Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-530/2020 06.08.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək qızları-xx xxxx 1985ci ildə anadan olmuş X3 xx.xx.1994-cü ildə və xx xxxx 1985-ci ildə anadan olmuş X4 xx.xx.1995-ci il tarixdə Balakən rayonunda ölmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Balakən rayonunun Gərəkli (Poşbinə) kəndində yaşayır. 1983-cü ildə qeyri-rəsmi nikahla X12 ilə evlənmişdir. Nikahlarını xx xxxxx 1985-ci ildə Qullar kənd icra nümayəndəliyində 11 nömrə ilə qeyd etdirmişlər. X11 birgə nikahlarından 1982-ci ildə X13, 1985-ci ildə X8, X9, 1986-cı ildə X10 və 1991-ci ildə X14 adında beş uşaqları olmuşdur. Uşaqlardan xx xxxx 1985-ci ildə doğulmuş X8 və X9 əkiz olmuşlar. Amalya Babayeva xx.xx.1994-cü ildə, Ofelya Babayeva isə xx.xx.1995-ci ildə xəstəlikdən ölmüş və Poşbinə kəndi ərazidə yerləşən qəbirstanlıqda dəfn edilmişlər. Savadsızlığı ucbatından həmin vaxt qızlarına ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda beş uşaqlı ana kimi pensiyaya çıxmaq istəyir. Lakin qızları Amalya və Ofelyanın ölüm haqqında şəhadətnamələri olmadığına görə ona pensiya təyin edilməmişdir. Qızlarının ölüm şəhadətnaməsi iş üçün əhəmiyyət kəsb etdiyindən o, mərhum qızları X5 və X6 ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi ona mərhum qızları barəsində ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ona məhkəməyə müraciət etməyi izah edilmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyil. Ona görə də o, yuxarıda qeyd olunan sənədlərin əsasında qızları xx xxxx 1985-ci ildə anadan olmuş X3 və X4 ölməsi faktının müəyyən edilməsini istəyir. Buna görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi 5 uşağı olmuşdur. Onun Amalya və Ofelya adında iki əkiz qızları olmuş, qızlardan Amalya 1994-cü ildə, Ofelya isə 1995-ci ildə xəstəlikdən ölmüşlər. Onlar kənd qəbiristanlığında dəfn olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 şahid X2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qullar kənd soveti tərəfindən xx xxxxx 1985-ci il tarixdə verilmiş X-JQ seriyalı 410667 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx xxxx 1985-ci ildə anadan olmuş, atası X12, anası Ərizəçi yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qullar kənd soveti tərəfindən xx xxxxx 1985-ci il tarixdə verilmiş X-JQ seriyalı 410666 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxx 1985-ci ildə anadan olmuş, atası X12, anası Ərizəçi yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 805 nömrəli arayışdan görünür ki, X9 xx.xx.1995-ci ildə vəfat etmiş və Poştbinə kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasındla tədqiq edilmiş Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 807 nömrəli arayışdan görünür ki, X8 xx.xx.1994-cü ildə vəfat etmiş və Poştbinə kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qullar kənd soveti tərəfindən xx xxxxx 1985-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X1 arasında xx xxxxx 1985-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Babayeva soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubda göstərilmişdir ki, “uşaqlarınız X8 və X4 şöbədə ölümünün qeydə alınması mümkün deyildir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlisiniz”. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi Balakən rayonunun Gərəkli (Poşbinə) kəndində yaşayır. O, 1983-cü ildə qeyri-rəsmi nikahla X12 ilə evlənmiş, nikahlarını xx xxxxx 1985-ci ildə Qullar kənd icra nümayəndəliyində 11 nömrə ilə qeyd etdirmiş, onların birgə nikahlarından 1982-ci ildə X13, 1985-ci ildə X8, X9, 1986-cı ildə X10 və 1991-ci ildə X14 adında beş uşaqları olmuşdur. Uşaqlardan xx xxxx 1985-ci ildə doğulmuş X8 və X9 əkiz olmuşlar. Amalya Babayeva xx.xx.1994-cü ildə, Ofelya Babayeva isə xx.xx.1995-ci ildə xəstəlikdən ölmüşlər və Balakən rayonu Poşbinə kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişlər. Ərizəçi beş uşaqlı ana kimi pensiyaya çıxmaq istəmiş, lakin qızları Amalya və Ofelyanın ölüm şəhadətnamələri olmadığına görə ona pensiya təyin edilməkdən imtina edilmişdir. Ərizəçi mərhum qızları X5 və X6 ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi ölüm haqqında həkim şəhadətnaməsi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi qızları-xx xxxx 1985-ci ildə anadan olmuş X3 və xx xxxx 1985-ci ildə anadan olmuş xx.xx.1994-cü ildə və X4 xx.xx.1995-ci ildə Balakən rayonu Poştbinə kəndində ölməsifaktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi qızları-xx xxxx 1985-ci ildə anadan olmuş X3 və xx xxxx 1985-ci ildə anadan olmuş xx.xx.1994-cü ildə və X4 xx.xx.1995-ci ildə Balakən rayonu Poştbinə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-530/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-530/2020
06.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver