Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-741/2021 16.07.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlu X4 ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, oğlu- 24 yanvar 1982ci il tarixdə Balakən rayonu Gərəkli kəndində doğulmuş X4 09 avqust 2002-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonunun Gərəkli kəndində yaşayır. Oğlu 24 yanvar 1982-ci il tarixdə doğulmuş X8 09.08.2002-ci il tarixdə qəflətən vəfat etmişdir. Oğlu Səbuhinin ölümü müvafiq təşkilatda qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Şəhadətnamənin alınması ilə bağlı Balakən rayonu Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin şöbəyə oğlu Səbuhinin ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən həkim rəyini təqdim edə bilmədiyindən ona ölüm şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Bu barədə QŞ-nin arayışını ərizəsinə əlavə etmişdir. Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. Hal-hazırda oğlundan miras qalmış əmlakın idarə edilməsi ilə bağlı onun ölümü barədə şəhadətnamənin alınması ona vacibdir. Oğlu Səbuhinin 09.08.2002-ci il tarixdə vəfat etməsini təsdiq edən Balakən rayonunun Gərəkli kənd İƏD-nin arayışını ərizəyə əlavə etmişdir. Bundan başqa oğlu Səbuhinin vəfat etməsini təsdiq edə bilən şahidləri var. Oğlu Səbuhinin ölümünün qeyd edilməsi ona vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Qeyd edilənləri nəzərə alıb, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki ilə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X9 ifadələrində göstərmişlər ki, Ərizəçi oğlu- 24 yanvar 1982-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində doğulmuş X8 09 avqust 2002-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 08.06.2021-ci il tarixli, 05/76-700/15 nömrəli arayışdan görünür ki, Maraqlı şəxsnə 08.06.2021-ci il tarixdə daxil olmuş ərizəsinə əsasən 09.08.2002-cı il tarixdə vəfat etmiş oğlu X4 şöbələrində ölümünün qeydə alınaraq, ölüm haqqında şəhadətnamənin ona təqdim edilməsi mümkün deyildir. Ölüm faktını təsdiq edən tibbi müəssiəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyi təqdirdə oğlu X4 ölümünün qeydə alınaraq, ölüm haqqında şəhadətnamə ona təqdim edilərək müraciəti təmin olunacaqdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07.06.2021-ci il tarixdə verilmiş 539 nömrəli arayışdan görünür ki, X1 sakini olmuş, 09.08.2002-cı ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 503 nömrəli çıxarışdan görünür ki, X8 barəsində Balakən rayon Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Maraqlı şəxs 09.08.2002-03.06.2021-ci illərə dair ölüm akt qeydləri üzrə yoxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 fevral 1982-ci il tarixli, Vİİİ JQ seriyalı 378208 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 24.01.1982-ci ildə anadan olmuş, atası X9, anası Ərizəçidır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 3 iyul 1965-ci il tarixdə verilmiş İ-İE 496277 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X9 ilə X6 arasında nikah 3 iyul 1965-ci ildə 23 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Nəsibova soyadı verilmişdir. İş materiallarında olan 08.06.2021-ci il tarixli qəbzdən görünür ki, Ərizəçihazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi oğlu- X8 24 yanvar 1982-ci il tarixdə doğulmuş, 09.08.2002-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin oğlu X4 ölümü müvafiq təşkilatda qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Ərizəçi bu barədə şəhadətnamənin alınması ilə bağlı Balakən rayonu Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin o, Qeydiyyat Şöbəsinə oğlunun ölümünün qeydə alınması üçün lazımi sənədləri təqdim edə bilmədiyindən, həmin şöbə tərəfindən ona oğlu X4 ölümünün qeydə alınmasından və bu barədə müvafiq şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçi oğlu Səbuhi Nəsibovun ölüm faktını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bu faktın müəyyən olunması ərizəçiyə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidlir. Ölum haqqında həkim şəhadətnaməsi olmadıqda, ölum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazım sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi oğlu-24 yanvar 1982-ci il tarixdə doğulmuş X4 09 avqust 2002-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu-24 yanvar 1982-ci il tarixdə doğulmuş X4 09 avqust 2002-ci il tarixdə Balakən rayonu Gərəkli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-741/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-741/2021
16.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver