Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-449/2021 09.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi, oğlu X6 ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, oğlu- 31 dekabr 1994cü ildə Balakən rayonunun Qazma kəndində anadan olan X6 24 fevral 1996-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qazma kəndində yaşayır. 18.04.1995-ci ildə rəsmi nikahla Balakən rayonu Qazma kənd sakini X9 ilə qeyri-rəsmi nigahla 1993-cü ildə evlənmişdir. Nikahılarını sonradan Balakən rayon Qazma kənd İcra nümayəndəliyində 18.04.1995-ci ildə rəsmiləşdirmişlər. Rəsmi nikahdan Şahid1, X18 və X12 anadan olmuşdur. 1994-cü ildə 31 dekabrda X14 anadan olmuşdur. Oğlu 1996-cı ildə fevral ayının 24-də pəncərənin üstündəki gülləri yeyib zəhərlənmiş və rəhmətə getmişdir. Həmin vaxtı 1 yaş 2 aylıq uşaq olmuşdur. Ona görə də onun ölümü barədə tərəfindən heç bir sənəd hazırlanmamışdır. Uşaq zəhərləndikdən sonra 1 gün qalıb, mərhum qaynatası X4 ona iynə vurmuşdur. Balakən rayonu Mahamalar məntəqəsində feldser işləyirdi. Ailə üzvlərinə Balakən rayon Aqrar islahat Komisisyası tərəfindən 08 may 1988-ci il tarixli, 06 nömrəli qərarı ilə 1,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN-565 KOD 40103018 OLAN Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X26 onun, həyat yoldaşı X3 adı ilə yanaşı, X6 adı da qeyd olunmuşdur. Hal-hazırda ona və həyat yoldaşına məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özgəninkiləşdirmək, satmaq qərarına gəlmişdir. X6 ölümü ilə bağlı arayışın verilməsi üçün Balakən Rayon Mərkəzi X16 şəxsə müraciər etmişdir. Balakən Rayon Mərkəzi X16 şəxsin 05.03.2021-ci il tarıxli, 390 nömrəli arayışından görünür ki, X10 31.12.1994-cü ildə anadan olmuş oğlu X14 24.02.1996-cı ildə vəfat etmişdir. Lakin onun ölümündən 25 il keçdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş X27 Şəhadətnamə AZS 106 üçün təlimata əsaslanaraq, X11 ölüm haqqında şəhadətnamə yazıla bilmir. O, oğlunun-mərhum X6 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 04 mart 2021 -ci il tarixli, 05176- 285/15 nömrəli məktubundan görünür ki, Maraqlı şəxsnə 04.03.2021-ci il tarixdə daxil olmuş ərizəyə əsasən 24.02.1996-cı il tarixdə vəfat etmiş oğlu X6 şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndində əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyi təqdirdə oğlu X6 ölümü qeydə alınaraq, ölüm haqqında şəhadərnamə təqdim edilərək müraciəti təmin olunacaqdır”. Ona görə də mərhum oğlu X6 ölüm faktının müəyyən edilməsi tələb ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki ilə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid1 ifadələrində göstərmişlər ki, Ərizəçi oğlunun 4 övladı olmuşdur. Uşaqlarından 31 dekabr 1994-cü ildə anadan olmuş X14 24 fevral 1996-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X28 Balakən Rayon Mərkəzi Xəstəxanasının 05 mart 2021-ci il tarixli, 390 nömrəli arayışından görünür ki, X13 31.12.1994-cü ildə anadan olmuş oğlu Qurbanov Təbriz Yaşar oğlu 24.02.1996-cı ildə vəfat etmişdir. Lakin onun ölümündən 25 il keçdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş X27 Şəhadətnamə AZS 106 üçün təlimata əsaslanaraq, X11 ölüm haqqında şəhadətnamə yaza bilmirlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 04 mart 2021-ci il tarixli, 05176/-285/15 nömrəli arayışdan görünür ki, Maraqlı şəxsnə 04.03.2021-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən 24.02.1996-cı il tarixdə vəfat etmiş oğlu X6 şöbələrində ölümünün qeydə alınaraq, ölüm haqqında şəhadətnamənin ona təqdim edilməsi mümkün deyildir. Ölüm faktını təsdiq edən tibbi müəssiəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyi təqdirdə oğlu X6 ölümünün qeydə alınaraq, ölüm haqqında şəhadətnamə ona təqdim edilərək müraciəti təmin olunacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 11.02.2021-ci il tarixdə verilmiş 180 nömrəli arayışdan görünür ki, X1 sakini olmuş, 24.02.1996-cı ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli, 165 nömrəli çıxarışdan görünür ki, X14 31 dekabr 1994-cü ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, bu barədə 19 aprel 1995-ci il tarixdə Balakən rayon Qazma kənd icra nümayəndəliyində 41 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X5r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli, 166 nömrəli çıxarışdan görünür ki, X14 barəsində Balakən rayon Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Balakən rayon Qeydiyyat Şöbəsinin 24.02.1996-11.02.20201-ci illərə dair ölüm akt qeydləri üzrə yoxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayonu Qazma kənd icra hakimiyyəti nümayəndəsi tərəfindəsinin 18 aprel 1995-ci il tarixli, JQ seriyalı 342223 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında 18 aprel 1995-ci ildə nikah bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Mərkəzi X17 X30 Məntəqəsi tərəfindən verilmşi 12 fevral 2021-ci il tarixli, 2 nömrəli tibbi arayışdan görünür ki, Qazma kənd sakini 31.12.1994-cü il təvəllüdlü X6 24.02.1996-12.02.2021-ci illərə dair ölüm aktı qeydləri üzrə yoxlanmışdır və ölüm aktı verilməsi qeydə alınmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 aprel 1995-ci il tarixdə verilmiş Vİ-JQ 342223 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X7 arasında nikah 18 aprel 1995-ci ildə 8 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti başçısının Qazma kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 11 fevral 2021-ci il tarixdə verilmiş 186 nömrəli arayışdan görünür ki, Ərizəçi aşağıda qeyd edilən ailəsi vardır: 1976-cı il təvəllüdlü yoldaşı X9, 1997-ci il təvəllüdlü oğlu Şahid1, qızları 2008ci il təvəllüdlü X18 və 2006-cı il təvəllüdlü X12. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-565 KOD-40103018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1988-ci il tarixli, 06 nömrəli qərarı ilə Ərizəçi, X7 və X6 ümumi birgə mülkiyyətinə 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 11.02.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi oğlunun və ailə üzvlərinin-arvadı X3 və oğlu-X6 ümumi birgə mülkiyyətinə 1.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN-565 KOD 40103018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. X26 ərizəçinin 31 dekabr 1994-cü ildə anadan olmuş və 24 fevral 1996-cı il tarixdə vəfat etmiş oğlu X23 oğlunun adı qeyd edilmişdir. Hazırda ərizəçi özünə, oğluna və həyat yoldaşına məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmaq istəyir. Ərizəçinn oğlu 31 dekabr 1994-cü ildə anadan olmuş X14 24 fevral 1996-cı il tarixdə vəfat etmişdir. Ərizəçi oğlu X11 ölüm haqqında həkim şəhadətnaməsi almaq üçün Balakən Rayon Mərkəzi X17 Şəxsinə müraciət etmiş, lakin həmin təşkilat tərəfindən ona bu şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra ərizəçi oğlunun ölümünün qeydə alınması və müvafiq ölüm şəhadətnaməsinin verilməsi məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin o, Qeydiyyat Şöbəsinə oğlunun ölümünün qeydə alınması üçün lazımi sənədləri təqdim edə bilmədiyindən, ona oğlu X6 ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi oğlunun ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi oğlu- 31 dekabr 1994-cü il tarixdə doğulmuş X23 oğlunun 24 fevral 1996-cı il tarixdə Balakən rayonu Qazma kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu-31 dekabr 1994-cü il tarixdə doğulmuş X6 24 fevral 1996-cı il tarixdə Balakən rayonu Qazma kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-449/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-449/2021
09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver