Məhkəmə qərarları › İş №2(019)-475/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-475/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-475/2021 19.03.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı Balakən İstehsal-İstehlak Kooperativinin cavabdehlər X2 Mərkəzinə, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı cavabdeh X2 Mərkəzi tərəfindən xx xxxxxx 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və Cavabdeh2 Cavad qızının adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirərək müəyyən etdim : İddiaçı Balakən İstehsal-İstehlak Kooperativi cavabdehlər X2 Mərkəzinə, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X2 Mərkəzi tərəfindən xx xxxxxx 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və Cavabdeh2 adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə baxaraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, iddiaçı X4 Koperativi cavabdehlər X2 Mərkəzinə, Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı Balakən Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət edərək cavabdeh X2 Mərkəzi tərəfindən xx xxxxxx 2011-ci ildə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən mağazanın alqı-satqısına dair müqavilənin və Cavabdeh2 adına verilmiş MA seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 tərəfindən imzalanmışdır. Lakin onun X4 Kooperativinin sədri olmasına dair sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.2-69.3-cü maddələrinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə onu da diqqətə çatdırır ki, 26.1-26.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. İddia ərizəsindən görünür ki, iddiaçı hüquqi şəxsdir, cavabdehlər X2 Mərkəzi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi hüquqi şəxsdirlər. Cavabdeh2 isə fərdi sahibkardır. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı Balakən İstehsal-İstehlak Kooperativinin ərizəsi geri qaytarılmalıdır. Balakən İstehsal-İstehlak Kooperativinə izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263- 264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçı Balakən İstehsal- İstehlak Kooperativinin iddia ərizəsi geri qaytarılsın. İddiaçı Balakən İstehsal-İstehlak Kooperativinə izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar