Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-887/2021 08.10.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, onun vəkili Vəkil və maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi-müdiri X12 iştirakı ilə Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2.1 və 2.2-ci maddələrinə əsasən bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsi «Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəlki tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hazırki işə ərizənin verildiyi vaxt qüvvədə olan prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmasını qanuni və əsaslı sayır. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. X9 onun atasıdır. Atası 26 noyabr 2014-cü ildə ölmüşdür. JN 1065A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ailə üzvlərinə 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 1983-cü ildə tikilmiş 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 97.80 kvm-dən ibarət fərdi yaşayış evi vardır. 26 noyabr 2014-cü ildə ölmüş X4 və 13 sentyabr 2010-cu il tarixdə ölmüş qardaşı X8 qalmış miras əmlaka vərəsəlik işi açılmışdır. Lakin X2 olduğu yer barədə uzun müddət məlumat olmadığına görə vərəsəlik işinin icraatı dayandırılmışdır. Belə ki, X2 barəsində 2000-ci il tarixdən sonra heç bir məlumat yoxdur. Qeyri-rəsmi məlumata görə o, naməlum şəraitdə ölmüşdür. Bununla bağlı Balakən şəhər İnzibati Ərazi Dairəsinə sorğu göndərmişlər. Balakən şəhər İnzibati Ərazi Dairəsinin 09 iyul 2021-ci il tarixli 123 nömrəli məktubunda göstərilir: Balakən şəhər İƏD-nin 24 saylı ev təsərrüfatlarının uçotu kitabının 76 saylı səhifəsində 2151 saylı təsərrüfatda X5 ailə başçısı olması haqqında məlumat qeyd edilmişdir. Onun barəsində başqa bir məlumat aşkar olunmadı. X3 barəsində məlumat olmadığından ona məxsus olan əmlakları idarə edə bilmir. X5 ölmüş elan edilməsi faktının müəyyən edilməsi onun üçün əhəmiyyətli olduğundan o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi-müdiri X23 qızı ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11, X19 və X13 ifadələrində ərizəçi ilə qonşuluqda yaşadıqlarını, ərizəçinin X2 2000-ci il tarixdən itdiyini və onun haqqında heç bir məlumatın olmadığını, qeyri-rəsmi məlumata görə Xalidənin naməlum şəraitdə öldüyünü və 2000-ci ildən Xalidə Rəşidovanın yerinin məlum olmadığını bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 iyul 2021-ci il tarixdə verilmiş 123 nömrəli arayışdan görünür ki, şəhər İƏD üzrə nümayəndəliyinin 24 saylı Ev təsərrüfatlarının uçotu kitabının 76 saylı səhifəsində 2151 saylı təsərrüfatda X5 ailə başçısı olması haqqında məlumat qeyd edilmişdir. Onun barəsində başqa bir məlumat aşkar olunmadı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10.03.2021-ci il tarixdə verilmiş 565 nömrəli arayışdan görünür ki, Balakən şəhər inzibati ərazi dairəsinin 24 təsərrüfat başına kitabın 77 səhifəsində mərhum X6 adına S.Gözəlov küçəsi 25 ünvanında fərdi yaşayış evi və 0.08 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə haqqında məlumat aşkar olunmadı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Xabarovsk diyarı Komsomolsk-na- Amure şəhəri Leninski dairəsi VVAQ şöbəsi tərəfindən 25 dekabr 2014-cü il tarixdə verilmiş İ-DV seriyalı 865809 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26.11.2014-cü ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi reyestr nömrəsi **********51-10301 olan, 2244 invertar qeydiyyat nömrəli 07 aprel 2021 il tarixli Texniki Pasportdan görünür ki, Balakən şəhəri S.Gözəlov küçəsi ev 25 fərdi yaşayış evi X7 adına qeydiyyata alınmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X10 13.03.1976-cı ildə Balakən rayonu Hənifə kəndində doğulmuşdur. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli 109-23355 nömrəli məktubda göstərilir ki, Balakən Rayon Polis X1 barəsində axtarış işi açılmamışdır. İş materiallarında olan 27.07.2021-ci il tarixli qəbzdən görünür ki, ərizəçi X9 hazırki ərizənin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi X7 26 noyabr 2014-cü ildə ölmüş atası X4 və 13 sentyabr 2010-cu il tarixdə ölmüş qardaşı X8 qalmış miras əmlaka vərəsəlik işi açılmışdır. Lakin X2 olduğu yer barədə uzun müddət məlumat olmadığına görə vərəsəlik işinin icraatı dayandırılmışdır. Belə ki, X2 barəsində 2000-ci il tarixdən sonra heç bir məlumat yoxdur. Ərizəçinin X2 yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat yoxdur. Ərizəçi X3 barəsində məlumat olmadığından ona məxsus olan əmlakları idarə edə bilmir. Balakən Rayon Polis Şöbəsi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli 109-23355 nömrəli məktubdan görünür ki, Balakən Rayon Polis X1 barəsində axtarış işi açılmamışdır. X2 ölmüş elan edilməsi faktının müəyyən edilməsi atası və qardaşından qalmış miras əmlakın sənədləşdirilməsi ilə bağlı onun üçün əhəmiyyətli olduğundan ərizəçi göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi 13.03.1976-cı il tarixdə doğulmuş X3 ölmüş elan edilməlidir. Həmçinin müəyyən edilməlidir ki, X5 ölmüş elan edilməsi haqqında hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 13.03.1976-cı il tarixdə doğulmuş X3 ölmüş elan edilsin. Müəyyən edilsin ki, X5 ölmüş elan edilməsi haqqında hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №2(019)-887/2021
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-887/2021
08.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver