Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-589/2021 30.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kapital Bank ASC ilə 19.02.2019- cu il tarixli gündəlik tələbat kredit müqaviləsi (169GTGK6902979AA) üzrə götürdüyü 5200 manat kredit məbləğinin ödənilməsi üçün,bank üzrə zamini olduğu İddiaçı Murtuzəli qızının maaş kartından tutulan və bundan sonra tutulacaq məbləğin tam şəkildə qaytarılması,mümkün olmadığı təqdirdə cavabdehin adına 23.04.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə 22 saylı reyestr kitabının 23-cü səhifəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata olan əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 17 may 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh kredit borcu üzrə zamin kimi Kapital Bank ASC ödədiyi 1680 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı 22 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsinin geri qaytarılması və ərizənin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyi halda cavabdehin həmin işə mahiyyəti üzrə həll olunmasını tələb edibetmədiyini müəyyən etmək və bu xüsusda həmin ərizəyə hüquqi qiymət verilməsi üçün hazırki iş üzrə məhkəmə baxışı 30.09.2021-ci il tarixə, saat 10.30-a təyin edilmişdir. Lakin İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, 30.09. 2021-ci il tarixə, saat 10.30-a təyin olunmuş məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Həmçinin Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməsi barədə məhkəməyə heç bir müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6. və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-589/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-589/2021
30.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver