Məhkəmə qərarları › İş №2(019)-64/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-64/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-64/2021 26.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka yönəldilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-633/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1, X1 müştərək qaydada İddiaçı» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmiş 29640.83 ABŞ Dolları kredit borcu, 25456.09 ABŞ Dolları faiz borcu və 2500 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 57597.73 ABŞ Dolları məbləğində borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının ipoteka predmeti olan Cavabdeh1 məxsus Balakən şəhəri, 28 may küçəsi, 2 ünvanında istifadədə olan 0.05912 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 279.60 kv.m, tikintialtı sahəsinin cəmi 348.80 kv.m, Liter A “İnzibati bina” (İnzibati)- 1 mərtəbəli, tikintialtı sahəsi 309.80 kv.m, ümumi sahəsi 244.30 kv.m, Liter B “Ayaqyolu” (digər) 1 mərtəbəli tikintialtı sahəsi 5.70 kv.m, ümumi sahəsi 4.30 kv.m, Liter C “Gözətçi binası” (Yardımçı təsərrüfat) - 1 mərtəbəli, tikintialtı sahəsi 9 kv.m, ümumi sahəsi 6.70 kv.m, Liter D “Altıaçıq” (Yardımçı təsərrüfat) tikintialtı sahəsi 24.30 kv.m, ümumi sahəsi 24.30 kv.m- dən ibarət Əmlak Kompleksi kimi müəssisəyə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 57597.73 ABŞ Dolları məbləğində borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Balakən şəhəri, 28 may küçəsi, 2 ünvanında istifadədə olan 0.05912 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 279.60 kv.m, tikintialtı sahəsinin cəmi 348.80 kv.m, Liter A “İnzibati bina” (İnzibati)- 1 mərtəbəli, tikintialtı sahəsi 309.80 kv.m, ümumi sahəsi 244.30 kv.m, Liter B “Ayaqyolu” (digər) 1 mərtəbəli tikintialtı sahəsi 5.70 kv.m, ümumi sahəsi 4.30 kv.m, Liter C “Gözətçi binası” (Yardımçı təsərrüfat) - 1 mərtəbəli, tikintialtı sahəsi 9 kv.m, ümumi sahəsi 6.70 kv.m, Liter D “Altıaçıq” (Yardımçı təsərrüfat) tikintialtı sahəsi 24.30 kv.m, ümumi sahəsi 24.30 kv.m- dən ibarət Əmlak Kompleksi kimi müəssisəyə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsindən və Əmlak Kompleksi kimi müəssisədən çıxarılması, torpaq sahəsinin və Əmlak Kompleksi kimi müəssisənin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərib, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-760/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə qiymətləndirici rəyi alınanadək iş üzrə icraat dayandırıldığını, hazırda Cavabdeh1 Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)-633/2019 saylı qətnaməsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirdiyini və onun banka borcu qalmadığını, əmlakın qiymətləndirilməsinə zərurət qalmadığını, iddia ərizəsinin geri qaytarılmasını və İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka yönəldilməsi tələbinə dair 2(019)-760/2020 nömrəli mülki iş üzrə icraatın təzələnməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, xx.xx.2021-ci il tarixə, saat 14.20-a təyin olunmuş məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş, həmçinin cavabdehlərdən işin mahiyyəti üzrə həll olunmasını tələb etdikləri barədə məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən, cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı "İddiaçı" QSC-yə qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar