Məhkəmə qərarları › İş №2(019)-606/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-606/2021

08.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-606/2021 08.06.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Əlı̇ yev Fərman Bəkı̇ r oğlunun cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və "Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinə qarşı reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli, 28.12.2017-ci il tarixli "Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Əlı̇ yev Fərman Bəkı̇ r oğlu cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və "Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, reyestr nömrəsi **********27- 10301 olan, ********** qeydiyyat nömrəli 28.12.2017-ci il tarixli Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti X5, İddiaçı, X1 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, 14036- 5946/468948 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh X2 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 20234.62 ABŞ dolları kredit borcunun, 3311.99 ABş dolları faiz borcunun, 7710.42 ABş dolları penya olmaqla cəmi-31257.03 ABŞ dolları, həmçinin 30 AZN dövlət rüsumunun ödənilməsi, cavabdehlər X5, İddiaçı, X1 və X6 məxsus ünvan 1ində mülkiyyətdə olan 0.1561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 114.60 kv.m ümumi, 59.40 kv.m yaşayış, 55.20 kv.m yardımçı sahədən ibarət bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi, onların açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdeh X3 «Cavabdeh2” ASC-nə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, cavabdehlər X5, İddiaçı, X7 və X6 məxsus ünvan 1ində mülkiyyətdə olan 0.1561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 114.60 kv.m ümumi, 59.40 kv.m yaşayış. 55.20 kv.m yardımçı sahədən ibarət bir mərtəbəli üç otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə cavabdehlərin digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli, 2(019)-1092/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Ev ipotekaya qoyularkən qiyməti 43000 manat təşkil etmişdir. Lakin 03.08.2017-ci il tarixdə Hidayətoğlu şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərrac nəticəsində 27412 manata satılmaqla onun hüquqları kobud surətdə pozulmuşdur. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, 14036-5946/468948 saylı kredit müqaviləsi ilə 36 ay müddətinə qaytarmaq şərti ilə 23000. 00 (iyirmi üç min) manat kredit almış və həmin kredit müqaviləsinin təminatı olaraq ünvan 1 ünvanında mülkiyyətdə olan 0.1561 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 114.60 kv.m ümumi, 59,40 kv.m yaşayış, 55.20 kv.m yardımçı sahədən ibarət bir mərtəbəli üç otaqlı fərdi yaşayış evini ipoteka predmeti kimi banka təqdim etmiş və bu barədə Bankla aralarında müqavilə bağlanmışdır. Ev 43000 manata qiymətləndirilmişdir. Həmin vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyət etdiyi 1 ABŞ dollarının manata məzənnəsi 0.7843 manat təşkil etmişdir. Evin dəyəri kredit verilərkən 54000 ABŞ dolları dəyərləndirilmişdir. Hazırda isə bu rəqəm 1.70 səviyyəsindədir. Bu zərər azmış kimi ev hərracda 27412 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli 28.12.2017-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində fərdi yaşayış evi 13 №li reyestr kitabının 91 №li vərəqində 28.12.2017-cu il tarixdə fərdi yaşayış evi tam "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kredit götürərkən evini ipotekaya qoymuş, torpaq sahəsini isə ipotekaya qoymamışdır. Həmin çıxarışda isə həm ev, həm də torpaq sahəsi bankın adına qeydiyyata alınmışdır. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə teleqram göndərərək işdə səhhətiylə bağlı iştirak edə bilmədiyindən işi təxirə salmağı xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsininin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üzrə daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması, eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndənin iştirakı ilə əlaqədar olaraq 08 iyun 2021-ci il tarixində saat 17:30-da baxılacaq 2(019)-606/2021 saylı mülki işin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyin mümkün olmayacağını bildirərək, nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Digər cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarından görünür ki, məhkəməyə daxil olmuş iddiaçı Əlı̇ yev Fərman Bəkı̇ r oğlunun cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və "Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinə qarşı (reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli 28.12.2017-ci il tarixli olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin ünvanı Zaqatala şəhəri, F.Əmirov küçəsi, 173 kimi göstərilmişdir. Həmçinin digər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 3in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından görünür ki, hazırki iddia tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia deyildir və ona görə də hazırki iş üzrə müstəsna aidiyyət qaydaları tətbiq edilə bilməz. İddia ərizəsindən həmçinin görünür ki, iddia ərizəsində birinci göstərilən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin hüquqi ünvanı Zaqatala şəhəri, F.Əmirov küçəsi, 173, digər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 6ası MPM-nin 35.1, 35.2 və 36.2-ci maddələrinin tələbinə əsasən hazırki iddia ərizəsinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 6-cı və “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 34-cü maddəsinə əsasən məhkəmələrə aid olan işlərə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri, kommersiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Azərbaycan Respublikası MPM-nin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan İddiaçı Əlı̇ yev Fərman Bəkı̇ r oğlunun cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və "Bank Respublika" Açıq Səhmdar Cəmiyyətinə qarşı reyestr nömrəsi **********27-10301 olan, ********** qeydiyyat nömrəli, 28.12.2017-ci il tarixli "Cavabdeh2"Açıq Səhmdar Cəmiyyətinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair 2(019)-606/2021 nömrəli mülki iş baxılması üçün aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 35.2, 36.2, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Əlı̇ yev Fərman Bəkı̇ r oğlunun cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə və "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyətinə qarşı reyestr nömrəsi **********27- 10301 olan, ********** qeydiyyat nömrəli, 28.12.2017-ci il tarixli "Cavabdeh2"Açıq Səhmdar Cəmiyyətinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair 2(019)-606/2021 nömrəli mülki iş baxılması üçün aidiyyatı üzrə Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Z.C.Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar