Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-748/2020 02.10.2020 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölümün faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək oğlu xx xxxxx 1968ci il tarixdə doğulmuş X2 xx xxxxxx 1991-ci il tarixdə Balakən rayonu Qazma kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Balakən rayonunun Qazma kəndində yaşayır. Onun xx xxxxx 1968-ci ildə anadan olmuş oğlu X6 xx xxxxxx 1991-ci il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra onun ölümü müvafiq təşkilatda qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Hal-hazırda oğlunun adına olan müəyyən əmlaka dair sərəncam verilməsi ilə bağlı Balakən rayon notariat ofisinə müraciət etmiş, orada ondan oğlu Arifə aid ölüm şəhadətnaməsi tələb edilmişdir. Ölüm şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbəyə oğlu Arifin ölümü ilə bağlı lazımi sənədləri, o, cümlədən həkim arayışını təqdim edə bilmədiyindən ona ölüm şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynıdır. Ərizəçinin oğlu X8 ocaqçı işləmişdir. 1991-ci ildə işlədiyi yerdə partlayış baş vermiş, ərizəçinin oğlu orada ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu Arif Əliyev 1991-ci ilin qışında iş yerində yaralanaraq ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 683 nömrəli doğum haqqında arayışdan görünür ki, X6 xx xxxxx 1968-ci ildə anadan olmuş, atası Ərizəçi, anası X5 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 684 nömrəli arayışdan görünür ki, X6 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 022948 nömrəli arayışdan görünür ki, X5 xx xxxx 2019-cu il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qazma kənd həkim məntəqəsi tərəfindən verilmiş 436 nömrəli arayışdan görünür ki, X2 1991-ci il tarixdə ölüm faktına dair heç bir məlumat aşkar edilməmişdir və ölüm haqqında xəstəxanaya məlumat verilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qazma kənd soveti tərəfindən xx xxxxxx 1965-ci il tarixdə verilmiş İ-İE seriyalı 249893 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında xx xxxxxx 1965ci ildə nikah bağlanmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Ərizəçi ünvanlanmış məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı) ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, ölüm faktının təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyiniz təqdirdə oğlunuz X2 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamə Sizə təqdim edilərək müraciətiniz təmin olunacaqdır.“ Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi Əliyev X1 rayonunun Qazma kəndində yaşayır. Ərizəçinin xx xxxxx 1968-ci ildə anadan olmuş oğlu-X6 xx xxxxxx 1991-ci il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra onun ölümü müvafiq dövlət orqanında qeydə alınmamışdır. Ərizəçi oğlunun adına olan əmlaka dair sərəncam verilməsi ilə bağlı Balakən rayon notariat ofisinə müraciət etmiş, orada ondan oğlu Arifə aid ölüm şəhadətnaməsi tələb edilmişdir. Ərizəçi mərhum oğlu X4 ölüm haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölüm haqqında həkim şəhadətnaməsi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi-xx xxxxx 1968-ci il tarixdə doğulmuş X2 xx xxxxxx 1991-ci il tarixdə Balakən rayonu Qazma kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu-xx xxxxx 1968-ci il tarixdə doğulmuş X2 xx xxxxxx 1991-ci il tarixdə Balakən rayonu Qazma kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №2(019)-748/2020
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-748/2020
02.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver