraq 10000 manat məbləğlə bağlı tələb edilən 1550 manat təmir xərcləri hissəsində də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı sözügedən kafenin təmirinə 1550 manat məbləğində vəsait xərcləməsi, bu vəsaiti konkret olaraq hansı işlərə və hansı məbləğdə ödəniş edilməklə xərclənməsi, Cavabdeh tərəfindən ona 1550 manat məbləğində pul ödəməsi vəzifəsi daşıması, Cavabdeh tərəfindən İddiaçı 1550 manat məbləğində zərər vurulması, bu məbləğdə vurulması ehtimal edilən zərərlə cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin bu zərərin vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu zərər tələbi ilə bağlı iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə bu vəzifə onun üzərinə düşür. Məhkəmə bu konteksdə onu da qeyd edir ki, əslində İddiaçı həmin qeyri-yaşayış obyektinin təmirinə 1550 manat məbləğində vəsait xərcləməsi hipotetik olaraq qəbul olunsa belə, İddiaçı həmin məbləği Cavabdeh tələb etməsi subyektiv hüququnun olmadığı və heç bir faktoloji və hüquqi əsasa söykənmədiyi üçün əsassızdır. Belə ki, işdəki sübutlardan görünür ki, həmin obyektin təmiri və bu zaman kimin nə qədər xərc çəkməli olması ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmamış, müqavilə bağlanmamışdır. Eyni zamanda qeyd edildiyi kimi, İddiaçı həmin obyektin təmirində hansı işlərin görülməsinə və hansı məbləğdə görülməsinə, hansı materialların və hansı qiymətə alınmasına və sair təmir işləri ilə bağlı nə qədər vəsait sərf etməsini göstərməmiş, bu xərclərin həqiqətən çəkilməsini sübut edən hər hansı qaimə-faktura, çek və ya digər ödəniş sənədləri təqdim etməmişdir. Digər tərəfdən, əgər iddiaçı tərəfindən həqiqətən bu obyektə təmir və yaxşılaşdırma xərcləri çəkilmişdirsə, qanuna görə həmin xərclər obyektin mülkiyyətçisindən tələb edilə bilər. Belə ki, işdəki sübutlardan görünür ki, sözügedən qeyri-yaşayış binasının mülkiyyətçisi Cavabdeh deyil, X7r. Həmin obyekt də X6 təhvil verilmişdir, onun sahiblik, istifadə və sərəncamındadır və iddia edilən təmirlə bağlı yaxşılaşdırmalar Mustafa Dibirov üçün qalmışdır. Əgər həmin obyektin təmirinə vəsait sərf olunmuşdursa, onda həmin təmir və yaxşılaşdırma xərcləri bu yaxşılaşdırmanın qaldığı obyektin mülkiyyətçisindən-X3 tələb edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə 1550 manat təmir xərcləri tələbi ilə bağlı iddianı əsassız sayır və həmin təmin olunmaması nəticəsinə gəlir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia vəsati hesabına təmirə çəkdiyi 1550 manatdan artıq hissə olaraq cavabdehin 01.12.2020-ci il tarixdən başlayaraq 23.03.2021-ci il tarixinə (4 ay) kafeni bağlı saxladığı ərzində qazana biləcəyi hər ay üçün (2500 manat) məbləğində olan əldən çıxmış fayda 10000 manat tələbi hissəsində də əsassızdır və təmin olunmamalıdır. Belə ki, ən əvvəl İddiaçı 4 ay üçün əldən çıxmış fayda formasında zərər tələb etdiyi 01.12.2020-ci il tarixdən 23.03.2021-ci il tarixinə olan müddət 4 ay deyil, 3 ay 22 gündür. 4 ayla 3 ay 22 gün başqa-başqa vaxt məfhumlarıdır. Bundan başqa, iddiaçı istinad etdiyi və səhf olaraq 4 ay kimi hesabladığı 01.12.2020-ci il tarixdən 23.03.2021-ci il tarixinə olan müddətdə hər ay kafedə 2500 manat qazanacağı və istinad etdiyi bu müddətdə kafedə əlavə olaraq 10000 manat qazanacağı, məhz cavabdehin qanunuz hərəkətləri nəticəsində ona bu məbləğdə zərər vurulması, bu zərərlə cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin məhz bu məbləğdə zərərin vurulmasında təqsirli olmasını sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda İddiaçı cavabdehlə kafeni şərik işlətmələrini göstərdiyi təqdirdə kafenin qeyd etdiyi müddətdə ehtimal etdiyi qazancının hamısının ona çatmasını göstərməklə tələb etməsi heç bir faktoloji və hüquqi əsasa malik deyildir. Belə ki, belə olan halda qazancın tərəflər arasında bölünməsi daha məntiqli və hüquqauyğun olardı. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddiaçı məhz Cavabdeh təqsiri nəticəsində 01.12.2020-ci il tarixdən 23.03.2021-ci il tarixinə olan müddət ərzində kafenin işləməməsi, onun həmin kafeyə buraxılmaması, bunun nəticəsində də cavabdehin ona tələb etdiyi əldən çıxmış fayda formasını ziyan vurmasını və cavabdehin həmin məbləğdə pul vəsaitini ona ödəməsi öhdəliy daşımasını sübut edə bilmə mişdir. Məhkəmə göstərilənləri ümumiləşdirərək, belə nticəyə gülür ki, ümumiyyətlə İddiaçı Cavabdeh tərəfindən ümumilikdə ona tələb etdiyi məbləğdə zərər vurulması, bu zərərlə cavabdehin hansısa qanunsuz hərəkətləri arasında səbəbli əlaqənin olması və cavabdehin bu zərərin vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bunu sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia heç bir faktoloji və hüquqi əsasa malik deyildir və ona görə də təmin olunmamalıdır. Məhkəmə, iddiaçının və cavabdehin izahatilarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Z.C.Tahirov
Məhkəmə qərarları › İş №2(019)-261/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-261/2021
17.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver