Məhkəmə qərarları › İş №2(019)-970/2021

Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-970/2021

31.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-970/2021 31.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu,İddiaçı Bahəddin oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Prokurorluğu Balakən rayon Prokurorluğuna qarşı mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı, MersedesC-200 markalı avtomobilin iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehndən alınaraq ona verilməsi barədə iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdim : İddiaçı Bahəddin oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Prokurorluğu Balakən rayon Prokurorluğuna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı, MersedesC-200 markalı avtomobilin iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə baxaraq hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, İddiaçı Bahəddin oğlunun mülkiyyətində olan **-BG-*** dövlət qeydiyyat nişanlı, Mersedes C-200 markalı avtomobil 05 avqust 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh DYPB-in əməkdaşları tərəfindən duracaqda saxlanmışdır. İddiaçı Bahəddin oğlu avtomaşının duracaqdan götürülməsi ilə bağlı Cavabdehnə müraciət etməli, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş qərarın surətini almalı, narazı qaldığı halda müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şikayət verməli olduğu halda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi işə məhkəmə qaydasında baxılmalı deyildir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə işin hallarını, işə məhkəmə qaydasında baxılmalı olmamasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Bahəddin oğlunun iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməlidir. İddiaçı Bahəddin oğluna izah edilməlidir ki, o,avtomaşının duracaqdan götürülməsi ilə bağlı Cavabdehnə müraciət etməli, qəbul edilmiş qərarın surətini almalı, narazı qaldığı halda müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şikayət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qərara aldım: İddiaçı Bahəddin oğlunun iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsin. İddiaçı Bahəddin oğluna izah edilir ki, o,avtomaşının duracaqdan götürülməsi ilə bağlı Cavabdehnə müraciət etməli, qəbul edilmiş qərarın surətini almalı, narazı qaldığı halda müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və ya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun şikayət verməlidir. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar