Məhkəmə qərarları › İş №2(019)-584/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-584/2021

27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-584/2021 27.05.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, bibisi qızı- 29 dekabr 1972-cı il tarixdə doğulmuş X8 17 may 1992-ci il tarixdə Balakən rayonu Qullar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx xxxx 1960-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. Ermənistan Respublikasından məcburi köçkündür. Hal-hazırda Balakən rayonu Qullar kəndində yaşayır. Onun atası 1936-cı ildə Ermənistan SSR Quqaşyan rayonu Əzizbəyev kəndində anadan olmuş X13 olmuşdur. Onun atasının 1941-ci ildə doğulmuş Mahmuyeva (İsgəndərova) İpək Əlləz qızı adında bir bacısı olmuşdur. X35 1964-cü ildə Balakən rayonu Qullar kənd sakini X10 ilə qeyri-rəsmi nikahla evlənmiş və Qullar kəndinə köçmüşdür. Onların nikahı 16.01.1973-cü il tarixdə 06 sayla Balakən rayon VVAQ şöbəsində rəsmiləşdirilmişdir. Bibisinin 29.12.1972-ci ildə doğulmuş X14 adında bir qızı olmuşdur. Bibisi qızı Rəna 17 may 1992-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Bibisinin əri X10 19 dekabr 1978-ci il tarixdə, bibisi X25 isə 19.11.2020-ci il tarixdə vəfat etmişdir. Bibisi İpək vəfatına qədər 25.05.2013-cü il tarixdə özünə məxsus bütün əmlakını ona vəsiyyət etmişdir. Bibisinin ölümündən sonra fərdi yaşayış evi, həyətyanı sahə və pay torpaq sahəsi ondan miras olaraq qalmışdır. Həmin miras əmlaka hal-hazırda o, sahiblik edir və onu idarə edir. Vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Notariat Ofisinə müraciət etmişdir. Orada ondan bibisi İpəyin qızı olan X8 ölüm şəhadətnaməsi tələb olunmuşdur. Lakin Rənaya məxsus ölüm şəhadətnaməsi yoxdur. Belə ki, bibisi qızı Rəna 17 may 1992-ci ildə avtoqəza nəticəsində vəfat etmişdir. O, Balakən rayonu Qullar kənd qəbirstanlığında dəfn edilmişdir. Rənanın ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin şöbəyə bibisi qızı Rənanın ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən həkim arayışını təqdim edə bilmədiyindən ona ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Bibisi qızı Rənanın ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından, məhkəməyə müraciət etməli olmuşdur. Bibisi qızı Rənanın ölüm faktının müəyyən olunması ona bibisi İpəkdən qalmış mirasın qəbulu və sənədləşdirilməsi üçün lazımdır. Qeyd edilənləri nəzərə alıb, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki ilə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 və X23 ifadələrində X8 Ərizəçi bibisi X18 qızı olduğunu, X8 29 dekabr 1972-cı il tarixdə doğulduğunu, subay olduğunu, X8 17 may 1992-ci il tarixdə Balakən rayonu Qullar kəndində vəfat etməsini və kənd qəbirstanlığında dəfn olunmasını və onun ölümünün qeyd edilməməsini bildirmişlər. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 19.05.2021-ci il tarixli, 429 №-li arayışından görünür ki, Ərizəçi həqiqətən Qullar kəndində yaşayır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 28.12.2020-ci il tarixdə verilmiş 1524 nömrəli arayışdan görünür ki, X1 29.12.1972-ci ildə doğulmuş, 17.05.1992-ci ildə vəfat etmişdir. Mərhumə X2 qəbirstanlığında dəfn edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 23.04.2021-ci il tarixdə verilmiş 373 nömrəli arayışdan görünür ki, Qullar kəndində qeydiyyatda olmuş X6 29.12.1972-ci ildə Balakən rayon Qullar kəndində anadan olmuş,17.05.1992-ci ildə vəfat etmişdir. X4 1978 -ci ildə vəfat etmiş,anası X26 19.11.2020-ci il tarixdə vəfat etmişdir. X6 tək övlad olmuşdur.Vəfat etdiyi tarixədək ailə həyatı qurmamış, övladı olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon X21 Hüquqi Şəxsinin 16.04.2021-ci il tarixli, 47 nömrəli məktubunda göstərilmişdir ki, 29.12.1972 tarixdə Qullar kəndində doğulmuş, 1992 tarixdə vəfat etmiş X8 vəfat etməsi barədə Balakən MRX-da heç bir qeydiyyat yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 26 dekabr 2020-ci il tarixdə verilmiş 988 nömrəli doğum haqqında akt qeydindən çıxarışdan görünür ki, X14 29 dekabr 1972-cı il tarixdə anadan olmuş, bu barədə 17 yanvar 1973-cü il tarixdə Balakən rayon Qullar kənd icra nümayəndəliyində 05 №-li doğum haqqında akt qeydi tərtib olunmuş, X4, anası X26 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 26 dekabr 2020-cu il tarixdə verilmiş 989 nömrəli arayışdan görünür ki, X14 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs 17.05.1992-26.12.2020-cu illərə dair ölüm akt qeydləri üzrə yoxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 26.12.2020-ci il tarixli, 05176-1046-08115 nömrəli məktubda göstərilmişdir ki, Maraqlı şəxsnə 26.12.2020-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən dediyinə görə 17.05.1992-ci il tarixdə vəfat etmiş bibisi qızı X8 şöbələrində ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin ona təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki,ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyi təqdirdə X8 ölümü qeydə alınaraq, ölüm haqqında şəhadətnamə ona təqdim edilərək, müraciəti təmin olunacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 22 aprel 2021-cü il tarixdə verilmiş 381 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, X10 ilə X12 nikahı haqqında 16.01.1973-ci il tarixdə 06 №-li akt qeydi tərtib olunmuş, nikah bağlanandan sonra arvada Mahmuyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X38 Xidmət mərkəzi tərəfindən 24 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 118995 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 19 noyabr 2020-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 11 ayının 24 günündə 24 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 09 mart 2021-ci il tarixdə verilmiş 262 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X11 19 dekabr 1978-cı il tarixdə ölmüş, ölüm haqqında 19 dekabr 1978-ci il tarixli, 44 №-li akt qeydi tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Qaçqınlar Cəmiyyəti tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli 078 nömrəli arayışda göstərilir ki, X16 həqiqiətən məcburi köçkündür, evi və əmlakı məhv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 25 may 2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, X25 əmlakının-0.15 ha həyətyanı sahəni, həmin həyətyanı sahədə tikilən evini, digər tikililəri qardaşı oğlu Ərizəçi Əlləz oğluna vəsiyyət edir. Əmlakı üzrə digər varislərini vərəsəlik hüququndan məhrum edir. İş materiallarında olan 23.04.2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi Ərizəçi hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 24.11.2020-cı il tarixdə vəfat etmiş bibisi X17 Balakən rayonu Qullar kəndində torpaq sahəsi və digər miras əmlakı qalmış, X25 notarial qaydada təsdiq olunmuş vəsiyyətnamə ilə bütün miras əmlakını qardaşı oğlu Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi vəfat etmiş bibisi X17 qalmış mirası qəbul etmək və öz adına sənədləşdirmək istəyir. Ərizəçinin bibisi İpək Mahmuyevanın 29.12.1972-ci ildə doğulmuş X14 adında bir qızı olmuşdur. Ərizəçinin bibisi qızı Rəna Mahmıyeva 17 may 1992-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Ərizəçi bibisindən qalmış miras üzrə vərəsəliyin açılması ilə bağlı notariat konturuna müraciət edərkən məlum olmuşdur ki, bibisi qızı Rəna Mahmıyevanın ölümü qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçi bibisi qızı Rənaya ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. X32 bibisi qızının ölümünün qeydə alınması üçün lazımi sənədləri təqdim edə bilmədiyindən, həmin şöbədə ona bibisi qızı Rənanın ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi həmçinin Balakən Rayon X21 Hüquqi Şəxsindən bibisi qızının ölümü barədə həkim rəyi ala bilməmişdir. Ərizəçi bibisi qızı Rəna Mahmıyevanın ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə bibisi İpək Mahmuyevadan qalmış miras üzrə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi bibisi qızı- 29 dekabr 1972-cı il tarixdə doğulmuş X8 17 may 1992-ci il tarixdə Balakən rayonu Qullar kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi bibisi qızı- 29 dekabr 1972-cı il tarixdə doğulmuş X8 17 may 1992-ci il tarixdə Balakən rayonu Qullar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar