Məhkəmə qərarları › İş №2(019)-934/2021

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №2(019)-934/2021

07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № 2(019)-934/2021 07.09.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X22 qızının katibliyi, ərizəçi Dibirova (Baklarova) Gülnarə Abdurəhim qızının iştirakı ilə, Ərizəçi Dibirova (Baklarova) Gülnarə Abdurəhim qızının ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Dibirova (Baklarova) Gülnarə Abdurəhim qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 08 sentyabr 1981-ci il tarixdə doğulmuş X5 21.06.1992-ci il tarixdə Balakən rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Dibirova (Baklarova) Gülnarə Abdurəhim qızı ərizəni müdafiə edərək göstərdi ki, o Balakən rayonu Mahamalar kəndində yaşayır. Qardaşı 08 sentyabr 1981-ci il tarixdə doğulmuş X10 21.06.1992-ci il tarixdə qəflətən Balakən rayonunda vəfat etmişdir. X1 ölümü müvafiq təşkilatda qeydə alınmamış və onun adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Şəhadətnamənin alınması ilə bağlı Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin şöbəyə X1 ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən həkim rəyini təqdim edə bilmədiyindən ona şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Bu barədə Maraqlı şəxs cavab məktubunu ərizəsinə əlavə etmişdir. Ölüm şəhadətnaməsini başqa orqanlardan almaq mümkün olmadığından məhkəməyə müraciət etməli olmuşdur. X4 22 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda atasından (X6) miras qalmış əmlakın idarə edilməsi ilə bağlı X1 ölümü barədə şəhadətnamənin əldə edilməsi ona vacibdir. Qardaşı Balakən rayonu, Mahamalar kənd qəbristanlığında dəfn edilib. Onun qəbir daşının fotoşəklini də ərizəsinə əlavə etmişdir.Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdı. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, ərizəçi Dibirova (Baklarova) Gülnarə Abdurəhim qızı onun qızıdır. X3 isə onun oğlu olmuşdur. Kamran 08 sentyabr 1981-ci ildə anadan olmuş, 21 iyun 1992-ci il tarixdə qəflətən vəfat etmişdir. Oğlunun ölümü qeydə alınmamış və ona ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05.08.2021-ci il tarixli 05176-993/15 nömrəli məktubda göstərilmişdir ki, “Maraqlı şəxsnə 05.08.2021-ci il tarixdə daxil olmuş ərizənizə əsasən 21.06.1992-ci il tarixdə vəfat etmiş qardaşınız X5 şöbəmizdə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin Sizə təqdim edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim şəhadətnaməsi, ölüm haqqında həkim arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədini təqdim etməklə müraciət edəcəyiniz təqdirdə qardaşınız X5 ölümü qeydə alınaraq ölüm haqqında şəhadətnamə sizə təqdim edilərək müraciətiniz təmin olunacaqdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Mahamalar kənd soveti tərəfindən 02 noyabr 1981-ci il tarixdə verilmiş Vİİİ-JQ 316093 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Baklarov Kamran Abdurəhim oğlu 08 sentyabr 1981-ci ildə anadan olmuş, atası Baklarov Abdurəhim Əhməd oğlu oğlu, anası Saramarnova Umuksu Murtəzəli qızı yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon VVADQ şöbəsi tərəfindən 09 aprel 2004-cü il tarixli AZ-İ seriyalı 069698 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Baklarova Gülnarə Abdurəhim qızı arasında 09 aprel 2004cü il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Dibirova soyadı verilmişdir. İşdə olan Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 13 iyul 2021-ci il tarixdə verilmiş 746 nömrəli arayışdan görünür ki, X10 Balakən rayonu Mahamalar kənd sakini olmuşdur. O, 08 sentyabr 1981-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş , kənd ərazisində yaşayıb və 21 iyun 1992-ci il tarixdə vəfat etmişdir. Mərhum Balakən rayon Mahamalar kənd qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən 28 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 119117 nömrəli ölüm haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X15 20 dekabr 2020-ci il tarixdə ölmüşdür. İşdə olan Balakən rayonu Mahamalar kənd soveti tərəfindən 03 noyabr 1980-cı il tarixdə verilmiş Vİ-JQ seriyalı 485443 nömrəli doğum haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X8 29 avqust 1980-cı ildə doğulmuşdur. Atası X13, anası Şahid2 qeyd edilmişdlir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış yazılı sübutlara birgə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi Dibirova (Baklarova) X9 rayonunun Mahamalar kəndində yaşayır. Ərizəçinin 08 sentyabr 1981-ci ildə anadan olmuş qardaşı X10 21 iyun 1992-ci ilin tarixdə vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra onun ölümü müvafiq dövlət orqanında qeydə alınmamışdır.Ərizəçi qardaşının ölümünün qeydə alınması ilə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölüm haqqında həkim şəhadətnaməsi olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməyi izah etmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçi Dibirova (Baklarova) Gülnarə Abdurəhim qızının qardaşı- 08 sentyabr 1981-ci ildə anadan olmuş X5 21 iyun 1992-ci il tarixdə Balakən rayonunda ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : Ərizə təmin edilsin. Ərizəçi Dibirova (Baklarova) Gülnarə Abdurəhim qızının qardaşı- 08 sentyabr 1981-ci ildə anadan olmuş X5 21 iyun 1992-ci il tarixdə Balakən rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar